Netflix-də yayımlanan ən yaxşı 14 komediya serialı

Netflix-də bir-birindən maraqlı komediya serialları yer alır. Onlardan ən yaxşılarının siyahısını hazırlamışıq.

Netflix fərqli janrlarda çəkilmiş serialları təqdim edir. Onların arasında komediya serialları da çoxdur. Onları sizə təqdim edirik.

14. Full House (1987-1995) IMDb: 6,7

Serialda ata, onun 2 qardaşı və 3 qızının başına gələn əhvalatlar təsvir olunub. Maraqlı ssenarisi olan ekran işini izləməyiniz tövsiyə olunur.

 Full House

Treyler

13. Sick Note (2017) IMDb: 6,8
İngiltərə istehsalı olan serialda qəribə bir əlaqə öz əksini tapıb. Kenny WestDaniel Glassın başlarına qeyri-adi hadisələr gəlir.

Sick Note

Treyler

12. You Me Her (2016) IMDb: 7,0
Ailəli kişinin digər qadınla əlaqəyə girməsindən bəhs olunur. Evli, ailəsini çox sevən baş qəhrəman digər bir qadına aşiq olur. Bu çox şeyləri dəyişir.

You Me Her

Treyler

11. Maniac (2018) IMDb: 7,9
Netflix-də yayımlandıqdan sonra bütün dünyada məşhurlaşan serial elmi-fantastik janrda çəkilib. Yerə bənzər planetdə yaşayan Annie LandsbergOwen Milgrimsirli dərman testinin son mərhələsində üz-üzə gəlirlər. Hər ikisi həyatlarından narazıdır. Yeni dərman bütün xəstəlikləri, mənfi şeyləri yox etməlidir.

Maniac

Treyler

10. Shameless (2004-2013) IMDb: 8,0
Serialda cinsi istismar, narkotik, əyləncə, şiddət, küçə mədəniyyəti - hər şey var. Fiona evin böyük qızıdır, məsum və gözəldir. Atası əyyaşlıq edir. Ögey qızına tamah salır. Dəhşətli hisslərini biruzə verir.

Shameless

Treyler

9. Russian Doll (2019) IMDb: 8,0
Son dövrlərin ən yaxşı komediya seriallarından biridir. Nadia adlı gənc qadın Nyu-York səyahəti zamanı bir partiyə dəvət alır. Çox keçmir, buradan qurtula bilməyəcəyini anlayır.

Russian Doll

Treyler

8. The Kominsky Method (2018) IMDb: 8,2
Qocalmağın qaçılmaz problemləri ilə əlləşən aktyor və onun menecerinin Los-Angeles-dəki macəralarından bəhs olunur. Həyatın həm gülməli, həm də kədərli tərəflərini tamaşaçıya çatdıran serialda baş rolu Michael Douglas canlandırıb.Lisa Edelstein, Emily Osment, Danny DeVito, Jay Leno, Sarah BakerNancy Travis kimi aktyorlar da serialda rol alıb.

The Kominsky Method

Treyler

7. Grace and Frankie (2015) IMDb: 8,3
Ərləri eyni vəkillik bürosunda illərdir birlikdə işləsələr də, rəfiqə ola bilməyən iki qadının başına gələnlər təsvir olunub. Ərləri bir-birindən uzaqlaşdıqda vəziyyət dəyişir, onların bağları güclənir, həyata baxışları dəyişir.

Grace and Frankie

Treyler

6. Sex Education (2019) IMDb: 8,3
Hadisələr İngiltərədəki Moordale qəsəbəsində baş verir. Özünə qapanan Otis Milburn cinsi terapevtlərlə birlikdə yaşayır. Otis dostu Maeve ilə dostlarının sekslə bağlı problemlərini həll etmək üçün gizli seks terapiyası işınə girişir.

Sex Education netflix

Treyler

5. Brooklyn Nine-Nine (2013) IMDb: 8,5
Jake adlı genc polisin başına gələnlər öz əksini tapıb. Jake işini yaxşı bacarsa da, qeyri-ciddi, məsuliyyətsiz adamdır. Qrupun yeni rəhbəri əməkdaşları daha çox işlədir və təzyiq Jakeni gülməli vəziyyətlərə salır.

Brooklyn Nine-Nine

Treyler

4. Suits (2011) IMDb: 8,6
Serialda Mike Rossun həyat hekayəsi öz əksini tapıb. Mikenin uşaqlıq arzuları ağır həyatından dolayı reallaşmayıb. Zəkası və güclü yaddaşı sayəsində LSAT imtahanlarında uğur qazanır. Serialın digər qəhrəmanı Harvey Specter Nyu-Yorkun ən yaxşı vəkillərindən biridir. O, özünə köməkçi axtarır və Mikeni tapır. Ancaq bir problem bunun baş tutmasına mane olur.

Suits

Treyler

3. How I Met You Mother (2005-2014) IMDb: 8,7
Serialda Ted Mosbynin övladlarına arvadı ilə necə tanış olmasını anlatması təsvir olunub. Ted çox duyğusaldır. Tezliklə həyatının sevgisini tapıb evlənmək istəyir. İdeal qadın tapmaq asan olmayacaq. Ted gülməli vəziyyətlərə düşür. Ona Barney, Marshall, Lily və Robin kömək edirlər. Serialın hər seriyası 20 dəqiqədən ibarətdir.

How I Met You Mother

Treyler

2. Better Call Saul (2015) IMDb: 9,0
Saul Goodman’ın Walter WhiteJesse Pinkman ilə tanış olmaqdan əvvəlki vəkillik illəri təsvir edilib. Həm komik, həm də dramatik olaylar yaşanır.

Better Call Saul

Treyler

1. Leyla ile Mecnun (2011-2014) IMDb: 9,2
Türkiyənin ən məşhur seriallarından biridir. Leyla və Mecnun beşikdə ikən bir-birinə aid edilsələr də, uzun illər görüşmürlər. Nəhayət, Mecnun Leylanı görür və ona aşiq olur. Onu izləməyə başlayır. Bu zaman isə komik hadisələr baş verir.

Leyla ile Mecnun

Treyler

Məqaləyə emosiya bildir:
emotion
2
emotion
0
emotion
1
emotion
0
emotion
0
emotion
0
emotion
0
Dostlarınla paylaş:
3 il əvvəl
4955 dəfə oxundu
ilk.az-çılar nə deyir?