Netflix Türk Diziləri - Netflix-də ən çox baxılan ən yaxşı türk serialları

Netflix Türkiyə bazarına girdikdən sonra yerli serialları da izləyicilərə təqdim etməyə başladı. Bu məqaləmizdə Netflix-də yer alan ən çox izlənilən türk seriallarını bir araya gətirmişik.

Dizi sıralaması IMDb xalına görə azdan-çoxa sıralanmışdır. Ən yaxşı Türk diziləri siyahısını təqdim edirik:

12. Aşk 101 (2020) IMDb: 7,5

Aşk 101

Netflix-in Ay Yapım ilə birlikdə ərsəyə gətirdiyi "Aşk 101" ən çox baxılan türk seriallarındandır. Serialda Kubilay Aka, Mert Yazıcıoğlu, Alina Boz, Selahattin Paşalıİpek Filiz çəkilib. Öz mənafeləri üçün qadın müəllimin məktəbdən ayrılmasına mane olan 17 yaşlı gənclərin əməlləri təsvir olunub. Məktəbə yeni gələn basketbol müəllimi onların planında açar rolunu oynayır.

Treyler

11. Atiye (2019) IMDb: 7,7

Atiye

Serialda baş rollarda Beren Saat, Mehmet Günsür, Metin AkdülgerMelisa Şenolsun çəkilib. Atiye İstanbulda yaşayan gənc rəssamdır. Varlı ailədən olan Ozanla evlənməyə hazırlaşır. Atiye sərgi açıb, sərgidə uşaqlıqda çəkdiyi simvol da yer alıb. Bu simvolun digər bir tayı ən qədim məbəd olan Göbəklitəpədə aşkarlanır. Bununla Atiyenin həyatı dəyişir.

Treyler

10. Rise of Empires: Ottoman (2020) IMDb: 8,1

Rise of Empires: Ottoman

Amerika istehsalı olan sənədli serialda İstanbulun fəthi əks olunub. Cem Yiğit Üzümoğlu, Tuba Büyüküstün, Selim Bayraktar, Birkan Sokullu, Osman Sonant, Damla SönmezUshan Çakır kimi aktyorlar serialda çəkiliblər. Professor Celal Şengör sənədli hissələrdə bəzi məqamlara aydınlıq gətirib.

Treyler

9. The Protector: Hakan Muhafız (2018) IMDb: 7,6

The Protector: Hakan Muhafız

Baş rolda Çağatay Ulusoy çəkilib. Hakan ona verilmiş gizli tapşırıqla İstanbulu qorumalıdır. Bununla da onun həyatı dəyişir. O, Mühafizliyi qəbul etməli, ölümsüzlə qarşılaşıb onu aradan götürməlidir.

Treyler

8. Leyla ile Mecnun (2011-2014) IMDb: 9,2

Leyla ile Mecnun

Ən çox sevilən türk seriallarından biridir. Mecnun, Leyla, İsmail abi, Hırsız Yavuz, Erdal Bakkal, İskender, Dede Kağan, Kamil və digər obrazlar seriala xüsusi maraq atır. Leyla və Mecnun eyni gündə, eyni xəstəxanada dünyaya göz açırlar. Aradan illər keçir. Mecnunun atası İskender oğluna qız istəməyə gedir. Hər şey elə bununla başlayır.

Treyler

7. Ezel (2009-2011) IMDb: 8,5

Ezel

Baş rollarda Kenan İmirzalıoğlu, Cansu Dere, Barış FalayYiğit Özşenerin çəkildiyi serialda Ömer Uçar (Ezel) təmirxanada işləyən bir gəncdir. O, məhəlləyə yeni köçən Eyşana aşiq olur. Bu sevgi Ömeri məhv edir. Günahsız yerə həbs olunur. Serial maraqlı senarisi və səhnələrilə izləyənləri heyrətləndirir.

Treyler

6. 46 Yok Olan (2016) IMDb: 8,5

46 Yok Olan

Baş rollarda Erdal Beşikcioğlu, Yasemin Allen, Melis Birkan, Saygın SoysalBerkan Sal yer alır. Serialda Türkiyənin məşhur genetika professoru, Erdal Beşikcioğlunun obrazı müalicəsi olmayan xəstəliyə görə 5 il komada qalır. O, yüzlərlə xəstəyə ümid verəcək dərman hazırlayır və bundan sonra başına qəribə əhvalatlar gəlir. Serialı Netflix-də izləyə bilərsiniz.

Treyler

5. Behzat Ç. : Bir Ankara Polisiyesi (2010-2013) IMDb: 8,7

Behzat Ç. : Bir Ankara Polisiyesi

Serialda Ankara Cinayət Bürosunun komissarı Behzat Ç. və komandasının başına gələn olaylar əks olunub. Behzat əsgər ola bilməsə də polis olur və özünü bu işə səfərbər edir. Aldığı cəzalardan dolayı vəzifəsi qaldırılmır.

Treyler

4. Diriliş: Ertuğrul (2014) IMDb: 7,2

Diriliş: Ertuğrul

Reytinq rekordları qıran və hələ də davam edən serialda Türkiyə tarixi, Osmanlı imperiyası yaranana qədər baş verənlər əks olunub. Serial Netflix-də də xüsusi izləyici kütləsi qazanıb.

Treyler

3. Son (2013) IMDb: 7,5

Son

Serialda Yiğit Özşener, Nehir Erdoğan, Erkan Can kimi aktyorlar rol alıb. Qadının itkin düşən əri ilə bağlı həqiqəti öyrənmək cəhdləri ailə sirlərini, saxtakarlıqları və beynəlxalq intriqanı ortaya çıxarır.

Treyler

2. Şubat (2012-2013) IMDb: 7,9

Şubat

"Güzel ve Çirkin" adlı serial əsasında çəkilən ekran işində İstanbul dəhlizlərində yaşayan kişi və yerin üstündəki qadının kekayəsi təsvir olunub. Aparıcılıq edən Yağmuru xüsusi maraqla izləyən Şubat onun həyatına girir və onları bir araya gətirəcək bir çox səbəbin olduğunu anlayır. Yağmur isə illər əvvəl öldürülmüş atasının qatilini axtarır.

Treyler

1. Masum (2017) IMDb: 8,8

Masum dizisi

Netflix-də yer alan serialda Haluk Bilginer, Ali Atay, Serkan Keskin, Nur Sürerİrem Altuğ kimi aktyorlar çəkilib. Ehtiyatda olan komissar Cevdet və arvadı qalan həyatlarını şəhərdən uzaq kənd evində keçirirlər. Kiçik oğulları gecə qorxunc xəbərlə evə gəlir, hər şey alt-üst olur.

Treyler

Məqaləyə emosiya bildir:
3 il əvvəl
8084 dəfə oxundu
ilk.az-çılar nə deyir?
Fikirlər (0)
Oxşar yazılar
Türkiyədə çəkilmiş ən yaxşı qorxu filmləri
Türkiyə istehsalı olan qorxu filmləri fərqli elementləri və realistliyi ilə fərqlənir....
  • 6 ay əvvəl
  • 958
Ən yaxşı komediya filmləri
Son illərdə çəkilmiş ən yaxşı komediya filmlərinin siyahısını sizə təqdim...
  • 10 ay əvvəl
  • 5688
Türkiyədə ən çox baxılan xarici seriallar
Türkiyədə tamaşaçıların ən çox izlədiyi və yeni sezonlarını səbirsizliklə...
  • 12 ay əvvəl
  • 1741
Netflix-də yer alan döyüş filmləri
Kinonun ən çox seçilən janrları arasında yer alan döyüş filmlərini Netflix...
  • 1 il əvvəl
  • 2368
Netflix-də pulsuz izləyə biləcəyiniz 10 serial və film
Netflix, istifadəçisi olmayanlara pulsuz filmlər təqdim edərək keyfiyyətini göstərməyə...
  • 1 il əvvəl
  • 6849
Netflix-in ən yaxşı macəra filmləri | 2022
Netflix-də yayımlanan ən gözəl macəra filmlərinin siyahısını hazırlamışıq. Onu sizə...
  • 1 il əvvəl
  • 2517