Məktəb və sevgi mövzusunda çəkilmiş ən yaxşı filmlər

Sevgi, romantika və komediyanı ehtiva edən ən yaxşı gənclik filmlərini bir araya gətirmişik. Onları sizə təqdim edirik.

Five Feet Apart (2019) – IMDb: 7,2

Five Feet Apart

Xəstəliklərlə mübarizə aparan iki gənc xəstəxanada bir-birlərinə aşiq olurlar. Bir tərəfdən ciddi xəstəlik problemləri ilə mübarizə aparan gənclər, digər tərəfdən bütün məhdudiyyətlərə baxmayaraq sevgilərini davam etdirməyə çalışırlar.

Janr: Romantika, Dram
Rejissor: Justin Baldoni
Rollarda: Haley Lu Richardson, Cole Sprouse, Moises Arias

The Hate U Give (2018) – IMDb: 7,5

The Hate U Give

Starr adlı gənc qız uşaqlıq dostu Xəlilin polis məmuru tərəfindən vurularaq öldürüldüyünü görür. Cəmiyyətin basqısına mərzu qalan Starr vicdanını dinləyir və doğru olanları müdafiə etməyə başlayır.

Janr: Cinayət, Dram
Rejissor: George Tillman Jr.
Rollarda: Amandla Stenberg, Regina Hall, Russell Hornsby

Love, Simon (2018) – IMDb: 7,6

Love, Simon

Simon homoseksualdır və bunu ailəsi və ya dostlarından gizlədir. İnternetdə danışdığı bir sinif yoldaşına aşiq olur, ancaq kimliyini gizlədən bu gəncin kim olduğunu öyrənməyə çalışır.

Janr: Dram, Komediya, Romantika
Rejissor: Greg Berlanti
Rollarda: Nick Robinson, Katherine Langford, Jennifer Garner

Eighth Grade (2018) – IMDb: 7,4

Eighth Grade

Kayla səkkizinci sinifdə oxuyur. Bir həftə sonra yeni həyatına başlayacaq, məktəb bağlanacaq. Amma son günlər Kayla üçün kabus kimi olacaq.

Janr: Dram, Komediya
Rejissor: Bo Burnham
Rollarda: Elsie Fisher, Josh Hamilton, Emily Robinson

Moonlight (2016) – IMDb: 7,4

Moonlight

Gənc bir qaradərili daha yaxşı bir həyat üçün Mayamiyə yaşamağa gedir. İrqçiliyin olduğu dövrdə burada yaşamaq çətin olsa da, gənc mübarizə aparır.

Janr: Dram
Rejissor: Barry Jenkins
Rollarda: Alex R. Hibbert, Ashton Sanders, Trevante Rhodes

The Edge of Seventeen (2016) – IMDb: 7,3

The Edge of Seventeen

Nadine adlı gənc liseydə oxuyur. Həyatından çox da razı olmayan Nadine yaşadıqlarından sonra depressiyaya düşür, amma dostları onun yanındadır. Nadine başa düşür ki, həyatda tək deyil.

Janr: Dram, Komediya
Rejissor: Kelly Fremon Craig
Rollarda: Hailee Steinfeld, Haley Lu Richardson, Blake Jenner

The Hunger Games (2012) – IMDb: 7,2

The Hunger Games

Filmdə dünya 12 əyalətdən ibarətdir və Panem adlı paytaxtdan idarə olunur. Diktatura sisteminin idarə etdiyi cəmiyyətləri nəzarət altında saxlamaq üçün "Aclıq Oyunları" adlı turnirlər təşkil edilir. Katniss adlı gənc qadın qardaşının yerinə turnirə qatılır və sistemə qarşı üsyan edir.

Janr: Aksiya, Dram, Elmi-fantastik
Rejissor: Gary Ross
Rollarda: Jennifer Lawrence, Josh Hutcherson, Liam Hemsworth

Stuck in Love. (2012) – IMDb: 7,2

Stuck in Love

Məşhur yazıçı keçmiş həyat yoldaşı və yeniyetmə uşaqları ilə yaşayır. O, çətin bir il ərzində hər cür duyğularla üzləşməlidir.

Janr: Komediya, Dram, Romantika
Rejissor: Josh Boone
Rollarda: Greg Kinnear, Jennifer Connelly, Lily Collins

Pariah (2011) – IMDb: 7,2

Pariah

Adepero Oduye Alike ailəsi ilə birlikdə yaşayan 17 yaşlı gənc qadındır. Alike öz cinsi kimliyini kəşf etməyə çalışır, amma özünü yaşadığı yerə aid hiss etmir. Alike hər növ problemin öhdəsindən gələ biləcəyinə inanır.

Janr: Dram
Rejissor: Dee Rees
Rollarda: Adepero Oduye, Kim Wayans, Aasha Davis

Whip It (2009) – IMDb: 6,9

Whip It

Blissin anası keçmiş gözəllik kraliçasıdır və Texasdakı həyat ona iki seçim təklif edir: ya futbol oynamağa davam edəcək, ya da anası kimi gözəllik yarışlarına hazırlaşacaq. Bliss hər ikisini rədd edir və öz planlarını həyata keçirir.

Janr: Komediya, İdman
Rejissor: Drew Barrymore
Rollarda: Elliot Page, Drew Barrymore, Juliette Lewis

The F**k-It List (2020) – IMDb: 5,1

The F**k-It List

Brett Blackmore adlı bir lisey şagirdinin həyatından bəhs edən filmdə gənc tələbənin həyatı bir zarafata görə dəyişir. Həyatında etmək istədiyi və etmək istəmədiyi şeylərin siyahısını tərtib edən Brett, darıxdırıcı və çətin həyatına zövq qatmağa çalışır.

Janr: Komediya
Rejissor: Michael Duggan
Rollarda: Eli Brown, Madison Iseman, Marcus Scribner

Work It (2020) – IMDb: 6,1

Work It

Film Quinn Ackerman adlı gənc qızın xəyallarına çatmaq üçün göstərdiyi səylərdən bəhs edir. Gənc qız arzuladığı universiteti qazanmaq üçün rəqs yarışmasında birinci olmalıdır.

Janr: Dram, Komediya, Musiqili
Rejissor: Laura Terruso
Rollarda: Sabrina Carpenter, Jordan Fisher, Liza Koshy

Saksı Olmanın Faydaları - The Perks of Being a Wallflower (2012) – IMDb: 8,0

The Perks of Being a Wallflower

Filmdə həyatını sıxıcı şəkildə yaşayan Charlie, yeni dostları sayəsində əyləncəli həyata başlayır. Sam və Patrick adlı yeni dostları sayəsində real dünyaya açılan Charlienin macəralarını izləyə bilərsiniz.

Janr: Dramatik komediya, Romantika
Rejissor: Stephen Chbosky
Rollarda: Logan Lerman, Emma Watson, Ezra Miller

The Half of It (2020) – IMDb: 6,9

The Half of It

Film gənc bir qızın sevgi macərasını təqdim edir. Məktəb həyatında müvəffəqiyyət qazanan Ellie Chu, yaxın bir dostunun sevdiyi qızı təsirləndirməsinə kömək edir, ancaq bu kömək əsnasında qıza qarşı hisslərinin olduğunu başa düşür.

Janr: Komediya, Romantika
Rejissor: Alice Wu
Rollarda: Leah Lewis, Alexxis Lemire, Daniel Diemer

Lady Bird - Ladybug (2017) - IMDb: 7.4

Lady Bird - Ladybug

Film Christine McPherson adlı gənc qızın həyatından bəhs edir. Uğursuz günlər keçirən Christine bu cansıxıcı həyatdan qurtulmaq üçün Nyu-Yorka getməyə çalışır.

Janr: Dram, Komediya
Rejissor: Greta Gerwig
Rollarda: Saoirse Ronan, Laurie Metcalf, Tracy Letts

Bring It On (2000) IMDb: 6,0

Bring It On

Komediya janrında çəkilən filmdə Kristen Dunst, Gabrielle Union, Jesse Bradford və Eliza Dushku kimi aktyorlar rol alıb. Film məşhur bir futbol komandasının əfsanəvi çempionluq mübarizəsindən bəhs edir. Rancho Carne High-ın futbol komandası beş çempionata ev sahibliyi edib. Komandanın ən diqqət çəkən xüsusiyyəti tamaşaçıları və komandanı həyəcanlandıran qızlardır.

Janr: Komediya
Rejissor: Peyton Reed
Rollarda: Kirsten Dunst, Gabrielle Union, Eliza Dushku

Fired Up! (2009) IMDb: 6,1

Fired Up!

Film Shawn və Nickin macəralı yay tətilindən bəhs edir. Shawn və Nick, qarşıdakı futbol düşərgəsi tədbirində başqa bir məktəbdə vaxt keçirməkdən qorxur. Onlar gözəl qızların əhatəsinə düşürlər və burada əylənirlər.

Janr: Komediya
Rejissor: Will Gluck
Rollarda: Nicholas D'Agosto, Eric Christian Olsen, Sarah Roemer

Porky’s (1981) IMDb: 6,2

Porky’s

1954-cü ildə Floridadakı bir xəyali məktəbdə baş verən sevgi hekayəsindən bəhs edən filmdir. Film 3 seriyadan ibarətdir.

Janr: Komediya
Rejissor: Bob Clark
Rollarda: Tony Ganios, Dan Manohan

Biz Size Döneriz (2017) IMDb: 6,3

Biz Size Döneriz

Filmdə baş rollarda Çağlar Ertuğrul, Hande Soral, Ceyda Kasabalı, Murat Eken və Betemsu Özdemir çəkiliblər. Yenicə məzun olan bir qrup gəncin həyatdakı mübarizələrindən bəhs edir.

Janr: Dram, Romantika
Rejissor: Doga Can Anafarta
Rollarda: Hande Soral, Çağlar Ertuğrul, Bestemsu Özdemir

Youth in Revolt (2009) IMDb: 6,4

Youth in Revolt

Son dərəcə qeyri -ciddi və kinayəli biri olan Nik Twisp, 14 yaşını təzəcə tamamlayan gənc bir
yeniyetmədir. Ailəsi ilə tətildə olan gənc xəyallarındakı qızla görüşəcəyindən xəbərsizdir. O, tanış olduğu Sheeni Saunders üçün hər şeyi gözə alıb.

Janr: Dram
Rejissor: Miguel Arteta
Rollarda: Michael Cera, Portia Doubleday, Jean Smart

The First Time (2012) IMDb: 6,8

The First Time

Film liseyə yeni başlayan iki gəncin sevgi hekayəsindən bəhs edir. Dave və Audrey gənc tələbələrdir. Bir partidə görüşürlər bə bir-birindən xoşları gəlir.

Janr: Romantika, Komediya
Rejissor: Jonathan Kasdan
Rollarda: Britt Robertson, Dylan O'Brien, Craig Roberts

Thirteen (2003) IMDb: 6,8

Thirteen

Tracy hələ də oyuncaq ayıları və Barbie kuklaları ilə oynayan bir yeniyetmədir. Lisey həyatında hər zaman cinsi problemlərin şahidi olan Tracy, bu vəziyyətdən sıxılsa da, onlar kimi populyar olmağı xəyal edir.

Janr: Dram
Rejissor: Catherine Hardwicke
Rollarda: Holly Hunter, Nikki Reed, Evan Rachel Wood

Ted (2012) IMDb: 6,9

Ted

Filmdə bir gəncin oyuncaq ayısı ilə keçirdiyi maraqlı anlar təsvir olunub. Əsas rollarda Mark Wahlberg, Mila Kunis, Seth MacFarlane, Giovanni Ribisi və Jessica Barth kimi aktyorlar çəkilib.

Janr: Komediya
Rejissor: Seth MacFarlane
Rollarda: Mark Wahlberg, Mila Kunis, Joel McHale

American Honey (2016) IMDb: 7,0

American Honey

Baş rolları Sasha Lane, Shia LaBeouf, Crystal Ice və Riley Keough ifa ediblər. Çətin vəziyyətdən bezən Star, Jack adlı adamla tanış olur. Onun cazibəsinə qapılan Star, Jackin evsiz gənclərə maqazin gündəmi satdırdığından xəbərsizdir.

Janr: Dram, Romantika
Rejissor: Andrea Arnold
Rollarda: Sasha Lane, Shia LaBeouf, Riley Keough

The Spectacular Now (2013) IMDb: 7,1

The Spectacular Now

Filmin rejissoru James Ponsoldtdur. Baş rollarda Shailene Woodley, Miles Teller, Brie Larson və Kyle Chandler çəkilib. Film 2013-cü ilin avqustunda ekranlara çıxıb.

Janr: Dram, Komediya
Rejissor: James Ponsoldt
Rollarda: Miles Teller, Shailene Woodley, Brie Larson

Vicky Cristina Barcelona (2008) IMDb: 7,1

Vicky Cristina Barcelona

Vicky və Christina İspaniyadakı tətildə böyük macəralar yaşayırlar. Baş rollarda Javier Bardem, Scarlett Johansson, Penelope Cruz və Rebecca Hall çəkiliblər.

Janr: Komediya, Dram
Rejissor: Vudi Allen
Rollarda: Scarlett Johansson, Rebecca Hall, Javier Bardem

Wild (2014) IMDb: 7,1

Wild

Cheryl Strayed anasını yenicə itirmiş və narkotikaya qurşanmış gəncdir. Evliliyinin sona çatması ilə boşluğa düşən qadın özü-özünü məhv edir. Hər gecə fərqli kabuslarla oyanan Cheryl, radikal qərarla Amerikanın ən təhlükəli yoluna çıxır.

Janr: Dram
Rejissor: Jean-Marc Vallee
Rollarda: Reese Witherspoon, Gaby Hoffmann, Laura Dern

The Virgin Suicides (1999) IMDb: 7,2

The Virgin Suicides

Filmdə bir qrup gənclə qonşuları 5 qız arasındakı münasibətlər təsvir olunub. Baş rollarda Kristen Dunst, Josh Hartnett, Kathleen Turner, James Woods və Hanna Hall çəkiliblər.

Janr: Dram
Rejissor: Sofiya Coppola
Rollarda: Kirsten Dunst, James Woods, Kathleen Turner

Die Mitte der Welt (2016) IMDb: 7,2

Die Mitte der Welt

Almaniya istehsalı olan film 2016-cı ilin noyabr ayında ekranlara çıxıb. Louis Hofmann, Jannik Schümann, Svenja Jung, Sabine Timoteo və Ada Phikine kimi aktyorlar filmdə rol alıb.

Janr: Dram, Romantika
Rejissor: Jakob M. Erwa

Rollarda: Louis Hoffman, Jannik Schümann, Sabine Timotea

Love Rosie (2014) IMDb: 7,2

Love Rosie

Beş yaşından bəri ən yaxın dostlar olan Rosie və Alex heç vaxt bir-birlərinə sevgi bəsləməyiblər. 18 yaşlarına çatdıqda sevgili seçimlərinə görə bir-birilərini qınayırlar. İllər sonra görüşən Rosie və Alex bir- birilərinə şans verəcəklərmi?

Janr: Romantika, Komediya
Rejissor: Kristian Ditter
Rollarda: Lily Collins, Sam Claflin, Christian Cooke

American Graffiti (1973) IMDb: 7,4

American Graffiti

Filmdə universitetə gedəcək bir qrup tələbənin son günündən bəhs olunur. Lisey şagirdləri məzun olmadan əvvəl birlikdə xoş vaxt keçirməyə qərar verirlər. Küçədə maşın sürən Curt və Steve bir gün sonra tələbə olacaqlar. Filmi izləməyiniz tövsiyə olunur.

Janr: Komediya, Dram
Rejissor: George Lucas
Rollarda: Richard Dreyfuss, Ron Howard, Paul Le Mat

Hjartasteinn (2016) IMDb: 7,4

Hjartasteinn

Film iki yaxın dostun macəralı yay tətilindən bəhs edir. Thor və Kristjan İslandiyanın kimsəsiz bir sahil qəsəbəsində yaşayırlar. Thor yeni bir qızla tanış olur, Kristjan isə ona qarşı məhəbbət duyğuları bəsləyir. Onlar birlikdə çoxlu macəra yaşayırlar.

Janr: Dram, Romantika
Rejissor: Gudmundur Arnar Gudmundsson
Rollarda: Baldur Einarsson, Blær Hinriksson, Dilja Valsdottir

Little Miss Sunshine (2006) IMDb: 7,8

Little Miss Sunshine

Bir-biriləri ilə ziddiyyət təşkil edən ailə üzvləri öz istəkləri üçün çalışırlar. Hoover ailəsinin gombul qızı Olive ölkənin başqa bir yerində gözəllik yarışmasına qatılmaq istəyir. Hərəkətə keçən Olive ailəsi ilə birlikdə gedir. Filmin rejissorları Valerie Faris və Jonathan Daytondur.

Janr: Komediya, Dram
Rejissor: Jonathan Dayton, Valerie Faris
Rollarda: Abigail Breslin, Greg Kinnear, Paul Dano

La La Land (2016) IMDb: 8,0

La La Land

Romantik komediya və dram mövzularında çəkilən filmdə Emma Stone, Ryan Gosling, John Legend, Jessica Rothe və Sonoya Mizuno rol alıblar. Xəyalların ardınca gedən bir caz sənətçisi və aktrisanın möcüzəvi sevgi hekayəsindən bəhs edir. Bir gün Mia və Sebastianın yolları kəsişir və həm sevgiləri, həm də xəyallarına qovuşmağın həyəcanını yaşayırlar.

Janr: Romantika, Komediya
Rejissor: Damien Chazelle
Rollarda: Rayan Gosling, Emma Stone, John Legend

Before Sunrise (1995) IMDb: 8,1

Before Sunrise

Film yolları qəflətən kəsişən bir qadın və kişidən bəhs edir. Vyanada qatar səyahəti zamanı tanış olan fransız Celine və amerikalı Jessen bir-birilərinə aşiq olurlar. Baş rollarda Ethan Hawke, Julie Delpy, Andrea Eckert, Hanno Pöschl və Erni Mangold çəkiliblər.

Janr: Dram, Romantika
Rejissor: Richard Linklater
Rollarda: Ethan Hawke, Julie Delpy, Andrea Eckert

Məqaləyə emosiya bildir:
emotion
2
emotion
0
emotion
0
emotion
0
emotion
0
emotion
0
emotion
0
Dostlarınla paylaş:
2 il əvvəl
3573 dəfə oxundu
ilk.az-çılar nə deyir?