Ən yaxşı hind serialları 2021

Netflix, Amazon Prime və Türk televiziya kanallarında yayımlanan ən yaxşı serialların siyahısını hazırlamışıq. Müxtəlif janrlarda çəkilmiş həmin serialları sizə təqdim edirik.

1. Mehndi Hai Rachne Waali (2021) – IMDb: 7.7

Mehndi Hai Rachne Waali

2021-ci ildə yayımlanan serialda Pallavi Deshmukh ve Raghav Raonun dramatik hekayəsindən bəhs edir. Böhtanlardan dolayı ətrafındakı insanlar tərəfindən sevilməyən Pallavi ayaqda qalmaq üçün mübarizə aparır. Bu zaman Raghav adlı iş adamı ilə rastlaşır. Lakin Raghavın da keçmişi ilə bağlı iftiralar çoxdur.

Janr: Dram
Rejissor: Hemant R Prabhu
Rollarda: Shivangi Khedkar, Sai Ketan Rao, Sameer Deshpa

Treyler

2. Bombay Begums (2021) – IMDb: 4.9

Bombay Begums

Netflix-də yayımlanan bu Hindistan serialında fərqli həyat yaşayan və fərqli obrazlara sahib 5 qadının hekayəsi izah olunur. Eyni iş yerində çalışan qadınlar, aralarındakı nəsil qarşıdurması və ambisiyaları səbəbiylə davamlı olaraq yeni böhranları ortaya çıxarırlar.

Janr: Dram
Rollarda: Pooja Bhatt, Shahana Goswami, Amruta Subhash

Treyler

3. Special Ops (2020) – IMDb: 8.6

Special Ops

Serialda 19 ildir Hindistanda xidmət edən və cinayətkarların kabusu olan xüsusi bir qrupun işi öz əksini tapıb. Qrup tapşırıq əsasında Hindistan küçələrini cinayətkarlardan təmizləyir.

Janr: Cinayət, Sirr
Rejissor: Neeraj Pandey
Rollarda: Kay Kay Menon, Karan Tacker, Gautami Kapoor

Treyler

4. Imlie (2020) - IMDb: 4.8

Imlie

Komediya ilə zəngin olan bu Hindistan serialında İmlie adlı bir qızın məcburi evlənməsindən sonra
yaşanan tragikomik hadisələr təsvir olunub. İmlie, yağışlı bir gündə şəhərdən gələn bir qəzet müxbiri ilə kottecdə sığınacaq alır. Yerli qaydalara görə İmlie və jurnalist məcburən evlənirlər. Ancaq İmlie bilmir ki, əri ailəlidir.

Janr: Dram, Komediya
Rejissor: Atif Xan
Rollarda: Sumbul Touqeer Khan, Gashmeer Mahajani, Mayuri Deskmukh

Treyler

5. Panchayat (2020) – IMDb: 8.8

Panchayat

Serialda mühəndis dərəcəsi alan və daha yaxşı iş seçimi olmadığı üçün uzaq bir ofisə getməyə razı olan Uttar Pradeşdən bəhs olunur. Amazon Prime Video-da yayımlanan serialda Uttar Pradeşin səfəri və yeni qəsəbədəki macəraları öz əksini tapıb.

Janr: Komediya, Dram
Rollarda: Jitendra Kumar, Raghuvir Yadav, Chandan Roy

Treyler

6. Bard of Blood (2019) - IMDb: 6.9

Bard of Blood

Keçmiş xüsusi təyinatlı əsgər olan hindistanlı casusun girovu azad etmə əməliyyatları əks olunub. İştiraketdiyi Bəlucistan hadisələrindən sonra bir müddət peşəsindən uzaq qalan casus, illər sonra y enidən işinə qayıdır.

Janr: Triller
Rejissor: Bilal Siddiqi, Gaurav Verma
Rollarda: Emraan Hashmi, Viineet Kumar, Sobhita Dhulipala

Treyler

7. Delhi Crime (2019) – IMDb: 8.5

Delhi Crime

Real hadisəyə əsaslanan serialda Nirbhaya hadisələri bütün həqiqətləri ilə izah olunur. Delhidəki təcavüz hadisələri ölkədə rezonans doğurur. Vartika Çaturvedi adlı komissar cinayətkarları tapmaq üçün hərəkətə keçir.

Janr: Dram
Rejissor: Richie Mehta
Rollarda: Şefali Şah, Rasika Dugal, Rejesh Tailang

Treyler

8. The Family Man (2019) – IMDb: 8.8

The Family Man

Milli İstintaq Agentliyinin qəhrəman işçilərindən biri olan orta təbəqəli bir insanın hekayəsini izah edən bu serialda terror hücumları və ailə münaqişələri də əks olunub. Az maaşla ailəsini xoşbəxt etməyə çalışan bir ailə başçısı terrorçuların hücumuna məruz qaldıqda həm özünü, həm də oradakı insanları xilas etməlidir.

Janr: Triller, Dram
Rollarda: Wasim Khan, Sanyukta Timsina, Priyamani

Treyler

9. Made in Heaven (2019) – IMDb: 8.3

Made in Heaven

Amazon Prime orijinal istehsalı olan serialda evlilik proqramları hazırlayan və şənlik təşkil edən iki
insandan bəhs olunur. Gənc və bir-birlərini sevən bu ikili, toy proqramlarını ustalıqla hazırlayırlar. Lakin bu proses çəinliklə baş verir.

Janr: Dram
Rollarda: Shivani Raghuvanshi, Kalki Koechlin, Shashank Arora

Treyler

10. Kota Factory (2019) – IMDb: 9.2

Kota Factory

Hindistan yerli televiziyası TVF-nin orijinal istehsalı olan serial ağ-qara yayımı ilə diqqət çəkir. IIT-JEE namizədlərinin gündəlik həyatından və problemlərindən bəhs edən serial gənclərin həyatına fərqli bir baxış bucağı ilə baxmağa imkan yaradır.

Janr: Komediya, Dram
Rejissor: Saurabh Khanna
Rollarda: Jitendra Kumar, Ranjan Raj, Revathi Pillai

Treyler

11. Sacred Games (2018) – IMDb: 8.6

Sacred Games

Polislə dəstə başçısı arasındakı əlaqə ilə başlayan hadisələr, Mumbayın böyük bir fəlakətdən xilasına səbəb olacaq. Serialda polis tərəfindən verilən sirli bir xəbərdarlıq bütün təşkilatı hərəkətə keçirir və xilasetmə əməliyyatı başlayır.

Janr: Cinayət
Rejissor: Vikramaditya Mowtane
Rollarda: Saif Ali Khan, Nawazuddin Siddiqui, Pankaj Tripathi

Treyler

12. Mirzapur (2018) – IMDb: 8.4

Mirzapur

Serialda toy zamanı yaşanan hadisələrdən sonra başlayan fəlakətlər izah edilir. Təhlükəli mafiya ilə dolu olan Mirzapur şəhərində bir sıra təhlükəli hadisələr baş verdikdə iki böyük ailə olaylara daxil olur.

Janr: Cinayət, Dram
Rejissor: Puneet Krishna, Karan Anshuman
Rollarda: Pankaj Tripathi, Ali Fazal, Divyendu Sharma

Treyler

13. Selection Day (2018) – IMDb: 7.4

Selection Day

Bu Netflix serialında xəyallarına çatmaq üçün mübarizə apararkən iki gənc kriketçidən bəhs olunur. Onlar böyük idmançı olmaq üşün avtoritar atalarına və müti mühitə qalib gəlməlidirlər. Önlərində keçilməsi çətin olan proses var.

Janr: İdman
Rollarda: Məhəmməd Səməd, Yaş Şaşank Dholye, Rajesh Tailang

Treyler

14. Ghoul (2018) - IMDb: 7.1

Ghoul

Netflix-in ən yaxşı triller seriallarından biri olan "Ghoul"da həqiqətin arxasınca düşən gənc bir qızın
mübarizəsi əks olunub. Hərbi təcridxanada işləyən gənc qız burada baş verən müəmmalı hadisələrdən xəbər tutur. Məhbusun müəmmalı davranışının arxasındakı sirləri həll etmək istəyən qız ölüm-qalım mübarizəsi aparacaq.

Janr: Triller, Qorxu
Rollarda: Radhika Apte, Manav Kaul, Ratnabali Bhattacharjee

Treyler

15. Kahaan Hum Kahaan Tum (2017) – IMDb: 7.7

Kahaan Hum Kahaan Tum

Serialda bir-biri ilə görüşmək istəyən, lakin görüşməyə cəsarət edə bilməyən iki gəncin hekayəsi təsvir olunur. Cərrah Rohit sevdiyi televiziya əməkdaşı Sonakşiyə hisslərini bildirməyə çalışır. Ancaq onların danışması xeyli vaxt alır.

Janr: Romantik, Komediya
Rejissor: Sameer Kulkarni
Rollarda: Dipika Kakar, Karan Grover

Treyler

16. Kumkum Bhagya - Oh My Heart (2014) - IMDb: 3.5

Kumkum Bhagya - Oh My Heart

Türk televiziyasında da yayımlanan və böyük tamaşaçı toplayan serialda Suresh və Pragya arasındakı münasibətdən bəhs olunur. Ailələrinin təklifi ilə evlənən bu cütlük xoşbəxt olacaqlarını düşündüyü bir vaxtda Pragya da Sureshin gündəliyini tapır. Onun Bülbülü sevdiyini öyrənən Pragya məyus olur.

Janr: Sevgi, Romantik, Dram
Rejissor: Sameer Kulkarni, Sharad Pandey
Rollarda: Sriti Jha, Mrunal Thakur, Şabbir Ahluvaliya, Supriya Şukla

Treyler

17. Sapna Babul Ka...Bidaai – Dəli Divanə (2007) – IMDb: 5.2

Sapna Babul Ka...Bidaai – Dəli Divanə

Serialda Sadhana ilə Ragini arasındakı sevgi hekayəsi ilə başlayan və araya girən insanların müdaxiləsi ilə gərginləşən süjet xətti var. Valideynlərini itirəndən sonra əmisi oğlu Ragini ilə böyüyən Sadhana onu çox sevir. Onların yolu varlı bir qadın olan Vasundhara Rajvansh ilə kəsişir və bundan sonra həyatları dəyişir. Bu qadın Sadhanaya zehni qüsurlu oğlu Alekh ilə evlənməyi təklif edir. Bu arada Ragini də Alekhin bacısı Ranvirlə evlənir. Beləliklə, ailəyə daxil olan Sadhana və Ragini çətin vəziyyətə düşürlər.

Janr: Romantik, Dram
Aktyorlar: Angad Hasija, Sara Khan, Parul Chauhan, Kinshuk Mahajan

Treyler

18. Madhubala – Yalançı Bahar (2012) – IMDb: 6.1

Madhubala – Yalançı Bahar

Bu serialda Madhubala adlı gənc qızın həyatı təsvir olunub. Hələ anasının bətnində olan Madhubala və anası Padmini atasından qaçaraq başqa bir yerə yerləşirlər. Madhubala böyüyüb gözəl qız olur. Madhubala nişanlanır. Bir gün nişanlısını ölkənin tanınmış şəxslərindən biri olan Rişabh maşınla vurur. Ona hər hansı cəza vermirlər. Madhubala intiqam almağa çalışır.

Janr: Dram, Romantik
Rejissor: Ravindra Gautam
Rollarda: Vivian Dsena, Drashti Dhami

Treyler

Məqaləyə emosiya bildir:
emotion
2
emotion
1
emotion
0
emotion
1
emotion
1
emotion
0
emotion
0
Dostlarınla paylaş:
2 il əvvəl
5697 dəfə oxundu
ilk.az-çılar nə deyir?