Real həyatdan götürülmüş ən yaxşı və IMDb balı yüksək 10 film

Senarisində yaşanmış hadisələr əks olunan və həyatdan dərs çıxarmağımızı təmin edən ən yaxşı filmləri bir araya gətirmişik.

Film dünyasına möhür vuran və ideal senarisilə izləyənləri heyrətləndirən ən yaxşı filmlər siyahısını təqdim edirik. Filmlərin senarisi həyat hadisələrindən götürülüb. Onlar izləyiciləri həyəcanlandırır, düşündürür.

1. Soul Surfer (2011) - IMDb: 7,0

Soul Surfer

Bethany Hamilton adlı qadının tragediya dolu həyatından bəhs edən film real hadisələr əsnasında çəkilib. Sörfinq həvəskarı olan Bethany köpək balığının hücumu zamanı sol qolunu itirir. Uzun müddət fiziki və ruhi terapiya alan qadın böyük iradə nümayiş etdirərək sörfinq çempionu olmaq istəyir.

2. The Texas Chain Saw Massacre (1974) - IMDb: 7,5

The Texas Chain Saw Massacre

Yaşanmış hadisələrdən bəhrələnən və silsilə cinayətlərin təsvir olunduğu filmdə insanları öldürən qatil və qurbanları öz əksini tapıb. 1974-cü ildə çəkilən film qorxu dolu səhnələri ilə diqqət çəkir. "Texas qətliamı" IMDb-də 7,5 bal alıb.

3. The Impossible (2012) - IMDb: 7,6

The Impossible

Baş rolda Naomi Watts və Ewan McGregorun rol aldığı film 24 dekabr 2004-cü ildə yaşanan böyük sunami fəlakətinə dair real hadisələri əks etdirir. 3 övladları ilə birlikdə istirahət üçün Taylanda gedən Henry və Maria sunamidən xilas olan az sayda adamların içində olurlar.

4. Money Ball (2011) - IMDb: 7,6

Money Ball

Steve Zailian və Aaron Sqrikin tərəfindən real hadisələr əsnasında senariləşdirilən film "Oakland A" adlı beyzbol komandasının baş məşqçisinin məhdud büdcə ilə böyük komandalara meydan oxumasından bəhs edir. Özünəməxsus üsullarla komandasına düzən verən, oyunçularını yönləndirən uğurlu məşqçi uğur qazandıqca hamının hörmətini qazanır.

5. The Social Network (2010) - IMDb: 7,7

The Social Network

Facebook-un təsisçisi Mark Zükerberqin Facebook-u qurması və digər pərdəarxası olaylardan bəhs edən film tamamən real hadisələrdən bəhrələnib. Harvard universitetində oxuduğu vaxtlar sevgilisindən ayrılan Zükerberq bir dostu ilə içib sərxoş olarkən ağlına gələn sosial media fikrini həyata keçirir. İlk olaraq "Facemash" adlı proqramı yaradan Zükerberq zamanla və ehtiyacların tələbi ilə onu Facebook-a çevirir.

6. Captain Philips (2013) - IMDb: 7,8

Captain Philips

Baş rolda Tom Hanksin rol aldığı filmin mövzusu 2009-cu ildə yola çıxan Mv Maersk Alabama adlı ABŞ karqo gəmisinin Somali yaxınlığında quldurların hücumuna məruz qalmasıdır. 200 ABŞ bayraqlı heç bir gəmiyə hücum etməyən dəniz quldurları bu dəfə ani hücumla gəmini ələ keçirirlər. Gəmi kapitanı Richard Philips tayfasını xilas etməkdən ötrü quldurların əsiri olur. Film 7,8 IMDB balı alıb.

7. Into The Wild (2007) - IMDb: 8,1

Into The Wild

Şəhər həyatından və zənginlikdən yorulan gənc universitet məzunu olduqdan sonra ailəsi ilə danışıb Alyaskaya köçür. Vəhşi həyatın, saflığın və təmizliyin dadını çıxaran gənc zaman çatdıqda ölümlə rastlaşacaq. Filmi izləməyiniz tövsiyə edilir.

8. Rush (2013) - IMDb: 8,1

Rush 2013

F1 yarışlarının əfsanəvi pilotu Niki Lauda və rəqibi James Huntun həyat hekayəsindən bəhs edən filmmin rejissoru Ron Howarddır. Filmdə Formula 1-in qızıl dövrləri, yəni 197-lər təsvir olunub və o vaxtkı rəqabət senariləşdirilib. Film izləyənləri heyrətə qərq edir.

9. 12 Years s Slave (2013) - IMDb: 8,1

12 Years s Slave

Məşhur rejissor Steve McQuennin filmi 3 nominasiya üzrə Nobel qazanıb. Filmdə ABŞ-da köləliyi qadağan edən daxili müharibədən əvvəl qaçırılıb qul edilən qaradərilinin 12 il sonra azad olunması əks olunub. Filmdə Chiwetel Eijofor, Michael Tassbender və Benedict Cumberbatch kimi aktyorlar rol alıb.

10. The Wolf of Wall Street (2013) - IMDb: 8,2

The Wolf of Wall Street

Real həyat hadisələri əsasında çəkilən və baş rolunda Leonardo di Caprionun çəkildiyi film gözəl senarisi və aktyor işi ilə diqqət çəkir. 24 yaşlı Jordan Belford adlı gənc pul qazanmaq eşi ilə Wall Street birjasını ələ keçirir. Fırıldaqçılıqla Stratton Dakmont adlı şirkət quran gənc qısa müddətdə milyarder olur. Məşhur rejissor Martin Scorsesenin filmini izləməyinizi tövsiyə edirik.

Məqaləyə emosiya bildir:
emotion
4
emotion
2
emotion
2
emotion
2
emotion
2
emotion
2
emotion
2
Dostlarınla paylaş:
3 il əvvəl
7049 dəfə oxundu
ilk.az-çılar nə deyir?