Netflix-də ailəvi izləyə biləcəyiniz 20 ən yaxşı serial

Ailəmizlə bir araya gəldiyimiz zaman əylənmək üçün gözəl seriallara baxırıq. Netflix-də yer alan həmin serialları təqdim edirik.

20. All About The Washingtons (2018) – IMDb: 4.3

All About The Washingtons

Məşhur hip-hop ikonası Joe şou dünyasından təqaüdə çıxmağa qərar verir. Joe, təqaüdə çıxdıqdan sonra yeni həyatında ailə məsələlərini tarazlaşdırmalıdır. Bundan əlavə, Joe-nun arvadı yeni bir iş həyatına qədəm qoyur.

  • Baş rollarda: Joseph Simmons, Justine Simmons, Kiana Ledé
  • Janr: Komediya, Musiqi
  • Rejissor: Jeremy Bronson

Treyler

19. Problem Nick (2019) - IMDb: 5.8

Problem Nick

13 yaşlı Nik dörd nəfərlik bir ailənin onun uzaq qohumu olduğunu iddia edir. Bu ailə Niki öz aralarına qatırlar və həyatları alt-üst olur. Film maraqlı səhnələri ilə göz oxşayır.

  • Baş rollarda: Siena Agudong, Lauren Lindsey Donzis, Kalama Epstein
  • Janr: Komediya, Ailə
  • Rejissor: Keetgi Kogan, David H. Steinberg

Treyler

18. Holiday in the Wild (2019) – IMDb: 6.1

Holiday in the Wild

Əri və oğlu ilə yaşayan Kate, oğlunun universitetə qəbul olmasından sonra onu tərk etdiyi üçün çox üzülür. Oğlu getdikdən sonra Kate əri və özü üçün ikinci bir bal ayı planlaşdırır. Əri gözlənilmədən ondan ayrılır. Bal ayına tək gedən Kate orada sevgi yaşaya bilər.

  • Baş rollarda: Rob Lowe, Kristin Davis, Colin Moss
  • Janr: Dram, Romantik
  • Rejissor: Ernie Barbarash

Treyler

17. Family Reunion (2019- ) – IMDb: 6.4

Family Reunion

McKellan ailəsi, qohumlarına daha yaxın olmaq üçün Seattle adlı bir şəhərdən kiçik bir qəsəbəyə yerləşir. Fərqli həyat tərzi olan bu qəsəbədə ailənin həyatı dəyişir. 2019-cu ilin ən maraqlı filmlərindəndir.

  • Baş rollarda: Loretta Devine, Anthony Alabi, Talia Jackson
  • Janr: Komediya, Ailə
  • Rejissor: Meg Deloatch

Treyler

16. Glee (2009-2015) - IMDb: 6.7

Glee

Musiqi dərnəyində iştirak edən lisey şagirdləri, məktəb xorlarının yarışmasına Glee klubu kimi qatılırlar.Bu yarışmada üzvlərin əlaqələri, cinsi həyatları və digər tərəflərlə qarşıdurmaları izah edilir.

  • Baş rollarda: Chris Colfer, Matthew Morrison, Darren Criss
  • Janr: Komediya, Musiqi, Dram
  • Rejissorlar: Ryan Murphy, Brad Falchuk, Ian Brennan

Treyler

15. The Adventures Of Puss In Boots (2015-2018) – IMDb: 6.7

The Adventures Of Puss In Boots

Bu serialda bir döyüşçü və məşhur pişiyin macəraları əks olunub. Xarici dünyaya görünməyən San Lorenzo şəhərini qoruyan pişik, hətta şəhərini qorumaq üçün ekzotik yerlərə də girir. Netflix-in ən yaxşı ailə seriallarından biridir. Macəra dolu səhnələri və çox hərəkətliliyi sayəsində bu serial 2015-2018-ci illərin ən populyar istehsallarından birinə çevrilib.

  • Baş rollarda: Eric Bauza, Jayma Mays, Gray Griffin
  • Janr: Animasiya, Macəra
  • Rejissorlar: Johnny Castuciano, Roy Burdine

Treyler

14. Ashley Garcia Genius and Lover (2020) - IMDb: 6.8

Ashley Garcia Genius and Lover

Ashley Garcia robot mühəndisi olmaq üçün yaşadığı yeri dəyişir. 15 yaşlı Ashley həyatında yeni bir səhifə açaraq müasir gənclikdə bilinməyən hər şeyi araşdırmağa başlayır.

  • Baş rollarda: Jencarlos Canela, Paulina Chávez, Conor Husting
  • Janr: Komediya, Dram
  • Rejissorlar: Seth Kurland, Mario Lopez

Treyler

13. Raising Dion (2019- ) – IMDb: 7.2

Raising Dion

Ərinin ölümündən şoka düşən Nicole oğlu Dionla tək qalır. Gənc qadın oğlunun super güclərə sahib olduğunu öyrənir.Nicole bu sirri başqalarından gizlədir. Serialı izləməyiniz tövsiyə olunur.

  • Baş rollarda: Alisha Wainwright, Ja’Siah Young, Michael B. Jordan
  • Janr: Dram, Elmi fantastika
  • Rejissor: Carol Barbee

Treyler

12. Alexa & Katie (2018-2020) – IMDb: 7.4

Alexa & Katie

Xərçənglə mübarizə aparan Alexa, ən yaxın rəfiqəsi Katie ilə liseyə başlayacaq. Alexa ailəsi və Katie ilə birlikdə onu gözləyəcək bütün çətinliklərin öhdəsindən gəlməyə çalışacaq.

  • Baş rollarda: Paris Berelc, Isabel May, Jolie Jenkins
  • Janr: Komediya, Dram
  • Rejissorlar: Matthew Carlson, Heather Wordham

Treyler

11. Babysitters Club (2020-) - IMDb: 7.4

Babysitters Club

Bir körpə qulluğu klubu açan beş qadın yaxın rəfiqələrdir. Bu təşəbbüskar qadınlar işlərində problemlərlə qarşılaşırlar. Bu hadisələr sayəsində qadınlar həyatdakı bütün çətinlikləri birlikdə yaşamalı olduqlarını öyrənirlər.

  • Baş rollarda: Sophie Grace, Momona Tamada, Shay Rudolph
  • Janr: Komediya, Ailə
  • Rejissor: Rachel Shukert

Treyler

10. Unbreakable Kimmy Schmidt (2015-2019) – IMDb: 7.6

Unbreakable Kimmy Schmidt

Qiyamət qopduğuna inandırılan üçün Kimmy və 3 qadın yeraltı sığınacaqda həbs edilib. Bu hadisədən 15 il sonra polis tərəfindən qurtarılan Kimmy özünü Nyu-Yorkda tapır. Özünü yeni bir həyatda görən bu qadın artıq azaddır və dünyadan zövq alır.

  • Baş rollarda: Ellie Kemper, Tituss Burgess, Jane Krakowski
  • Janr: Komediya
  • Rejissorlar: Robert Carlock, Tina Fey

Treyler

9. Chesapeake Shores (2016- ) – IMDb: 7.6

Chesapeake Shores

Karyerasında uğurlu olan Abby yeni boşanmış iki uşaq anasıdır. Nyu-Yorkda yaşayan qadın uzun müddətdir ilk dəfə ailəsini ziyarət etmək üçün məmləkəti Chesapeake Shores-a qayıdır. Bu məmləkətdə ailəsi ilə böyüyən Abby buraya köçməyi düşünür.

  • Baş rollarda: Jesse Metcalfe, Meghan Ory, Barbara Niven
  • Janr: Ailə, Dram
  • Rejissor: Nancey Silvers, John Tinker

Treyler

8. Merlin (2008-2012) - IMDb: 7.9

Merlin

İngiltərədə Kral Uther sehrbazlara sehri qadağan edib. Fövqəltəbii qabiliyyətlərə sahib olan Merlin, bu qabiliyyəti tam idarə edə bilmədiyi üçün əmisindən kömək istəyir. Güclərini tədricən dərk edən gənc Merlinin Kral Utherin oğlu Şahzadə Arturla yolları kəsişir. Bu iki gəncin ilk günlərdəki rəqabəti dostluğa çevriləcək və ölkələrinə böyük töhfələr verəcəklər.

  • Baş rollarda: Colin Morgan, Bradley James, Katie McGrath
  • Janr: Dram, Fantaziya
  • Rejissorlar: Johnny Capps, Julian Murphy

Treyler

7. One Day at a Time (2017-2020) – IMDb: 8.2

One Day at a Time

Keçmiş əsgər olan Penelope ağıllı, zəkalı qızı və asosial oğlu ilə yaşayır. Ailənin problemlərinin ən böyük köməkçisi kubalı anası Lidiyadır. Gözəl bir hekayəsi və keyfiyyətli aktyorları olan bu serial tamaşaçılar tərəfindən sevilir.

  • Baş rollarda: Justina Machado, Isabella Gomez, Marcel Ruiz
  • Janr: Komediya
  • Rejissorlar: Gloria Calderon Kellett, Mike Royce

Treyler

6. Atypical (2017-2019) – IMDb: 8.3

Atypical

18 yaşlı autizm xəstəsi Sam daha çox müstəqillik istəyir. Anası onun özbaşına qərarlar verməsini istəmir. Atası isə anasının əksinə olaraq oğlunun istədiklərini etməsinə razıdır. Netflix-in ən yaxşı ailə seriallarından biridir.

  • Baş rollarda: Jennifer Jason Leigh, Keir Gilchrist, Brigette Lundy-Paine
  • Janr: Komediya, Dram
  • Rejissor: Robia Rashid

Treyler

5. Julie and The Phantoms (2020- ) – IMDb: 8.4

Julie and The Phantoms

Anasının ölümündən sonra gənc qızın musiqi həvəsi bitib. Ancaq xəyalət kimi onun qarşısına çıxan üç kişi musiqi zövqünün yenidən açılmasına kömək edir. Birlikdə çox yaxşı bir komanda olan bu gənclər öz aralarında bir qrup yaradırlar.

  • Baş rollarda: Madison Reyes, Charlie Gillespie, Owen Joyner
  • Janr: Komediya, Fantastik, Ailə
  • Rejissor: Dan Cross, David Hoge

Treyler

4. How I Met Your Mother (2005-2014) – IMDb: 8.3

How I Met Your Mother

Bir kişinin arvadıyla necə tanışolmasını uşaqlarına danışmasından bəhs olunur. Ted Mosby uşaqlarına anaları ilə necə tanış olduğunu izah edərkən bir növ keçmişə qayıdır. 20 yaşlarında bir memar olan Tedin dostları var. Ən yaxşı dostu Marshall, rəfiqəsi Lily və nəhayət, qadın ovçusu kimi tanınan Barney Stenson var. Marshall Tedə Lilyə evlənmə təklifi edəcəyini deyir. Ted Robinlə tanış olur və həqiqi sevgisini tapır.

  • Baş rollarda: Josh Radnor, Jason Segel, Cobie Smulders
  • Janr: Komediya, Ailə
  • Rejissorlar: Craig Thomas, Carter Bays

Treyler

3. Modern Family (2009-2020) – IMDb: 8.4

Modern Family

Serialda bir-birinə çox yaxın olan 3 ailə təsvir olunur. Bu üç cütlükdən biri homoseksualdır və vyetnamlı uşaq övladlığa götürüblər. Serialda bu 3 ailə arasındakı əlaqələr izah edilir.

  • Baş rollarda: Baş rollarda: Jay Pritchett, Gloria Delgado Prichett, Claire Dunphy, Phil Dunphy
  • Janr: Ailə
  • Rejissor: Steven Levitan

Treyler

2. Anne With an E (2017-2019) – IMDb: 8.7

Anne With an E

Anası və atasının ölümündən sonra heç kimin qalmayan gənc Shirley, həyatını düzəltməyə çalışır. Bu hadisədən sonra yaşlı bir qadın və qardaşı ilə yaşamağa başlayır. Green Gables adlı bir qəsəbədə yaşamağa başlayan Shirley qarşılaşdığı çətinliklərlə mübarizə aparır.

  • Baş rollarda: Amybeth McNulty, Lucas Jade Zumann, Geraldine James
  • Janr: Dram, Ailə
  • Rejissor: Moira Walley-Beckett

Treyler

1. Stranger Things (2016- ) – IMDb: 8.7

Stranger Things

Kiçik bir oğlan Hawkins adlı bir qəsəbədə itkin düşür. Hamı onu axtarır. Oğlan yoxa çıxdıqdan sonra qəsəbədə dəhşətli hadisələr baş verir və fövqəltəbii qüvvələr meydana çıxır. Üç dost - Lucas, Mike və Dustin Willi axtararkən meşədə bir qızla qarşılaşırlar. Super gücü olan qız sayəsində dostlarını tapırlar.

  • Baş rollarda: Millie Bobby Brown, Winona Ryder, Finn Wolfhard
  • Janr: Dram, Triller, Fantaziya
  • Rejissorlar: Matt Duffer, Ross Duffer

Treyler

Məqaləyə emosiya bildir:
emotion
1
emotion
0
emotion
0
emotion
0
emotion
0
emotion
0
emotion
0
Dostlarınla paylaş:
3 il əvvəl
4517 dəfə oxundu
ilk.az-çılar nə deyir?