Məhdud büdcə ilə çəkilən 13 gözəl film

"Harry Potter", "Karib dənizinin quldurları", "Avatar" kimi yüksək büdcəli və gəlir rekordu qıranfilmlərdən demək olar ki, hamı xəbərdardır. Onlara böyük büdcə ayrılıb və xərclənən puldan daha artığını qazanıblar. Bəzi filmlər isə məhdud büdcə ilə məşhurluq qazana bilib. Həmin filmləri təqdim edirik.

13. Blair witch (2016) IMDb: 6,4

Blair witch

Filmdə üç gəncin məşhur əfsanəni araşdırmaq üçün Black Hills məşələrinə getməsi və orada başlarına gələnlər əks olunub. Film gənclərin əl kameralı ilə çəkdiyi görüntülərdən ibarətdir. 60 min dollar büdcəsi olsa da, 140 milyon dollar gəlir əldə edib.

Janr: qorxu
Rejissor: Adam Wingard
Rollarda: Brandon Scott, Callie Hernandez, Valorie Curry

Treyler

12. Təmizlənmə gecəsi (2013) IMDb: 6,9

Təmizlənmə gecəsi 2013

Kiçik qızın cinayətkarı evinə gətirməsi ilə başlayan film dəqiqələr keçdikcə daha təsirli səhnələrlə yadda qalır. 3 milyon dollarlıq büdcəylə çəkilən film 89 milyon dollar hasilat əldə edib.

Janr: triller, qorxu
Rejissor: James DeMonaco
Rollarda: Ethan Hawke, Lena Headey, Max Burkholder

Treyler

11. Separation (2010) IMDb: 8,3

Separation

Ərinin atasına baxmaq istəməyən Simin ərindən ayrılmağa qərar verir. Onun qızı da atasının yanında qalır. Evə qulluqçu çağırılır. Bundan sonra hər şey dəyişir. 300 milyon dollarlıq büdcəsindən 100 dəfə çox gəlir qazanan film "Qızıl Ayı" mükafatı qazanıb.

Janr: dram
Rejissor: Asghar Farhadi
Rollarda: Leila Hatami, Payman Maadi, Shahab Hossein

Treyler

10. Buried (2010) IMDb: 7

Buried

Filmdə İraqda çalışan amerikalı yük avtomobili sürücüsünün başına gələn təhlükəli anlar təsvir olunub. Bir qrup müqavimətçi tərəfindən qaçırılan və gözlərini yerin altındakı tabutda açan Paul sağ qalmaq üçün mübarizə aparır. 3 milyon dollarlıq büdcə ilə çəkilmiş film bundan qat-qat artıq hasilat əldə edib.

Janr: triller
Rejissor: Rodrigo Cortes
Rollarda: Ryan Reynolds, Erik Palladino, Robert Paterson

Treyler

9. Exam (2009) IMDb: 6,8

Exam

Filmdə 8 namizəd bir oataqda sınağa çəkilir. Sınaq nəticəsində onlardan yalnız biri işə götürüləcək. Lakin bu sınaq tam fərqlidir.

Janr: triller
Rejissor: Stuart Hazeidine
Rollarda: Adar Beck, Gemma Chan, Nathalie Cox

Treyler

8. Paranormal Activity (2007) IMDb: 6,3

Paranormal Activity

Mikah və Katie birlikdə yaşayırlar. Katienin uşaqlığından olan problemi yenidən baş qaldırır. O,
gözəgörünməz bir məxluqun onu izlədiyini düşünür. Film 15 min dollarlıq büdcəylə çəkilib və 107 milyon dollar gəlir qazanıb.

Janr: qorxu, triller
Rejissor: Oren Peli
Rollarda: Katie Featherston, Micah Sioat, Amber Armstrong

Treyler

7. The Descent (2005) IMDb: 7,2

The Descent

Bir mağarada qalan dostlar xilas olmaq üçün zamanla mübarizə aparırlar. Onlar qorxulu varlıqlara yem olmamaq üçün xilas olmaq istəyirlər. 3,5 milyon dollar büdcə ilə çəkilsə də, böyük uğur əldə etməyi bacarıb.

Janr: qorxu
Rejissor: Neil Marshall
Rollarda: Shauna Macdonald, Myanna Buring, Alex Reid

Treyler

6. Mişar (2004) IMDb: 7,6

testere 2004

Filmdə qurbanlarına həyatın qiymətini anlatmaq üçün onlarla əylənərək öldürən silsilə qatilin əməlləri təsvir olunub. Filmin davam versiyaları da çəkilib. 1 milyon dollar büdcə ilə çəkilən film 55 milyon dollar hasilat əldə edib.

Janr: qorxu, triller
Rejissor: James Wan
Rollarda: Leigh Whannell, Cary Elwes, Danny Glover

Treyler

5. Bir zamanlar (2006) IMDb: 8

once 2006

Dublində həm gitara çalaraq, həm də atasına kömək edərək pul qazanan gənc bir gün bir qadınla tanış olur. Qadın qızı və anasıyla birlikdə yaşayır. O, gitaraçıya albom çıxarmaq üçün kömək edir.

Janr: dram, musiqi
Rejissor: John Carney
Rollarda: Glen Hansard, Marketa Irglova. Gerard Hendrick

Treyler

4. Pink Flamingos (1972) IMDb: 6,1

Pink Flamingos

Filmdə pis davranışları ilə məşhur olan Divine adlı transın qorxunc həyatı əks olunub. 10 min dollarlıq büdcə ilə çəkilən film 1,25 milyon dollar gəlir qazanıb.

Janr: komediya, qorxu
Rejissor: John Waters
Rollarda: Divine, David Lochary, Mink Stole

Treyler

3. Pi (1998) IMDb: 7,4

Pi 1998

Riyaziyyat professoru olan Max pi rəqəmi ilə bağlı araşdırma aparır. Kainatın tamamən bir kodlaşdırma sistemindən yarandığını düşünən Max, bununla bağlı nələrisə əldə edir. Film 60 min dollarlıq büdcə ilə çəkilsə də, böyük populyarlıq qazanıb.

Janr: dram, komediya
Rejissor: George Lucas
Rollarda: Richard Dreyfuss, Ron Howard, Paul Le Mat

Treyler

2. Gənclik illəri (1973) IMDb: 7,5

Gənclik illəri 1973

Bir qrup tələbənin universitetə getmədən əvvəl birlikdə keçirdikləri gecənin təsvir olunduğu filmin
büdcəsi 775 min dollar olub. 5 Oscar namizədliyi olan filmdən 140 milyon dollar gəlir əldə olunub.

Janr: dramatik komediya
Rejissor: George Lucas
Rollarda: Richard Dreyfuss, Ron Howard, Paul Le Mat

Treyler

1. 12 qəzəbli kişi (1957) IMDb: 8,9

12 qəzəbli kişi 1957

Dünyanın ən gözəl filmlərindən biridir. Atasını öldürdüyü iddia edilən şəxsin müdafiəsi zəif olur. Onun əleyhinə ifadə verən qonşular da ortaya çıxırlar. Məhkəmə üzvləri yekdilliklə edam cəzasını üstün tutur. Ancaq onlardan biri gəncin günahsız olduğunu iddia edir. Bu zaman qızğın müzakirələr başlayır. Film 350 min dollarlıq büdcəylə çəkilib.

Janr: dram
Rejissor: Sidney Lumet
Rollarda: Henry Fonda, Martin Balsam, John Fiedler

Treyler

Məqaləyə emosiya bildir:
emotion
1
emotion
0
emotion
0
emotion
0
emotion
0
emotion
0
emotion
0
Dostlarınla paylaş:
2 il əvvəl
3158 dəfə oxundu
ilk.az-çılar nə deyir?