Netflix-in məşhur serialı olan "Squid Game" haqqında 16 maraqlı fakt

Qeyri-adi senarisi və şiddət səhnlələri ilə diqqət çəkən serial böyük populyarlıq qazanıb. Dünyada milyonlarla izləyicisi olan "Squid Game" ilə bağlı maraqlı faktları təqdim edirik.

1. Rejissor Hwang Dong-hyuk senarini ilk dəfə 2008-ci ildə qələmə almağa başlayıb və 2009-cu ildə tamamlayıb.

Rejissor Hwang Dong-hyuk

2. Serialdakı digər 456 yarışçı kimi borc içində olduğu üçün belə bir oyuna qatılmağı xəyal edib.

Squid Game

3. Serialın senarisi 2009-cu ildə tamamlansa da, aktyorlar və investorlar layihəyə ciddi yanaşmadığı üçün çəkilişlərin başlaması 2019-cu ilə qədər uzanıb.

Serialın senarisi

4. Serialdakı yaşıl paltarlar bir baxtlar məktəblərdə idman formaları kimi istifadə olunub.

Squid Game paltarlar

5. Maskalarda qarışqa simalarından ilhamlanaraq istifadə olunub.

Squid Game maska

6. Serialda yarışçıların əksəriyyəti növbəti oyunu əvvəlcədən öyrənə bilmək üçün dava-dalaş salıb və böyük olaylar yaşanıb. Halbuki, bu çətin oyunlar nəhəng yataqxananın divarına əvvəlcədən həkk edilib.

Squid Game yarışçılar

7. Pilləkənlərdə isə hollandiyalı rəssam M. C. Escherin "Relativity" əsərindən istifadə olunub.

Squid Game pilləkənlər

8. Bəzi qələbəlik səhnələrdə kamera hiyllələri və ya xüsusi effektlər işlədilib.

Squid Game kamera hiylələri

9. Serialda çoxlu kontrastlar istifadə olunub. Ən qanlı səhnələrdə də rahatladan musiqilər çalınması, məsum uşaq oyunlarının yüzlərlə insanı öldürməyi, çəhrayı rəngin qəddar vəzifəlilərin geyim rəngi olması serialı daha da qeyri-adi edir.

Squid Game kontrastlar

10. Koreya dilində "Oh Il-nam" "Bir nömrəli adam" anlamına gəlir. Bu isə koreya dilini bilənlər üçün serialın sonuna dair xırda ipucudur.

Squid Game Oh Il-nam

11. İlk oyunun sonunda dedektorun özünü deşifrə etdiyini görürük.

Squid Game ilk oyun

12. Qırmızı işıq - yaşıl işıq oyunundakı böyük oyuncaq körpə isə realdır. Oyuncaq Incheon şəhərində yerləşən muzeydə saxlanılır və bir qolu yoxdur.

Squid Game qırmızı işıq-yaşıl işıq

13. Böyük mükafat - 46 milyard von təxminən 39 milyon dollara bərabərdir.

Squid Game mükafat

14. Son bölümdə evsiz adamın donduğu otelin qarşısı, ilk bölümdə isə Gi-Hunun avtobusa alındığı yer.

Squid Game Gi-Hun

15. Son bölümdə Gi-Hunun saçlarını qırmızı rəngə boyatması son yarışı qazandığı üçün özünə güvəndiyi, fərqli olduğunu sübut etdiyi anlamına gəlir.

Squid Game son bölüm

16. Gi-Hunun nömrəsi olan 456 isə bəzi mədəniyyətlərdə doğruluği və bütövlüyü təmsil edir.

Squid Game 456

Məqaləyə emosiya bildir:
2 il əvvəl
3651 dəfə oxundu
ilk.az-çılar nə deyir?
Fikirlər (1)
banu (5 ay əvvəl)
maraqliydi
Oxşar yazılar
Türkiyədə çəkilmiş ən yaxşı qorxu filmləri
Türkiyə istehsalı olan qorxu filmləri fərqli elementləri və realistliyi ilə fərqlənir....
  • 6 ay əvvəl
  • 1004
Ən yaxşı komediya filmləri
Son illərdə çəkilmiş ən yaxşı komediya filmlərinin siyahısını sizə təqdim...
  • 11 ay əvvəl
  • 5737
Türkiyədə ən çox baxılan xarici seriallar
Türkiyədə tamaşaçıların ən çox izlədiyi və yeni sezonlarını səbirsizliklə...
  • 1 il əvvəl
  • 1782
Netflix-də yer alan döyüş filmləri
Kinonun ən çox seçilən janrları arasında yer alan döyüş filmlərini Netflix...
  • 1 il əvvəl
  • 2406
Netflix-də pulsuz izləyə biləcəyiniz 10 serial və film
Netflix, istifadəçisi olmayanlara pulsuz filmlər təqdim edərək keyfiyyətini göstərməyə...
  • 1 il əvvəl
  • 6890
Netflix-in ən yaxşı macəra filmləri | 2022
Netflix-də yayımlanan ən gözəl macəra filmlərinin siyahısını hazırlamışıq. Onu sizə...
  • 1 il əvvəl
  • 2564