Netflix-də yer alan ən yaxşı 20 dram filmi

Bu məqaləmizdə Netflix-də yer alan ən yaxşı dram filmlərini bir yerə toplamışıq. Yaxşı bir dram filmi axtarırsınızsa, bu məqaləni oxumalısınız. Bu siyahını hazırlayarkən ən böyük reytinqli saytlardan istifadə etdik.

20. Amar (2017) – IMDb: 5.2

Amar

Bir-birini sevən gənc cütlüyün həyatından bəhs edir. Laura və Carlos ilk dəfə sevgili olan iki gəncdir. Aralarındakı bu böyük sevgi cütlüklərin həyatındakı ən vacib şeydir. Ancaq bu sevginin özü ilə gətirdiyi inamsızlıq və qısqanclıq kimi hisslər bir-birlərini incitmələrinə səbəb olur.
Baş rollarda: Pol Monen, Greta Fernández, Nacho Fresneda
Janr: Dram, Romantik
Rejissor: Esteban Crespo

Treyler

19. Nuh: Böyük Tufan (2014) – IMDb: 5.7

Nuh: Böyük Tufan

Film tarixi və dini cəhətləri ilə diqqət çəkir. Bəşəriyyət Qabilin nəslindən gəlib, lakin Yaradanın cızdığı yoldan kənara çıxır. Dünyanın bütün gözəlliklərindən və nemətlərindən sona qədər istifadə edərək yer üzünü yaşayış üçün yararsız vəziyyətə gətirən bəşəriyyət şərə üz tutur. Yaradan yuxuda Nuha böyük tufan xəbərdarlığı edir. Nuhdan möhtəşəm bir gəmi düzəltməyi və yer üzündəki bütün heyvan cinslərindən bir cütünü gəmiyə yerləşdirməsini istəyir. Bu gəmi Nuhun ailəsinin də qurtuluşu olacaq. Ancaq insan gəmiyə minmək üçün Nuhla mübarizə aparacaq.
Baş rollarda: Russell Crowe, Jennifer Connelly, Emma Watson
Janr: Fantaziya, epik, dram
Rejissor: Darren Aronofski

Treyler

18. Wasp Network (2019) - IMDb: 5.8

Wasp Network

Film Fernando Moraisin “Soyuq Müharibənin son əsgərləri” əsasında çəkilib. Florida mərkəzli bir terror təşkilatı şəbəkəsinə daxil olan Kuba casuslarından bəhs edən film real hadisələrə əsaslanıb. 1990-cı illərdə adadakı terror hücumlarını sona çatdırmaq üçün hərəkətə keçən Kuba casusları böyük bədəl ödəyirlər.
Baş rollarda: Penélope Cruz, Édgar Ramírez, Gael García Bernal
Janr: Casusluq, Triller, Dram
Rejissor: Olivier Assayas

Treyler

17. Baraka (2017) – IMDb: 6.3

Baraka

Mackenzie Allen Phillips, qızı Missy qaçırıldıqdan sonra onun öldürüldüyünü düşünür. Gözlənilməz anda məktub alan Mack, məktubu göndərənin Tanrı olduğuna inanır. Məktubda qızının öldürüldüyü barakaya gedilməli olduğu yazılıb. Mack bir müddət düşündükdən sonra əşyalarını yığıb oraya yola düşür.
Baş rollarda: Sam Worthington, Octavia Spencer, Tim McGraw
Janr: Dram
Rejissor: Stuart Hazeldine

Treyler

16. 12 Döyüşçü (2018) – IMDb: 6.6

12 Döyüşçü

Filmdə 11 sentyabr hücumundan sonra Amerikanın Əfqanıstana hərbi müdaxiləsindən bəhs olunur. ABŞ xüsusi təyinatlı dəstələrindən biri Mitch Nelsonun rəhbərliyi ilə Əfqanıstana göndərilir. Bu əsgərlərin ən böyük vəzifəsi Əfqanıstan Birləşmiş İslam Azadlıq Cəbhəsindən general dostunu Taliban və Əl-Qaidə ilə mübarizə aparmağa razı salmaqdır. Ancaq hər iki tərəf arasında qarşılıqlı inamsızlıq və mədəni fərqlər hər şeyi qarışdırır.
Baş rollarda: Chris Hemsworth, Michael Shannon, Michael Peña
Janr: Müharibə, Dram
Rejissor: Nicolai Fuglsig

Treyler

15. Hillbilly Elegy (2020) – IMDb: 6.7

Hillbilly Elegy

Filmdə bir ailənin 3 fərqli nəslinin həyatı öz əksini tapıb. Yale Universitetində Hüquq fakültəsində oxuyan, lakin doğma şəhərinə qayıtmaq məcburiyyətində qalan ailənin ən gənc üzvünün izah etdiyi əhvalat .D. Vancenin 2016-cı ildə nəşr olunan eyni adlı kitabından ekranlara daşınıb.
Baş rollarda: Amy Adams, Glenn Close, Gabriel Basso
Janr: Dram
Rejissor: Ron Howard

Treyler

14. Tallulah (2016) – IMDb: 6.7

Tallulah

Azadlıq arzusu ilə yaşayan Lu çətin vəziyyətdə yaşayır. Bu durum onun sevgilisi Nico üçün cansıxıcı hala gəlib. Nico bir gecə qəflətən onu tərk edir. Lu köpəsini atmaq istəyən anadan uşağı alır və onu Niconun anasının yanına aparır. Margo və Lu körpə sayəsində bir-birinə isinişirlər. Filmi izləməyiniz tövsiyə olunur.
Baş rollarda: lliot Page, Allison Janney, Tammy Blanchard
Janr: Dram
Rejissor: Sian Heder

Treyler

13. The Life Ahead (2020) - IMDb: 6.8

The Life Ahead

Filmdə ailəsini itirmiş uşaqla əlaqələr yaradan qadının hekayəsi təsvir olunub. Bu qadın Yəhudi qətliamından qurtulub və İtaliyada qocalar evində işləyir. 12 yaşlı bir Seneqallı mühacir tərəfindən soyulduqdan sonra Madam Rosa bu oğlanı özü ilə aparır. Netflix-də yer alan ən yaxşı dram filmlərindən biridir.
Baş rollarda: Sophia Loren, Ibrahima Gueye, Abril Zamora
Janr: Dram
Rejissor: Edoardo Ponti

Treyler

12. Outlaw King (2018) – IMDb: 6.9

Outlaw King

Film orta əsrlərdə İngiltərə kralı I Edvardın Şotlandiyanı işğalı zamanı Robert Brucenin mübarizəsini əks etdirir. Robert 1300-cü illərdə Şotlandiyanın müstəqilliyi üçün böyük bir mübarizə aparır. Bu mübarizənin sonunda Şotlandiya kralı olur. Onun məqsədi əzazil kral və onun oğluna qarşı mübarizə aparmaqdır. Bruce, öz ordusundan daha böyük və daha yaxşı təchiz edilmiş işğalçı ingilis ordusunu məğlub etmək üçün zəkasını və bütün cəsarətini istifadə etməlidir.
Baş rollarda: Chris Pine, Florence Pugh, Aaron Taylor-Johnson
Janr: Aksiyon, Dram
Rejissor: David Mackenzie

Treyler

11. In the Heart of the Sea (2015) – IMDb: 6.9

In the Heart of the Sea

Film Nathanial Phillbrickin eyni adlı romanı əsasında çəkilib. 1820-ci ildə “Nantucket” adlı gəmi balina hücumu zamanı parçalanır. Heyət arasından yalnız 8 nəfərin xilas olduğu bu hadisə Herman Melvillein hazırladığı “Moby Dick” əfsanəsinin yaranmasında mühüm rol oynayır.
Baş rollarda: Chris Hemsworth, Benjamin Walker, Cillian Murphy
Janr: Dram, Macəra, Fantaziya
Rejissor: Ron Howard

Treyler

10. Deepwater Horizon: Böyük fəlakət (2016) – IMDb: 7.1

Deepwater Horizon: Böyük fəlakət

Filmdə dənizdəki bir qazma qurğusunun neft sızmasına səbəb olması və 2010-cu ilin aprelində baş vermiş partlayış öz əksini tapıb. Partlayış günü qazma qurğusunda çalışan və mümkün olan ən pis şərtlərlə işləyən 126 nəfərlik qrupun hekayəsi ekranlara daşınıb. Yaxşı işləyən bu komanda növbələrinin bitməsini və ən qısa müddətdə ailələri ilə görüşməsini gözləyir. Ancaq qəflətən dəhşətli yanğınla üz-üzə qalırlar.
Baş rollarda: Mark Wahlberg, Dylan O'Brien, Kate Hudson
Janr: Dram
Rejissor: Peter Berg

Treyler

9. The King (2019) – IMDb: 7.2

The King

Filmdə hər şeydən uzaq bir varisin hekayəsi əks olunub. Dikbaş şahzadə Hal taxt-tacın varisidir. Ancaq o, ailəsinə kürəyini çevirib xalqa qoşulmağı üstün tutur. Atası öldükdən sonra taxta çıxır. Kral V Henri bundan sonra qaçdığı həyata sahib çıxmaq məcburiyyətində qalır. Atasının qoyub getdiyi müharibə və xaosdan qurtulmalıdır.
Baş rollarda: Timothée Chalamet, Robert Pattinson, Ben Mendelsohn
Janr: Dram, Tarixi, Bioqrafik
Rejissor: David Michôd

Treyler

8. El Camino: A Breaking Bad Movie (2019) - IMDb: 7.3

El Camino: A Breaking Bad Movie

Filmdə qaçırılmış bir adamın azadlıq axtarışı əks olunub. Əsirlikdən qurtulmuş bir insan özü üçün yeni bir həyat qurmağa çalışır. Ancaq keçmişi onun izini buraxmır. Olduqca maraqlı ssenarisi olan filmi izləməyinizi tövsiyə edirik.
Baş rollarda: Aaron Paul, Jesse Plemons, Robert Forster
Janr: Triller, Dram
Rejissor: Vince Gilligan

Treyler

7. Okja (2017) - IMDb: 7.3

Okja

Mija 10 il “Okja” adını verdikləri donuzu böyüdür. Ancaq donuz böyüdükdə “Mirando” şirkəti onu qaytarmaq istəyir. Mija bu qərara qarşı çıxır. Şirkət donuzu zorla alır. Mija onların izinə düşür. Film dramatik səhnələri ilə izləyənləri heyrətə qərq edir.
Baş rollarda: Seo-Hyun Ahn, Tilda Swinton, Jake Gyllenhaal
Janr: Dram, Elmi-fantastik, Macəra
Rejissor: Bong Joon Ho

Treyler

6. Fury (2014) – IMDb: 7.6

Fury

İkinci Dünya Müharibəsinin son günlərində almanların müdafiəyə çəkilmələri əks olunub. Filmdə komandir Wardaddinin rəhbərlik etdiyi tank tağımının 300 düşmən əsgəri ilə qarşılaşması və bütün çətinliklərə baxmayaraq, 24 saat boyunca onlarla döyüşməsi öz əksini tapıb. Beş əsgərdən ibarət olan bu qrup tankları və köməkçi qüvvələri ilə toqquşmanın ortasında qalır.
Baş rollarda: Brad Pitt, Shia LaBeouf, Logan Lerman
Janr: Dram, Aksiyon, Müharibə
Rejissor: David Ayer

Treyler

5. Roma (2018) – IMDb: 7.7

Roma film

Meksikanın orta təbəqəli ailələrin yaşadığı Roma məhəlləsində Cleo ev işləri ilə məşğul olur və evdəki dörd uşağa baxır. Bütün vaxtını o evdə keçirməsinə baxmayaraq, Cleonun özünəməxsus fərqli bir dünyası var. Gənc qadın Fermin adlı kişiyə aşiq olur, ancaq bu münasibət Cleonun gözlədiyi kimi getmir. Dörd uşaq anası Sofiya, ərinin yoxluğunun öhdəsindən gəlməyə çalışır. Filmdə bu iki qadın siyasi qarışıqlıq dövründə bir-birlərinə dəstək olurlar.
Baş rollarda: Yalitza Aparicio, Marina de Tavira, Nancy García
Janr: Dram
Rejissor: Alfonso Cuarón

Treyler

4. Chicago Sevenin Məhkəməsi (2020) - IMDb: 7.8

Chicago Sevenin Məhkəməsi

Bir qrup 1968-ci ildə Çikaqoda Milli Demokratik Konfransında Vyetnam müharibəsi və əks mədəniyyət üçün etiraz mitinqi təşkil edir. Federal hökumət daha sonra “Chicago Seven”-ə çevriləcək bu qrupu sui-qəsd və üsyanda günahlandırır. 2020-ci ilin ən gözəl filmlərindən biri hesab olunur.
Baş rollarda: Yahya Abdul-Mateen II, Sacha Baron Cohen, Joseph Gordon-Levitt
Janr: Triller, Tarixi, Dram
Rejissor: Aaron Sorkin

Treyler

3. İrlandiyalı (2019) - IMDb: 7.9

İrlandiyalı film

Film möhtəşəm səhnələri ilə göz oxşayır. Filmdə mafiya snayperi Frank Sheeranın həyatı təsvir olunub. İkinci Dünya müharibəsində iştirak etmiş keçmiş əsgər Frank Sheeran, uzun illərdir “Bufalino” cinayət təşkilatı ilə işləyir. Həmkarlar ittifaqı zabiti olan bu adam bir çox məşhuru aradan götürmək tapşırığı alıb. Sheeran “İrlandiyalı” ləqəbi ilə tanınır.
Baş rollarda: Robert De Niro, Al Pacino, Joe Pesci
Janr: Triller, Dram, Bioqrafik
Rejissor: Martin Scorsese

Treyler

2. Dunkirk (2017) – IMDb: 7.9

Dunkirk

Filmdə II Dünya Müharibəsinin taleyüklü anlarından olan və 300 min əsgərin Dunkerque sahillərindən təxliyə edilməsi öz əksini tapıb. Yüz minlərlə ingilis və müttəfiq əsgər düşmən tərəfindən mühasirəyə alınır. Arxalarında dəniz olan əsgərlər çarəsiz vəziyyətə düşürlər.
Baş rollarda: Fionn Whitehead, Mark Rylance, Tom Hardy
Janr: Tarixi, Müharibə, Dram
Rejissor: Christopher Nolan

Treyler

1. Diriliş (2015) – IMDb: 8.0

Diriliş

Təcrübəli bir tələçi olan Hugh Glass heyvanları kürk üçün ovlayan təşkilata işləyir. Ov zamanı boz ayı tərəfindən ölümcül xəsarət alan Glassı yoldaşları orada tərk edir. Bu ərazilərə yaxşı bələd olan Glass sağ qalır. Film XIX əsrdə Amerika sərhədində yaşamaq uğrunda mübarizədən bəhs edir.
Baş rollarda: Leonardo DiCaprio, Tom Hardy, Domhnall Gleeson
Janr: Macəra, Qərb, Dram
Rejissor: Alejandro González Iñárritu

Treyler

Digər tövsiyə etdiyimiz filmlər:

Məqaləyə emosiya bildir:
emotion
1
emotion
0
emotion
0
emotion
0
emotion
0
emotion
0
emotion
1
Dostlarınla paylaş:
3 il əvvəl
5387 dəfə oxundu
ilk.az-çılar nə deyir?