İtlər haqqında çəkilmiş ən maraqlı filmlər

Dostluq və sevgi dolu münasibətləri ilə hər kəs tərəfindən sevilən itlərin bu keyfiyyətləri filmlərdə də nümayiş olunur. İtlər haqqında çəkilmiş ən yaxşı filmləri sizə təqdim edirik.

22. Vəhşətin səsi (2020) - IMDb: 6.8

Vəhşətin səsi

Alyaskanın vəhşi həyatında kirşə itinin mübarizəsindən bəhs edən filmdir. Kaliforniyadakı dinc və xoşbəxt həyatından uzaqlaşdırılıb kirşə çəkmək üçün Alyaskaya aparılan Buck, çətin mübarizəyə daxil olur.

Treyler

Janr: Macəra, Dram, Ailə
Rejissor: Chris Sanders
Rollarda: Harrison Ford, Omar Sy, Dan Stevens

21. Enzo: Yağışda yarış sənəti (2019) - IMDb: 7.6

Enzo: Yağışda yarış sənəti

Formula 1 yarışçısı Denninin Enzo adlı qızılı iti var. Denni beynində şiş olan arvadı və qızı ilə yaşayır. Bütün ailəyə pozitiv enerji yayan Enzo Denninin trasda uğur qazanmasında əsas rol oynayır.

Treyler

Janr: Komediya, Dram, Ailə
Rejissor: Simon Curtis
Rollarda: Milo Ventimiglia, Amanda Seyfried, Kathy Baker

20. A Dog's Journey – Dostumun səyahəti (2019) - IMDb: 7.5

A Dog's Journey – Dostumun səyahəti

Şirin it Bailey həyatında ən vacib qərarı verərək uzun bir səyahətə çıxır. Bu səfərdə Ethanla tanış olur. Ethanın nəvəsi CJ Bailey ilə gözəl bir əlaqə qurur. Bir-birilərini daim qoruyurlar.

Treyler

Janr: Dram, Ailə
Rejissor: Gail Mancuso
Rollarda: Marg Helgenberger, Betty Gilpin, Henry Lau

19. Corgi (2019) - IMDb: 4.8

Corgi

Kral ailəsinin üzvü Corgi Rex London Köpək Evinə gedir. Onun əvvəlki rahat həyatı tamamilə dəyişir. Corgi indi tamamilə fərqli bir mühitdədir və buna uyğunlaşmaq məcburiyyətindədir.

Treyler

Janr: Animasiya, Ailə
Rejissor: Ben Stassen, Vincent Kesteloot
Rollarda: Jack Whitehall, Iain McKee, Sheridan Smith

18. Togo (2019) - IMDb: 8

Togo

Epidemiya hökm sürən qəsəbənin taleyi Togo adlı bir itdən və sahibi Seppaladan asılıdır. Ən yaxın müalicə müəssisəsi 600 mil uzaqlıqdakı şəhərdədir. Cəsarətli və cəsur Seppala iti ilə birlikdə qəsəbəni bu bəladan xilas etməyə çalışır.

Treyler

Janr: Macəra, Ailə
Rejissor: Ericson Core
Rollarda: Willem Dafoe, Julianne Nicholson, Christopher Heyerdahl

17. Lady and the Tramp (2019) - IMDb: 6.3

Lady and the Tramp

Ərköyün böyüdülmüş Lady ömrü boyu küçələrdə yaşayan Tramp adlı bir itlə tanış olur. Lady Trampın nhəyatı ilə maraqlanır və ondan dərs almağa başlayır. Onların aralarında gözəl bir əlaqə yaranır.

Treyler

Janr: Macəra, Romantika, Ailə, Fantastika
Rejissor: Charlie Bean
Rollarda: Thomas Mann (II), Kiersey Clemons, Ashley Jensen

16. A Dog's Way Home - Sadiq dostum (2019) - IMDb: 6.7

A Dog's Way Home - Sadiq dostum

Film, sahibini tapmaq üçün 400 mil yol gedən sadiq bir itin hekayəsindən bəhs edir. Heyvansevər Lucas, tərk edilmiş bir binada şirin Bellanı tapır və ona sahiblənir. Qonşuları tərəfindən sevilməyən Bella başqa bir ailəyə verilir. Bella yeni himayədar ailəsindən narazı olur və Lucası tapmaq üçün uzun səfərə çıxır.

Treyler

Janr: Dram, Macəra, Ailə
Rejissor: Charles Martin Smith
Rollarda: Ashley Judd, Jonah Hauer-King, Edward James Olmos

15. Yaramaz Köpək Beethoven (1992) - IMDb: 5.6

Yaramaz Köpək Beethoven

Newton ailəsinin şirin və tüklü yeni üzvü Beethowen hər kəsi əyləndirir. Ancaq gündən-günə kökələn Beethoven baytara aparılır. Baytar Varnick heyvanlar üzərində təcrübə aparır. Beethovenin qaçırılması üçün adam tutan həkim məqsədinə nail olmaq üçün ailənin atası Corcu keçməli olacaq.

[trailer]https://www.youtube.com/watch?v=ki8wHMR-yOI[trailer]

Janr: Komediya, Ailə, Dram
Rejissor: Brian Levant
Rollarda: O-Lan Jones, Nancy Fish, Patrick LaBrecque

14. 101 Dalmatianlı(1996) – IMDb: 5.7

101 Dalmatianlı

Filmdə pis bir qadın şəhərdəki bütün kiçik dalmatianlı itləri qaçırmağa çalışır. Ancaq Pongo və Perdy itlər balalarını vermək istəmirlər. Filmin rejissoru Stephen Herekdir.

Treyler

Janr: Komediya, Ailə
Rejissor: Stephen Herek
Rollarda: Glenn Close, Jeff Daniels, Joely Richardson

13. Lassie (1994) – IMDb: 5.9

Lassie

Virciniya əyalətinə köçən Turner ailəsinin kiçik uyğunlaşma problemləri var. Ailənin kiçik üzvü 13 yaşlı Matt evə yeni gələn sevimli çoban iti Lassie ilə böyük dostluq quracaq. Baş rolları Tom Guiry, Helen Slater və Jon Tenney ifa ediblər.

Treyler

Janr: Ailə, Dram, Komediya
Rejissor: Charles Sturridge
Rollarda: Peter O'Toole, Samantha Morton, John Lynch

12. K – 9 (1989) – IMDb: 6.0

K – 9

Filmdə Maverickin bir cinayətkarı dayandırmaq üçün polis iti K-9 ilə böyük bir macəraya başlaması təsvir olunub. Ən yaxşı it filmlərindən biridir.

Treyler

Janr: Macəra, Komediya, Cinayət
Rejissor: Rod Daniel
Rollarda: James Belushi, Mel Harris, Kevin Tighe

11. Dog Days (2018) – IMDb: 6.2

Dog Days

Film itləri sayəsində bir araya gələn və aralarında böyük bir sevgi başlayan cütlük haqqındadır. Filmdə Vanessa Hudgens, Nina Dobrev və Finn Wolfhard rol alıblar.

Treyler

Janr: Dram, Komediya
Rejissor: Ken Marino
Rollarda: Vanessa Hudgens, Nina Dobrev, Finn Wolfhard

10. Turner & Hooch (1989) – IMDb: 6.2

Turner & Hooch

Tom Hanksın baş rolda oynadığı film polis məmuru Scott Turner ilə Hooch adlı itin həyatından bəhs edir. Dostu Amos Reedin ölümündən sonra Scott Turner bu işin günahkarını tapmağa çalışır. Qətl anını görəm yeganə canlı Hooch adlı itdir. Hoochu evinə gətirən Turner öz başını da bəlaya salır.

Treyler

Janr: Komediya, Polis
Rejissor: Roger Spottiswoode
Rollarda: Tom Hanks, Mare Winningham, Craig T. Nelson

9. Benji (2018) – IMDb: 6.3

Benji

Küçədə tapdıqları günahsız və kiçik iti evə gətirən Ccarter və Frankie, Benji ilə dostluq bağları qururlar. Bir gün Benji oğrular tərəfindən qaçırılan kiçik qardaşların xilaskarı olacaq. Filmin rejissoru Brandon Campdır.

Treyler

Janr: Macəra, Ailə
Rejissor: Brandon Camp
Rollarda: Gabriel Bateman, Darby Camp, Kiele Sanchez

8. Sebastian, Əziz Dostum (2015) - IMDb: 6.6

Sebastian, Əziz Dostum

Belle və Sebastian filminin davamı olan filmdə Sebastianın artıq 10 yaşı var. İkinci Dünya Müharibəsindən dərhal sonra baş verən filmdə Angelinanı tapmaq üçün səy göstərən Belle və Sebastianın başına gələnlər öz əksini tapıb.

Treyler

Janr: Ailə, Macəra
Rejissor: Christian Duguay
Rollarda: Félix Bossuet, Tcheky Karyo, Thierry Neuvic

7. Max (2015) – IMDb: 6.7

Max

ABŞ Dəniz Pyadaları ordusuna mənsub təlim keçmiş Max, əsgərlərlə bir çox qəhrəmanlıq hekayəsinə mövzu olub. Ancaq Əfqanıstan müharibəsindəki travmatik hadisələr bu kədərli hekayəni ortaya çıxarıb.

Treyler

Janr: Dram, Ailə, Macəra
Rejissor: Boaz Yakin
Rollarda: Thomas Haden Church, Josh Wiggins, Luke Kleintank

6. Ağ tanrı – White God (2014) – IMDb: 6.9

Ağ tanrı – White God

Macarıstan filmi olan "ağ tanrı" kiçik qız uşağı və Hagen adlı itdən bəhs edir. Hagen adlı iti ilə qısa müddətə atasının yanında qalmağa gələn Lili, Macarıstanda sevimli itindən ayrılmağa məcbur olur. Hagenin küçəyə atılması fəlakətlərə səbəb olur. Köpək döyüşlərində və digər çirkli işlərdə istifadə olunan bu itlər şəhərdə hər kəsə hücum edirlər.

Treyler

Janr: Dram
Rejissor: Kornel Mundruczo
Rollarda: Zsófia Psotta, Sándor Zsótér, Lili Horváth

5. Marley və Mən (2008) - IMDb: 7.1

Marley və Mən

Film yaramaz it Marleyin John və Jennynin başına açdığı oyunlardan bəhs edir. Yeni evlənən John və Jenny övlad sahibi olmadan əvvəl it saxlamaq qərarına gəlirlər. Marley adlı it təlimlərə baxmayaq ipə- sapa yatmır, onları həyəcanlandırır.

Treyler

Janr: Komediya
Rejissor: David Frankel
Rollarda: Owen Wilson, Jennifer Aniston, Eric Dane

4. A Dog’s Purpose (2017) – IMDb: 7.2

A Dog’s Purpose

Filmin rejissoru Lasse Hallstromdur. Bir itin həyatın anlamını axtarmaq məqsədilə çıxdığı yoldan bəhs edir. İtlər arasındakı münasibət, sevgi filmdə öz əksini tapıb.

Treyler

Janr: Dram, Komediya
Rejissor: Lasse Hallström
Rollarda: K.J. Apa, Britt Robertson, John Ortiz

3. Qütb Macərası - Eight Below (2006) – IMDb: 7.3

Qütb Macərası - Eight Below

Kirşə itlərinə təlim keçən Jerry güclü qar fırtınasına görə bölgəni tərk etmək məcburiyyətində qalır. Ancaq itləri başlı-başına buraxmaq istəmir. Onları həyatda saxlamaq üçün sponsor axtarır.

Treyler

Janr: Dram, Macəra
Rejissor: Frank Marshall
Rollarda: Paul Walker, Jason Biggs, Bruce Greenwood

2. Isle of Dogs (2018) – IMDb: 7.9

Isle of Dogs

Animasiya janrında çəkilən və böyük bir tamaşaçı kütləsi qazanan filmin rejissoru Wes Andersondur. Megasaki Citydəkibütün itlərin zibilliyə atılması və 12 yaşlı Atarinin iti Spotsu axtarmasından bəhs edir. Atari həm öz iti Spotsun, həm də digər itlərin taleyini dəyişdirəcək bir macəraya başlayır.

Treyler

Janr: Macəra, Animasiya
Rejissor: Wes Anderson
Rollarda: Bryan Cranston, Liev Schreiber, Edward Norton

1. Hachiko: A Dog Story (2009) – IMDb: 8.1

Hachiko: A Dog Story

Rejissoru Lasse Hallström olan filmdə baş rolda Richard Gere çəkilib. Professor Parker Wilson ilə qatar stansiyasında tapdığı Akita Inu ir arasında yaranan dostluqdan bəhs edir. Hachi hər gün professoru qatar stansiyasına aparır və gəliş vaxtına qədər eyni yerdə gözləyir. Hachinin şöhrəti bütün dünyaya yayılır.

Treyler

Janr: Dram
Rejissor: Lasse Hallström
Rollarda: Richard Gere, Joan Allen, Sarah Roemer

Məqaləyə emosiya bildir:
2 il əvvəl
10677 dəfə oxundu
ilk.az-çılar nə deyir?
Fikirlər (0)
Oxşar yazılar
Türkiyədə çəkilmiş ən yaxşı qorxu filmləri
Türkiyə istehsalı olan qorxu filmləri fərqli elementləri və realistliyi ilə fərqlənir....
  • 6 ay əvvəl
  • 959
Ən yaxşı komediya filmləri
Son illərdə çəkilmiş ən yaxşı komediya filmlərinin siyahısını sizə təqdim...
  • 10 ay əvvəl
  • 5691
Türkiyədə ən çox baxılan xarici seriallar
Türkiyədə tamaşaçıların ən çox izlədiyi və yeni sezonlarını səbirsizliklə...
  • 12 ay əvvəl
  • 1743
Netflix-də yer alan döyüş filmləri
Kinonun ən çox seçilən janrları arasında yer alan döyüş filmlərini Netflix...
  • 1 il əvvəl
  • 2368
Netflix-də pulsuz izləyə biləcəyiniz 10 serial və film
Netflix, istifadəçisi olmayanlara pulsuz filmlər təqdim edərək keyfiyyətini göstərməyə...
  • 1 il əvvəl
  • 6850
Netflix-in ən yaxşı macəra filmləri | 2022
Netflix-də yayımlanan ən gözəl macəra filmlərinin siyahısını hazırlamışıq. Onu sizə...
  • 1 il əvvəl
  • 2520