Oscar mükafatı almış ən yaxşı döyüş filmləri

Ən yaxşı döyüş filmlərinin siyahısını hazırlamışıq. Filmlər müxtəlif dövrlərdə baş verən müharibələri, gərgin döyüşləri əks etdirir. Onları sizə təqdim edirik.

Greyhound (2020) IMDb: 7

Greyhound

Almaniya sualtı qayıqlarından yayınaraq Şimali Atlantikanı keçməyə çalışan ABŞ döyüş gəmisi olan "Greyhound"un kapitanı Ernest Krausenin hekayəsindən bəhs olunur. Həm döyüşü qazanmağa, həm də heyətini qorumağa çalışan Krause obrazını Tom Hanks canlandırıb.

Janr: dram, tarixi, müharibə
Rollarda: Tom Hanks, Elisabeth Shue, Stephen Graham
Rejissor: Aaron Schneider

Treyler

Mosul (2019) IMDb: 7,2

Mosul

Film daxili müharibə nəticəsində bir ölkənin məhv olmasından bəhs edir. Mosulu işğal edən İŞİD-ə qarşı döyüşən yeganə qrup SWAT-dır. İraqlı polis Kawa SWAt tərəfindən çətinlikdən xilas olunur və dəstəyə qatılır. SWAT bütün qüvvəsi ilə düşməni məhv etməyə səy göstərir.

Janr: triller, müharibə
Rollarda: Adam Bessa, Suhail Dabbach, Ishaq Elias
Rejissor: Matthew Michael Carnahan

Treyler

13 saat: Benqazinin gizli əsgərləri (2016) IMDb: 7,3

13 saat: Benqazinin gizli əsgərləri

Film Liviyanın Benqazi şəhərində olan ABŞ bazasına edilən hücumdan bəhs edir. Hərbi qüvvələr hadisəni araşdırmaq üçün hərəkətə keçirlər. Filmi izləməyiniz tövsiyə olunur.

Janr: müharibə
Rollarda: John Krasinski, James Badge Dale, Max Martini
Rejissor: Michael Bay

Treyler

12 Döyüşçü (2018) IMDb: 6,6

12 Döyüşçü

Əfqanıstana gedən ABŞ hərbçiləri təhlükəli qayalıqlarda Əfqanıstan generalı Dostumu Taliban və Əl- Qaidə ilə birlikdə döyüşməyə razı salmağa çalışırlar. Sayca az olanABŞ və Əfqanıstan əsgərləri güclü düşmənlə qarşı-qarşıya qalırlar.

Janr: müharibə
Rollarda: Chris Hemsworth, Michael Shannon, Michael Pena
Rejissor: Nicolai Fugisig

Treyler

Meymunlar Cəhənnəmi: Döyüş (2017) IMDb: 7,4

Meymunlar Cəhənnəmi:

Kobonun xəyanətinə uğrayan və meymun irqindən böyük itkilər verən ordunun rəhbəri Sezar, insan nəsli ilə böyük müharibəyə hazırlaşır. İnsan və meymun irqinin taleyi bu müharibədən asılıdır.

Janr: elmi-fantastik, macəra, müharibə
Rollarda: Andy Serkis, Woody Harrelson, Steve Zahn
Rejissor: Matt Reeves

Treyler

1917 (2019) IMDb: 8,7

1917 kino

I Dünya müharibəsi zamanı iki əsgərə verilən çətin tapşırıq və onların başına gələn hadisələrdən bəhs olunur. Tapşırığa əsasən ən qısa müddətdə düşmən tərəfinə keçmək və içərisində qardaşının da olduğu hərbçiləri ölümdən xilas etmək lazımdır.

Janr: dram, müharibə
Rollarda: George MacKay, Dean-Charles Chapman, Mark Strong
Rejissor: Sam Mendes

Treyler

Jojo Rabbit (2019) IMDb: 8

Jojo Rabbit filmi

Almaniya diktatoru Adolf Hitlerin ordusunda olan Jojo Betzler anasının evində yəhudi qız gizlətdiyini öyrənir. Filmdə təsvir olunan Hitler real Hitlerdən fərqlidir. Bu durum izləyicini daha da maraqda saxlayır.

Janr: müharibə, dram, komediya
Rollarda: Roman Griffin Davis, Thomasin McKenzie, Scarlett Johansson
Rejissor: Taika Waititi

Treyler

Dəlilər: Fatehin Fərmanı (2018) IMDb: 5,7

Dəlilər: Fatehin Fərmanı

Filmdə İstanbulu fəth edən Fateh Sultan Süleymanın Rumıniya şahzadəsinə elçi göndərməsi və Şahzadə Vladın onu öldürtməsi təsvir olunub. Bundan sonra fateh şahzadənin öldürülməsi üçün Baba sultana fərman verir. Baba sultan igidlərdən ibarət birliyinə bununla bağlı tapşırıq verir.

Janr: tarixi
Rollarda: Erkan Petekkaya, Cem Uçan, İsmail Filiz
Rejissor: Osman Kaya

Treyler

Pearl Harbour (2001) IMDb: 6,)

Pearl Harbour

II Dünya müharibəsində nasistlər Avropanın güclü ordularıyla üstünlüyü ələ alır. Müharibə Avropa və Asiyaya yayılır. ABŞ əvvəlcə bu müharibəyə birbaşa daxil olmur, silah satmaqla kifayətlənir. Yaponiya Çin və Rusiya ilə müharibə edir və ABŞ-ın Sakit okeanda üstünlüyü ələ almasını istəmir. ABŞ isə Havay adalarındakı Pearl Harbour bazasından istifadə edir. Yaponiya dəniz qüvvələrinə aid təyyarə limana zərbələr endirir. Kamikadzə təyyarələri ABŞ donanmasına böyük zərər verir. Filmdə bu gərgin olaylar öz əksini tapıb.

Janr: müharibə
Rollarda: Ben Affleck, Kate Beckinsale, Josh Hartnett, Jennifer Garner
Rejissor: Michael Bay

Treyler

Jarhead (2005) IMDb: 7

Jarhead filmi

Gənc Anthony orduya cəlb olunur. İraqın Küveyti işğal etdiyi ərəfədə ABŞ-ın dəstək qrupuna verilən Anthony, tanımadığı yerlərdə, alışmadığı iqlim şərtlərində və tanımadığı şəxslərlə döyüşür. Filmdə əsgərlərin yaşantıları, çətinlikləri öz əksini tapıb.

Janr: müharibə, dram
Rollarda: Jake Gyllenhaal, Scot MacDonald, Peter Sarsgaard
Rejissor: Sam Mendes

Treyler

Valkyrie (2008) IMDb: 7,1

Valkyrie

Filmdə II Dünya müharibəsi zamanı bir neçə alman süvarisinin Hitlərə sui-qəsd planından bəhs edir. Əsgərlər planın reallaşması üçün ölməyi belə gözə alırlar. Filmi izləməyiniz tövsiyə olunur.

Janr: tarixi, dram, triller
Rollarda: Tom Cruise, Carice van Houten, Bill Nighy
Rejissor: Bryan Singer

Treyler

The Water Diviner (2014) IMDb: 7,1

The Water Diviner

Crowe 1919-cu ildə Çanaqqala müharibəsindən sonra oğullarını axtarmaq üçün Türkiyəyə gəlir. Ona türk əsgərlər Yılmaz Erdoğan və Cem Yılmaz kömək edirlər. Film böyük izləyici kütləsi qazanmağı bacarıb.

Janr: dram, müharibə
Rollarda: Russel Crowe, Olga Kurylenko, Yılmaz Erdoğan, Cem Yılmaz
Rejissor: Russel Crowe

Treyler

Defiance (2008) IMDb: 7,2

Defiance

Film 3 yəhudi qardaşın nasist rejiminin hakim olduğu Polşadan qaçıb Belarusda Rusiya Müqavimət Hərəkatının üzvlərinə qoşulmasından bəhs edir. Meşədə bir kənd salınır. Bu hərəkat minlərlə yəhudininhəyatını xilas edir.

Janr: müharibə
Rollarda: Daniel Craig, Liev Schreiber, Jamie Bell
Rejissor: Edward Zwick

Treyler

War Horse (2011) IMDb: 7,2

War Horse (2011)

Filmdə Joey adlı at və onu yetişdirən Albert adlı adamın əhvalatları əks olunub. Müharibəyə görə onlar bir-birindən uzaq düşürlər. Joey çətin olaylardan qurtulur. Əsgərlərə qol-qanad olur.

Janr: dram, tarixi, müharibə
Rollarda: Jeremy Irvine, Emily Watson, Peter Mullan
Rejissor: Steven Spielberg

Treyler

Kingdom Heaven (2005) IMDb: 7,2

Kingdom Heaven

Film Avropadan Qüdsə qədər gedən döyüşçülərdən bəhs edir. Filmdə türklər və müsəlmanlar üçün böyük komandir olan Səlahəddin Əyyubi obrazı da yer alıb.

Janr: tarixi
Rollarda: Orlandoo Bloom, Liam Neeson, David Thewlis
Rejissor: Ridley Scott

Treyler

Troy (2004) IMDb: 7,2

Troy (2004)

Film bir mədəniyyətin məhv olmasını təsvir edir. Troya şahzadəsi Paris və Sparta şahzadəsi Helen arasında böyük sevgi yaranır. Lakin Helen Sparta kralı ilə evli olur. Paris Heleni gizlicə qaçırır. Bundan qəzəblənən Sparta kralı Troyaya müharibə elan edir. Döyüşdə məşhur troya atı hadisəsi baş tutur. Axilles bu müharibədə əfsənavi qəhrəmana çevrilir.

Janr: macəra, müharibə
Rollarda: Brad Pitt, Eric Bana, Orlando Bloom
Rejissor: Wolfgang Petersen

Treyler

Eye In The Sky (2015) IMDb: 7,3

Eye In The Sky

Mərkəzi Londonda olan kəşfiyyat idarəsinin lideri Katherine Powell və onun təşkil etdiyi terror əməliyyatı təsvir olunub. Məşhur terrorist Nairobi plana görə Kenyadakı düşərgədən qaçırılmalıdır. Əməliyyat çox gizlidir. Cüzi bir səhv hər şeyi alt-üst edə bilər. Planın üstü açılır və gərgin anlar bundan sonra yaşanır.

Janr: triller, müharibə, dram
Rollarda: Helen Mirren, Aaron Paul, Alan Rickman
Rejissor: Gavin Hood

Treyler

120 (2008) IMDb: 7,3

120 (2008) filmi

Balkan müharibəsindən sonra Osmanlı özünü toparlamağa çalışır. Tezliklə I Dünya müharibəsi başlayır və əhali səfərbər olunur. Ruslar hücuma keçir və Sarıqamışa doğru irəliləyir. Xalq ayağa qalxır. Bir neçə cəbhədə döyüşlər gedir.

Janr: dram, müharibə, tarixi
Rollarda: Özgə Özberk, Cansel Elçin, Burak Sergen
Rejissor: Özhan Eren, Murat Saraçoğlu

Treyler

Legends of the Fall (1994) IMDb: 7,5

Legends of the Fall

Filmdə Bradd Pitt, Anthony Hopkins və Julia Ormond kimi aktyorlar rol alıb. 1900-cü illərdə ABŞ ordusunda xidmət edən William Ludlowun xidmətdən ayrılması, Montana dağlarında uşaqları ilə birlikdə yaşaması və bu zaman I Dünya müharibəsinin başlanması öz əksini tapıb. Bundan sonra kədərli və gərgin anlar yaşanır.

Janr: müharibə, romantik
Rollarda: Anthony Hopkins, Brad Pitt, Aidan Quinn
Rejissor: Edward Zwick

Treyler

Lone Survivor (2013) IMDb: 7,5

Lone Survivor

"Red Qing" adlı əməliyyatla Taliban liderini öldürməyi planlaşdıran ABŞ, xüsusi komanda hazırlayır. 4 nəfərdən ibarət komanda üzvləri olduqca peşəkardırlar. Əsgərlərin gəlişindən Taliban xəbər tutur. Onlar hücüm edərək əsgərlərdən 3-nü öldürür, 1-i isə sağ qalır. Film maraqlı səhnələri ilə göz oxşayır.

Janr: müharibə, dram
Rollarda: Mark Wahlberg, Taylor Kitsch, Emile Hirsch
Rejissor: Peter Berg

Treyler

Enemy at The Gates (2001) IMDb: 7,6

Enemy at The Gates

Snayper filmləri sevənlər bu ekran işini maraqla izləyə bilərlər. Filmdə biri alman, digəri rus olan iki düşmən əsgərin başına gələn hadisələr əks olunub.

Janr: dram, triller, müharibə
Rollarda: Jude Law, Rachel Weisz, Joseph Fiennes
Rejissor: Jean-Jacques Annaud

Treyler

Fury (2014) IMDb: 7,6

Fury (2014)

Müharibələr görmüş çavuş Wardaddy Sherman tankını idarə edir və düşmən xəttini yarmağa çalışır. 5 nəfərlik qrupla qəhrəmanlıq göstərən Wardaddynin bu hekayəsi olduqca təsirlidir.

Janr: müharibə, dram
Rollarda: Brad Pitt, Shia LaBeouf, Logan Lerman
Rejissor: David Ayer

Treyler

Black Hawk Down (2001) IMDb: 7,7

Black Hawk Down filmi

Somalidə hökm sürən daxili müharibə xalqı aclıq içində yaşamağa məcbur edir. BMT əraziyə ərzaq yardımı göndərir. Lakin Mohamad Farrah Aidid adlı general adamlarına bu ərzaqları xalqdan alır. ABŞ vəziyyəti düzəltmək üçün bölgəyə iki helikopter göndərir. 45 dəqiqəlik əməliyyatla məsələ yoluna qoyulsa da, birdən helikopterlərdən biri qəzaya uğrayır. Əsgərlər minlərlə üsyançı ilə üz-üzə qalırlar.

Janr: dram, müharibə
Rollarda: Josh Hartnett, Ewan McGregor, Tom Sizemore
Rejissor: Ridley Scott

Treyler

300 - Sparta (2006) IMDb: 7,7

300 - Sparta

Sparta Yunanıstanın sərhədində yerləşən şəhər dövləti olub. Farslar böyük qüvvə ilə Yunanıstanla sərhədə gəlirlər. Sparta karlı fars ordusuna qarşı qüvvə toplamağa çalışır. 300 nəfərlik ordu quran kral, qayaların arasındakı dar keçidi bağlayır. Spartalıların sərt müqaviməti xalqın birliyinə səbəb olur.

Janr: müharibə, tarixi
Rollarda: Gerard Butler, Lena Headey, Rodrigo Santori
Rejissor: Zack Snyder

Treyler

The Boy In The Striped Pajamas (2008) IMDb: 7,8

The Boy In The Striped Pajamas

Nasist Almaniyasının əmri ilə Polşaya göndərilən atanın kiçik övladı Brunonun hekayəsindən bəhs olunur. Bruno düşərgədə xəttin o biri tərəfindəki uşaqlarla dost olur. Anası Brunonun əslində nələr baş verdiyini anlayacağından qorxur. Çünki evləri düşərgənin lap yaxınlığındadır.

Janr: dram, müharibə, tarixi
Rollarda: Asa Butterfield, David Thewlis, Vera Farmiga
Rejissor: Mark Herman

Treyler

Dunkirk (2017) IMDb: 7,9

Dunkirk

II Dünya müharibəsi zamanı İngiltərə, Kanada, Fransa və Belçikanın müttəfiq qüvvələri Dunkrik bölgəsində mühasirədə qalır. Arxa tərəf yalnız dənizdən ibarətdir. Tək əlac gəmilərlə geri qayıtmaqdır. İngiltərənin Baş naziri Çörçill əsgərləri xilas etmək üçün böyük əməliyyata başlamağı əmr edir.

Janr: müharibə, tarixi, dram
Rollarda: Fionn Whitehead, Mark Rylance, Tom Hardy
Rejissor: Christopher Nolan

Treyler

Dağ (2012) IMDb: 7,9

Dağ filmi

Film bir-biri ilə yola getməyən iki əsgərin həyatından bəhs edir. Terrorla mübarizə bölgəsində xidmət edən iki əsgər dağda terrorçuların pusqusuna düşürlər. Pusqudan çıxmaq üçün özlərinə inamlarını itirməməlidirlər.

Janr: müharibə, dram
Rollarda: Çağlar Ertuğrul, Ufuk Bayraktar, Fırat Doğruloğlu
Rejissor: Alper Çağlar

Treyler

The Imitation Game (2015) IMDb: 8

The Imitation Game

Filmdə II Dünya müharibəsi zamanı almanların şifrəli xəbərləşmələrinin kodlarını tapan Alan Turningi uğurundan bəhs olunur. Tarixi müharibə mövzusunu sevənlər bu filmi mütləq izləməlidirlər.

Janr: müharibə, triller, dram
Rollarda: Benedict Cumberbatch, Keira Knightley, Matthew Goode
Rejissor: Morten Tyldum

Treyler

Hacksaw Ridge (2016) IMDb: 8,1

Hacksaw Ridge

II Dünya müharibəsi zamanı ABŞ ordusunun üzvü Desmond insan öldürməkdən imtina edir. O, bunun sayəsində xüsusi mükafat alır. Son illərin ən dramatik filmlərindən biridir.

Janr: dram, bioqrafik
Rollarda: Andrew Garfield, Vince Vaughn, Teresa Palmer
Rejissor: Mel Gibson

Treyler

Tae Guk Gi: The Brotherhood of War (2004) IMDb: 8,1

Tae Guk Gi: The Brotherhood of War

Film 1950-53-cü illərdə Cənubi Koreya və Şimali Koreya arasındakı müharibədən bəhs edir. Jin Tae universitet tələbəsidir. Qardaşı nişanlıdır və ayaqqabı təmiri ilə məşğul olur. Müharibə başlayır və onlar köç edirlər. Bir gün Jinin qardaşını əgər aparırlar. Onun məqsədi müharibədən sağ çıxmaqdır.

Janr: müharibə, dram
Rollarda: Jang Dong Gun Won, Bin
Rejissor: Kang Je-gyu

Treyler

Downfall (2004) IMDb: 8,2

Downfall

Bütün dövlətlər Adolf Hitlerə qarşı birləşir. ABŞ-ın da köməyi ilə Hitlerin ordusu geri oturdulur. Berli işğal olunur. Hitler israrla Berlini tərk etmir. Burada bir sığınacağa gedərək Traudi Junge ilə evlənir. Qaçmağa yeri olmadığını anlayır və arvadı ilə birlikdə intihar edir. Onun adamları da ya təslim olmalı, ya da həyatlarına son verməlidirlər.

Janr: dram
Rollarda: Duke White, Garrett White, Lorinda Roslund
Rejissor: Garrett White

Treyler

Nəfəs: Vətən sağ olsun (2009) IMDb: 8,2

Nəfəs: Vətən sağ olsun filmi

Filmdə 2365 metr yüksəklikdəki jandarma məntəqəsini qorumaq tapşırığı verilən əsgərlərin həyatı əks olunub. Böyük bir əməliyyatdan sonra məntəqənin önəmi daha da artır. Türkiyə kinosunun ən yaxşı müharibə filmlərindən biridir.

Janr: dram, müharibə
Rollarda: Cüneyt Deniz, Barış Aydın, Mete Horozoğlu
Rejissor: Levent Semerci

Treyler

Full Metal Jacket (1987) IMDb: 8,3

Full Metal Jacket

ABŞ-Vyetnam müharibəsindən bəhs edən filmdə həm də əsgərlərin üzərində hiss etdikləri təzyiq əks olunub. Filmi izləməyiniz tövsiyə olunur.

Janr: müharibə, dram
Rollarda: Matthew Modine, Arliss Howard, Vincent D'Onofrio
Rejissor: Stanley Kubrick

Treyler

Inglourious Basterds (2009) IMDb: 8,3

Inglourious Basterds

Filmdə Nasist Almaniyasının hücumuna məruz qalan Fransa təsvir olunub. Ailəsinin öldürülməsini görən kiçik qız qaçmağa çalışır. O, çətinliklə Parisə gedir. Digər tərəfdən, Almaniyaya qarşı ittifaqa öndərlik edən yəhudi komandir böyük əməliyyatlara başlayır. Qızla komandirin yolu film salonunda kəsişir.

Janr: müharibə
Rollarda: Brad Pitt, Melanie Laurent, Christoph Waltz
Rejissor: Quentin Tarantino

Treyler

Braveheart (1995) IMDb: 8,4

Braveheart

Mel Gibsonun baş rolda oynadığı film Oscar mükafatı qazanıb. XIII əsrdə ingilislər şotlandlar tərəfindən istismar olunur. Şotland qadınları ingilislər tərəfindən zorlanır. William Wallacenin arvadı ingilis əsgərləri tərəfindən öldürülür. Wallace intiqam almaq üçün azadlıq mübarizəsinə başlayır.

Janr: bioqrafik, dram
Rollarda: Mel Gibson, Sophie Marceau, Catherine McCormask
Rejissor: Mel Gibson

Treyler

The Pianist (2002) IMDb: 8,5

The Pianist filmi

Filmdə böyük dram təsvir olunub. Polşanın nasist işğalı və bu sırada məşhur pianoçunun döyüşlər gedən küçələrdə sağ qalmaq səylərindən bəhs edilir.

Janr: dram, tarixi
Rollarda: Adrien Brody, Thomas Kretschmann, Emillia Fox
Rejissor: Roman Polanski

Treyler

Apocalypse Now (1979) IMDb: 8,5

Apocalypse Now

Yeni bir qəbilənin tanrısı elan edilən şəxsi öldürmək tapşırılan adamın hekayəsindən bəhs edir. Filmdə Vyetnam müharibəsi təsvir olunub.

Janr: dram, müharibə
Rollarda: Marlon Brando, Robert Duvall, Martin Sheen
Rejissor: Francis Ford Coppola

Treyler

Gladiator (2000) IMDb: 8,5

Gladiator

Filmdə romalı generala xəyanət edilir və ailəsi hökmdarın oğlu tərəfindən öldürülür. General intiqam almaq üçün qladiator kimiRomaya geri qayıdır.

Janr: epik, macəra
Rollarda: Russell Crowe, Joaquin Phoenix, Connie Nielsen
Rejissor: Ridley Scott

Treyler

Saving Private Ryan (1998) IMDb: 8,6

Saving Private Ryan

Filmdə James Ryan adlı əsgəri tapmaq səyləri nümayiş olunub. 4 oğlunu müharibəyə yollayan ana onlardan 3-nün öldüyünü öyrənir. Birinin isə sağ qalıb-qalmadığını bilmir. ABŞ ordusu itkin əsgəri tapmaq üçün səfərbər olur. Film maraqlı və gözəl səhnələrilə diqqət çəkir.

Janr: müharibə, dram
Rollarda: Ryan Hurst, Tom Hanks, Tom Sizemore
Rejissor: Steven Spielberg

Treyler

Life is Beautiful (1999) IMDb: 8,6

Life is Beautiful film

Filmdə II Dünya müharibəsindən bir neçə il əvvəl nümayiş olunub. Guido gözəl Doraya aşiq olur. Çətinliklə olsa da, onlar qovuşurlar. Birdən müharibə başlayır və Guido yəhudi olduğu üçün əsir düşərgəsinə aparılır. O, oğluna müharibənin bir oyun olduğunu deyir və əgər oğlu bu oyunu axıra qədər oynasa, ona oyuncaq tank hədiyyə verəcəyini bildirir. Filmi izləməyiniz tövsiyə olunur.

Janr: komediya, dram romantik
Rejissor: Roberto Benigni, Nicoletta Braschi, Giorgio Cantarini

Treyler

Ayla (2017) IMDb: 8,9

Ayla film

Film real hadisələr əsasında çəkilib. Türk əsgərləri ilə müharibə zamanı cəbhədə olan qız uşağının hekayəsi əks olunub. Qoruduğu qıza Ayla adını verən Süleyman müharibədən sonra qızı Türkiyəyə aparmaq istəyir. Ancaq qanun buna icazə vermir. O, 60 il sonra Aylanı yenidən tapıb görüşməyə çalışır.

Janr: bioqrafik, dram
Rollarda: Çetin Tekindor, Ismail Hacioğlu, Kyung-jin Lee
Rejissor: Can Ulkay

Treyler

Schindler's List (1993) IMDb: 8,9

Schindler's List

Schindler adlı adam nasist əsgərlərinə metal səfər tası istehsal edən fabrikin sahibidir. O, dəstək məqsədi ilə 1100 yəhudiyə fabrikində iş verir. Vəziyyət gərginləşir və Schindler xilas edəcəyi insanların siyahısını hazırlayır.

Janr: dram, bioqrafik
Rollarda: Liam Neeson, Ralph Fiennes, Ben Kingsley
Rejissor: Steven Spielberg

Treyler

Məqaləyə emosiya bildir:
emotion
2
emotion
0
emotion
0
emotion
0
emotion
0
emotion
0
emotion
0
Dostlarınla paylaş:
2 il əvvəl
3511 dəfə oxundu
ilk.az-çılar nə deyir?