Oscar mükafatı almış ən yaxşı döyüş filmləri

Ən yaxşı döyüş filmlərinin siyahısını hazırlamışıq onları sizə təqdim edirik.

1. Full Metal Jacket (1987) IMDB: 8,3

Full Metal Jacket

ABŞ-ın Vyetnamla müharibəsindən bəhs edən filmdə əsgərlərin müharibənin basqısını hiss etmələri əks olunub. Film dramatik səhnələri ilə diqqət çəkir.

Janr: müharibə, dram
Rollarda: Mattew Modine, Arliss Howard, Vincent D'Onofrio
Rejissor: Stanley Kubrick

Treyler

2. Inglourious Basterds (2009) IMDb: 8,3

Inglourious Basterds

Film II Dünya müharibəsindən bəhs edir. Ailəsi öldürülən qız Parisə qaçır. Bu vaxt nasistlərə qarşı Avropada olan birliklərə rəhbərlik edən yəhudi komandir böyük əməliyyatlar həyata keçirir. Qızla komandirirn yolu film salonunda kəsişir.

Janr: müharibə
Rollarda: Bradd Pitt, Melanie Laurent, Christoph Waltz
Rejissor: Quentin Tarantino

Treyler

3. Brave heart (1995) IMDb: 8,4

Brave heart

Filmdə baş rolu Mel Gibson canlandırıb. XIII əsrdə ingilislər Şontlandiyada müstəmləkə qurublar və ingilis göyüşçülər şotland qadınlarla gecələmək haqqına sahibdir. William Wallace-nin arvadı ingilislər tərəfindən öldürülür. Wallace intiqam almaq üçün böyük azadlıq mübarizəsinə başlayır.

Janr: bioqrafik, dram
Rollarda: Mel Gibson, Sophie Marceau, Catherine McCormack
Rejissor: Mel Gibson

Treyler

4. The Pianist (2002) IMDb: 8,5

The Pianist

Filmdə real hadisələr dramatik çalarlarla təsvir olunub. Polşanın nasistlər tərəfindən işğalı zamanı məhşur pianoçu döyüşlər gedən küçələrdə həyatda qalmaq mübarizəsi aparır. II Dünya mühairbəsinin təsvir edildiyi ən gözəl filmlərdən biridir.

Janr: dram, tarixi
Rollarda: Adrien Brody, Thomas Kretschmann, Emilia Fox
Rejissor: Roman Polanski

Treyler

5. Apocalypse Now (1979) IMDb: 8,5

Apocalypse Now

Film yerli qəbilənin tanrısı elan edilən şəxsi öldürməyə çalışan insanın hekayəsindən bəhs edir. Vyetnam müharibəsi ilə bağlı çəkilən ekran işlərini sevənlər bu filmi mütləq izləməlidirlər.

Janr: dram, müharibə
Rollarda: Marlon Brando, Robert Duvall, Martin Sheen
Rejissor: Francis Ford Coppola

Treyler

6. Gladiator (2000) IMDb: 8,5

Gladiator

Filmdə romalı bir generalın ailəsi hökmdarın oğlu tərəfindən öldürülür. General intiqam almaq üçün qladiator olaraq Romaya geri dönür. Bundan sonra gərgin anlar yaşanır.

Janr: epik, macəra
Rollarda: Russel Crowe, Joaquin Phoenix, Connie Nielsen
Rejissor: Ridley Scott

Treyler

7. Saving Private Ryan (1998) IMDb: 8,6

Saving Private Ryan

Filmdə James Ryan əsgəri tapmaq səyləri əks olunub. 4 oğlunu müharibəyə göndərən ananın 3 oğlu ölür. Onun sonuncu oğlu James Ryan isə yoxa çıxır. ABŞ ordusu onu tapıb anasına qaytarmaq üçün ciddi səy göstərir.

Janr: müharibə, dram
Rollarda: Ryan Hurst, Tom Hanks, Tom Sizemore
Rejissor: Steven Spielberg

Treyler

8. Life is Beautiful (1999) IMDb: 8,6

Life is Beautiful

Guido dünyalar gözəli Doraya aşiq olur. Çətinliklə olsa da onlar evlənirlər. Qəflətən müharibə başlayır. Yəhudi olduqlarına görə ümumi düşərgəyə aparıldıqda Guido oğluna buranın və müharibənin bir oyun olduğunu söyləyir. Oğlu bu oyunu yaxşı oynasa, istədiyi oyuncaq tankı atası ona alacaq. Film təsirli səhnələri ilə seçilir.

Janr: komediya, dram, romantika
Rollarda: Roberto Benigni, Nicoletta Braschi, Giorgio Cantarini
Rejissor: Roberto Benigni

Treyler

9. Ayla (2017) IMDb: 8,9

Ayla döyüş filmi

Filmdə Koreya müharibəsində türk əsgərləri ilə döyüş zamanı cəbhədə tapılan qız uşağının hekayəsi təsvir olunub. Süleyman adlı əsgər tapdığı qıza Ayla adını verir. O, qızı Türkiyəyə aparmaq istəsə də, qanunlar buna icazə vermir. 60 il sonra Aylanı görə bilmək üçün o, ciddi addım atır.

Janr: bioqrafiya, dram
Rollarda: Çetin Tekindor, İsmail Hacioglu, Kyung-jin Lee
Rejissor: Can Ulkay

Treyler

10. Schindler's List (1993) IMDb: 8,9

Schindler's List

Oskar Shindler adlı şəxs nasist əsgərlərinə metal yemək qazanı hazırlayan fabrikin sahibidir. Polşadakı fabrikində 1100 yəhudiyə iş verir. Təzyiqlər artdıqda Shindler xilas edəcəyi insanların siyahısını hazırlayır.

Janr: dram, bioqrafiya
Rollarda. Liam Neeson, Ralph Fiennes, Ben Kingsley
Rejissor: Steven Spielberg

Treyler

Məqaləyə emosiya bildir:
emotion
0
emotion
0
emotion
0
emotion
0
emotion
0
emotion
0
emotion
0
Dostlarınla paylaş:
2 il əvvəl
4794 dəfə oxundu
ilk.az-çılar nə deyir?