Epidemiya filmləri - IMDb balı yüksək olan yoluxucu xəstəlik və virus filmləri

Epidemiya və virus mövzulu ən yaxşı filmləri nəzərdən keçirdik. Karantinlər və xəstəliklər haqqında məlumat verən bu filmləri izləməyinizi tövsiyə edirik.

Senarisində epidemiya xəstəlikləri, viruslar və karantinlərlə bol səhnələri olan filmləri sizin üçün dərc etmişik. Virusa qarşı tədbirlər və epidemiyanın nəzarətə götürülməməsindən sonra baş verənlər izləyiciyə təfərrüatı ilə təqdim olunub.

Epidemiya və virus mövzularında çəkilmiş ən yaxşı 15 film;

1. The Happening – Mistik hadisə (2008) – IMDb: 5.0

The Happening

Məşhur jejissor M. Nayt Şimalananın ən məşhur filmlərindəndir. Baş rolda Mark Vahlberqin oynadığı filmdə dünyanın sonunun yaxınlaşdığı və Moore ailəsinin xilas cəhdləri əks olunub.

Treyler

2. It Comes at Night – Gecə gələn (2017) – IMDb: 6.2

It Comes at Night

Bütün bəşəriyyətə təsir edən böyük bir fəlakətin dünyaya son qoyacağı bir vaxtda yaşamaq üçün hər şeydən uzaq yaşayan Paul və ailəsi təhlükəsiz olduqlarını düşünürlər. Lakin bir gecə gələn gənc qonaq onalara sığınmaq istəyir və ailəni təhlükəyə atır. Filmin rejissoru Trey Edvard Şattsdır.

Treyler

3. The Cassandra Crossing – Kassandra keçidi (1976) – IMDb: 6.4

The Cassandra Crossing

Filmdə qatarla Avropaya səyahət edən bir qrup insanın yaşadıqları qorxu dolu anlar təsvir olunub. Terrorçular qatardakı insanları virusa yoluxdurmağa çalışır. Vaqona yayılan epidemiyadan qurtulmağın iki yolu var. Ya hökumət qatarı məhv edəcək, ya da virusun yayıldığı nöqtə təsbit olunacaq. Filmin rejissoru Corc Pan Kosmatosdur.

Treyler

4. The Crazies – Epidemiya (2010) – IMDb: 6.5

The Crazies

Filmdə Pensilvaniyadakı kiçik qəsəbədə yaşanan sirli hadisələrdən bəhs olunur. Qəsəbənin şerifi Devid və həkim arvadı Cudi insanların dəli olduqlarını, özlərini öldürdüklərini və evlərini yandırdıqlarını müşahidə edirlər. Bunu araşdıran şerif yaxınlıqdakı su qaynağına düşən ABŞ ordusunun təyyarəsindən yayılan bir maddənin hər şeyə səbəb olduğunu öyrənir. Qəsəbə səlahiyyətlilər tərəfindən karantinə alınır. Filmin rejissoru Corc A. Romerodur.

Treyler

5. Blindness – Korluq (2008) – IMDb: 6.6

Blindness

Culianna Moor, Mark Ruffalo və Elise Braqanın baş rollarını ifa etdiyi filmdə necə yarandığı bilinməyən yoluxucu korluq xəstəliyindən bəhs olunur. Qəsəbədə hamını kor edən xəstəlikdən təkcə göz həkiminin arvadı qurtulub. Qadın ailəsini və özünü bu virusdan xilas etmək üçün çalışır. Joze Saramaqonun eyni adlı romanı əsasında senariləşdirilib.

Treyler

6. Outbreak – Təhdid (1995) – IMDb: 6.6

Outbreak

Zaire bölgəsində yaranan ölümcül virus üçün təlimatlandırılan polkovnik Sem Deniels ora göndərilir. Virusun Amerikada da yayıldığını öyrənən Deniels tədbir görülməsə bütünün ölkənin ciddi təhlükəyə məruz qalacağını bildirir. Keçmiş arvadı ola virus mütəxəssisi Robbi ilə birlikdə epidemiyanın yayıldığı Kaliforniya ştatında xəstəliyi xəstəliyi nəzarətə almağa çalışır. Filmin rejissoru Volfqanq Petersendir.

Treyler

7. Contagion – Epidemiya (2011) – IMDb: 6.7

Contagion

Təhlükəli bir virus insanlara hava və nəfəs yolu ilə asanlıqla ötürülür. Qısa müddətdə bütün dünyaya təsir edən bu virus sosial nizamı dağıdır. ütün bunlara son qoymaq üçün bir araya gələn alimlər təcili olaraq virusa nəzarət edib asayişi bərpa etməyə çalışırlar. Filmdə Marion Kotillarf, Mett Demon və Laurens Fişbörn kimi aktyorlar rol alıb.

Treyler

8. Flu – Qrip (2013) – IMDb: 6.7

Flu film

Cənubi Koreya kinosunun ən yaxşı prodakşnlarından biri olan "Qrip" böyük bir qrip epidemiyasından bəhs edir. Cənubi Koreyanın paytaxtı Seulda havayla yayılan epidemiya hər kəsə təsir göstərir. Virusa yoluxanlar cəmi 36 saat yaşaya bilir. Virusu məhv etmək üçün yaradılan dərman Seuldan 19 km uzaqlıqdakı karantin bölgəsindədir. Dərmanı gətirmək üçün böyük səy göstərilir.

Treyler

9. World War Z – Dünya müharibəsi Z (2013) – IMDb: 7.0

World War Z

Baş rolda Bred Pitin oynadığı film 2013-cü ildə təqdim olunub. Filmdə zombiyə çevrilmiş insanlar normal insanları öldürməyə çalışır. Hər yerdə yayılan zombi epidemiyasının qarşısını almaq üçün yeganə yol epidemiyanın ilk yayıldığı yerdə araşdırma aparmaqdır. Keçmiş hərbçi Qerri araşdırmalara qoşulur. Filmin rejissoru Mark Forsterdir.

Treyler

10. Perfect Sense – Yerdəki son sevgi (2011) – IMDb: 7.1

Perfect Sense

Epidemiyalara və viruslara fərqli bir baxış bucağı gətirən filmdə insanların sevgi qabiliyyətlərini itirməsinə səbəb olan epidemiyanın yayıldığı əks olunub. Ancaq bu zaman yeni tanış olan Maykl və Syuzan hələ də sevgini yadırğamayıblar. Dünyada bir-birini sevən son insanlar olan cütlük sevgilərini qorumağa çalışır. Baş rolları Eva Qren və Evan Makqreqorun canlandırdığı filmin rejissoru Devid Makenzidir.

Treyler

11. I Am Legend – Mən əfsanəyəm (2007) – IMDb: 7.2

I Am Legend

Ən yaxşı epidemiya filmlərindən olan “Mən əfsanəyəm”də bəşəriyyətin sonunu gətirən virusdan və ondan qurtulmağa çalışan bir qrup insandan bəhs olunur. Virusa görə ailəsini itirən Robert Nevil zombilərlə mübarizə aparır. Nevil həyatda qalanları axtarır və onları xilas etmək istəyir. Məqsədi vu virusu dayandırmaqdır.

Treyler

12. Dawn of the Dead – Ölülərin şəfəqi (2004) – IMDb: 7.3

Dawn of the Dead

Bir xəstəxanada tibb bacısı kimi işləyən Anna işini bitirdikdən sonra evə qayıdır və əri ilə vaxt keçirdikdən sonra yatır. Ertəsi gün duranda qonşusu tərəfindən öldürülən ərinin yenidən zombi kimi oyandığını görür. Bu fəlakətin sürətli bir şəkildə yayıldığını görən gənc qadın sağ qalmaq üçün bir ticarət mərkəzinə sığınır. Ticarət mərkəzinə sığınan Anna və digər insanlar qurtuluş üçün bir çıxış yolu axtarırlar. Filmin rejissoru Zek Snayderdir.

Treyler

13. 28 Days Later – 28 gün Sonra (2002) – IMDb: 7.6

28 Days Later

Kristofer Dannın baş rolda yer aldığı filmdə İngiltərədə yayılan ölümcül virusdan bəhs olunur. Bir tədqiqat laboratoriyasında şimpanzelərdən yayılan bu virus bütün dünyaya təsir etməyə başlayır və ölümcül nəticələr göstərir. Pozulan sosial düzəni bərpa etmək üçün əsgərlər işə qarışır. Filmin rejissoru Denni Boyldur.

Treyler

14. Children of Men – Son ümid (2006) – IMDb: 7.9

Children of Men

Son 20 ilin ən yaxşı elmi fantastika və dram filmlərindən biri sayılır. Filmdə insanlığın yoxa çıxmağa başladığı təsvir olunub. Ölkələrin gündən-günə xaos yaşadığı və hərbi qüvvələrin gücü ələ aldığı dövrdə hamilə qadın insanlıq üçün son nümunə olur. Filmin rejissoru Alfonso Kuarondur.

Treyler

15. Twelve Monkeys – 12 meymun (1995) – IMDb: 8.0

Twelve Monkeys

Filmdə 5 milyard adamın ölümünə səbəb olan virusla mübarizə aparan Ceyms Kouldan bəhs edilir. Bir qrup insanın yeraltı sığınacaqlarda yaşadığı günlərdə alimlər virusu dayandırmaq üçün zaman maşını düzəldirlər. Keçmişə isə keçmiş məhkum Ceyms Koul göndərilir. Gözlərini açanda ruhi xəstəxanada olan Koul gələcəkdən gəldiyini söyləsə də, ona inanmırlar. Baş rolları Bred Pitt və Brüs Vills canlandırıb.

Treyler

Məqaləyə emosiya bildir:
emotion
2
emotion
2
emotion
1
emotion
6
emotion
1
emotion
0
emotion
0
Dostlarınla paylaş:
4 il əvvəl
6895 dəfə oxundu
ilk.az-çılar nə deyir?