Sevgiliylə birlikdə izləniləcək romantika və komediya dolu filmlər

Sizlər üçün hazırladığımız bu siyahıda sevgilinizlə izləyə biləcəyiniz gözəl filmləri bir araya gətirmişik.

30. Me Before You (2016) IMDb: 7.4

Me Before You

Kiçik bir qəsəbədə böyüyən gənc qadın varlı bir ailənin üzvü olan və əlil arabasına məhk olmuş bir kişiyə qulluq edir. Onların arasında sevgi münasibətləri yaranır. Bir-birini sevən iki gənci daha çətin sınaq gözləyir.

Janr: dram, romantika
Rollarda: Emilia Clarke, Sam Claflin, Janet McTeer
Rejissor Thea Sharrock

Treyler

29. Lobster (2015) IMDb: 7.2

Lobster (2015)

Subay insanlar dəhşətli bir otelə yerləşdirilir. 45 gündən sonra özlərinə uyğun biriylə münasibət qurmalıdırlar. Əgər münasibətlərində uğur qazana bilmirlərsə, özləri seçdikləri heyvana çevrilirlər.

Janr: elmi-fantastika, dram, romantika
Rollarda: Colin Farrell, Rachel Weisz, Jessica Barden
Rejissor: Yorgos Lanthimos

Treyler

28. The Age of Adaline (2015) IMDb: 7.2

The Age of Adaline

Keçirdiyi qəza nəticəsində qocalmamaqla mükafatlandırılan Adaline Bowman 29 yaşından etibarən yaşlanmır. İllərlə cəmiyyətdən təcrid olunmuş həyat tərzi keçirən Adaline dünyanın qeyri-adi dəyişikliyinə şahid olur. Ellis Jones ilə tanış olduqdan sonra isə hər şey dəyişir.

Janr: Romantika, Fantastika, Dram
Rollarda: Blake Lively, Michiel Huisman, Harrison Ford
Rejissor: Lee Toland Krieger

Treyler

27. Brooklyn (2015) IMDb: 7.5

Brooklyn

İrlandiyanın gecəqondularından birində yoxsulluq içində yaşayan gənc qız Eilis Lacey sevmədiyi bir işdə anasının xatirinə işləyir. Kilsənin keşişi ona kömək edir və Amerikaya, bir tanışının yanına göndərir. Burada o, bir gəncə vurulur. Anasından aldığı xəbərlə bir neçə həftəliyə İrlandiyaya qayıdan Ellis keçmişindən qurtula bilmir.

Janr: dram, romantika
Rollarda: Saoirse Ronan, Domhnall Gleeson, Emory Cohen
Rejissor: John Crowley, Paul Tsan

Treyler

26. Haider (2014) IMDb: 8.1

Haider

90-cı illərin ortalarında baş verən film hindistanlı gənc Hayderin həyatından bəhs edir. Hayder atasının yoxa çıxdığını öyrənir və məmləkətinə qayıdır. Şəhərə gələndə atasının təhlükəsizlik qüvvələri tərəfindən zorla saxlanıldığını öyrənir. Onu əsas sarsıdan xəbər isə anasının əmisiylə münasibət qurmasıdır. Atası ölür və oğul bunda əmisini günahlandırır.

Janr: Ailə, Dram, Triller, Romantika, Cinayət
Rollarda: Tabu, Shahid Kapoor, Kay Kay Menon, Irfan Khan
Rejissor: Vishal Bhardwaj

Treyler

25. You're Not You (2014) IMDb: 7.3

You're Not You

Uğurlu yazıçı Keytə ALS diaqnozu qoyulur. Kollec tələbəsi Bec köməyə ehtiyacı olan Keytin köməyinə çatır. Keyt və Evanın həyat yoldaşı ilə problemləri var. Bec isə münasibətlərində heç vaxt xoşbəxt olmayıb. İki qadını fərqli, lakin dürüst bir qüvvə birləşdirir.

Janr: Dram
Rollarda: Hilary Swank, Emmy Rossum, Josh Duhamel
Rejissor: George C. Wolfe

Treyler

24. The Theory of Everything (2014) IMDb: 7.7

The Theory of Everything

Film britaniyalı fizik Stepen Hawking ilə həyat yoldaşı Jane Hawkingin universitetdən başlayan sevgisindən bəhs edir. Stephen Hawking Kembric Universitetinin ən uğurly tələbələrindən biridir. O, 1956-1991-ci illər arasında evli qalacağı Jane Wilde ilə tanış olur. Bütün uğursuzluqlara meydan oxuyan cütlük evlənir və uşaqları olur. Hawkingin xəstəliyi daha da şiddətlənir və münasibətlərinin sərhədlərini çətinləşdirən bir nöqtəyə sürüklənir.

Janr: Bioqrafik, dram
Rollarda: Eddie Redmayne, Felicity Jones, Tom Prior
Rejissor: James Marsh

Treyler

23. The Fault in Our Stars (2014) IMDb: 7.7

The Fault in Our Stars

Film xərçəng xəstəliyinə qarşı dəstək qrupunda tanış olan Hazel və Qusun heyrətamiz sevgisindən bəhs edir. Hazel oksigen aparatıyla yaşayan bir qızdır. Qus isə protez ayağı ilə yaşamağa məcburdur. Onların arasında böyük sevgi yaranır.

Janr: Dram
Rollarda: Shailene Woodley, Ansel Elgort, Willem Dafoe, Nat Wolff
Rejissor: Josh Boone

Treyler

22. Oğurlanmış Həyat (2012) IMDb: 7.7

Oğurlanmış Həyat

İlk kitabı ilə böyük şöhrət qazanan Rory Jansen öz dövrünün ən böyük yazıçılarından birinə çevrilir. Rory həyat yoldaşıyla gözəl həyat sürür. Ortaya çıxan bir adam Rorynin romanı ilə bağlı qeyri-adi bir iddia irəli sürür. Bu əsər ona aiddir!

Janr: Dram, Romantika
Rollarda: Bradley Cooper, Zoe Saldana, Dennis Quaid
Rejissor: Brian Klugman, Lee Sternthal

Treyler

21. Crazy Stupid Love (2011) IMDb: 7.4

Crazy Stupid Love

Cal Weaverin əla işi, gözəl evi var. Gənclik sevgisiylə evlənib və ondan övladları var. Bu gözəl yuxudan arvadı onu oyadır. Arvadı onu başqası ilə aldadıb və ondan ayrılıb. O, barda tanış olduğu Yaqubdan subay həyatın əyləncəli nöqtələrini öyrənir.

Janr: Komediya, romantika
Rollarda: Steve Carell, Ryan Gosling, Julianne Moore
Rejissor: John Requa, Glenn Ficarra

Treyler

20. Love in Time (2013) IMDb: 7.8

Sevgiliylə birlikdə izləniləcək romantika və komediya dolu filmlər

Ailəsindəki kişilərin xüsusi gücə malik olduğunu 21 yaşında öyrənən Tim Lake bu gücdən özü də istifadə etmək istəyir. Bu xüsusi güc zamanda səyahət etmək bacarığıdır. Tim keçmişdə etdiyi səhvləri, utanc duyduğu hadisələri bir-bir düzəltməyə başlayır. Bir müddət sonra Londonda məskunlaşan gənc burada Mary adlı gözəl qadına aşiq olur.

Janr: Romantika
Rollarda: Domhnall Gleeson, Bill Nighy, Rachel McAdams
Rejissor Richard Curtis

Treyler

19. Möhtəşəm Qetsbi (2013) IMDb: 7.3

Möhtəşəm Qetsbi

Filmdə hadisələr 1950-ci illərdə baş verir. Nyu-Yorka yazıçı olmaq arzusu ilə gələn Nik Kerraveyin həyatı gənc milyonçu Cey Qetsbi ilə tanış olduqdan sonra çox dəyişir. Filmdə möhtəşəm məclislər, içkilər, dəbdəbəli həyatın zirvələri və bu əzəmətin qısa müddətli olmasıöz əksini tapıb.

Janr: Dram, romantika
Rollarda: Leonardo DiCaprio, Tobey Maguire, Carey Mulligan
Rejissor Baz Luhrmann

Treyler

18. Mənim ümid işığım (2012) IMDb: 7.7

Mənim ümid işığım

Keçmiş tarix müəllimi Pat Salitano həyatında əziz tutduğu hər şeyi bir gündə itirmiş bir insandır. Yaşadığı ağır travmadan sonra məhkəmənin qərarı ilə 8 ay reabilitasiya mərkəzində müalicə olunur. Patın yeganə məqsədi layiqli insan olmaq və işinə qayıtmaqdır. Bu yolla o, arvadı Vikini də geri qaytarmağa çalışır. Ancaq vəziyyət düşündüyündən qat-qat çətindir. O, naharda bir ailə dostu ilə görüşür. Keçmiş həyat yoldaşıyla barışmaq üçün bu gənc qadından kömək istəyir. Tiffany bir yaxşılıq müqabilində Pata kömək etməyi təklif edir. Bu, hər ikisi üçün bir ümid işığı olur.

Janr: Dramatik komediya
Rollarda: Bradley Cooper, Jennifer Lawrence, Robert De Niro
Rejissor: David O. Russell

Treyler

17. Noyabrda sevgi bir başqadır (2001) IMDb: 6.7

Noyabrda sevgi bir başqadır

Ömrü boyu işindən başqa heç nə ilə maraqlanmayan Nelsonun bir gün sürücülük vəsiqəsini almağa çalışan Sara ilə qarşılaşması fərqli bir münasibətin təməlini qoyur. Sara Nelsonla qarşılaşdıqdan sonra onun onunla bir ay eyni evdə yaşamasını istəyir. Bu fərqli təklifi qəbul edən Nelson tezliklə Saraya aşiq olur. O, Saranın xərçəng xəstəsi olduğundan və az ömrü qaldığından xəbərsizdir.

Janr: Romantika, dram
Rollarda: Keanu Reeves, Charlize Theron, Jason Isaacs
Rejissor: Pat O'Connor

Treyler

16. Mələklər şəhəri (1998) IMDb: 6.7

Mələklər şəhəri

Öz sahəsində çox müvəffəqiyyətli bir cərrah olan kardioloq Maggie Race əməliyyat edərkən arzuolunmaz halla üzləşir. Qəfil ağırlaşma nəticəsində xəstə heç bir səbəb olmadan və gözlənilməz hadisə nəticəsində dünyasını dəyişir. Xəstəsini xilas etmək istəyən Maggie onu həyata qaytarmaq üçün əlindən gələni edir. Los-Anceles səmasında gəzən mələk olan Seth Maggieyə aşiq olur və ona özünə gəlməyə kömək etməyə çalışır.

Janr: Fantastika, romantika
Rollarda: Nicolas Cage, Meg Ryan, Andre Braugher
Rejissor: Brad Silberling

Treyler

15. Qeyd: Səni sevirəm (2007) IMDb: 6.9

Qeyd: Səni sevirəm

Holli Kennedi gənc yaşında aşiq olduğu Gerri ilə evlənib. Pul qazanmaqdan ötrü sevmədiyi bir işlə məşğul olan Holli ərinə sadiqdir. Amma bir gün əri Gerrinin qəfil ölümü ilə həyatının mənası itir. Evə qapanan Hollini bir sürpriz gözləyir. 30 yaşında ərindən aldığı lent yazısı və məktubla həyatı dəyişən gənc qadın sonradan ərindən çoxlu məktublar alacaq.

Janr: Dramatik komediya, romantika
Rollarda: Hilary Swank, Gerard Butler, Lisa Kudrow
Rejissor Richard LaGravenese

Treyler

14. Bir Gün (2011) IMDb: 7.0

Bir Gün (2011)

Emma orta səviyyəli bir ailədə böyümüş inqilabçı ruhlu qızdır. Dekster isə atasının pulu ilə təhsil alan və heç nəyi dərd etməyən oğlandır. Onların yolu universiteti bitirdikləri gün kəsişəcək və iyulun 15-də uzun illər davam edəcək dostluqları başlayacaq. Həyatları gah birlikdə, gah da uzaq diyarlarda davam edəcək, amma hər iyulun 15-i günü görüşəcəklər. 20 il sonra tanış olduqları günün dəyərini daha yaxşı anlayacaqlar.

Janr: Romantika, dram
Rollarda: Anne Hathaway, Jim Sturgess, Patricia Clarkson
Rejissor: Lone Scherfig

Treyler

13. Yer üzündəki son sevgi (2011) IMDb: 7.1

Yer üzündəki son sevgi

Maykl qadınlarla münasibətlərində sadiqlik problemi yaşayan aşpazıdır. Soyuq görünüşlü Syuzan öz işinin peşəkarı olan həkimdir. Bir gün onların yolları kəsişir. Bir-birinə aşiq olurlar. Amma dünyada indiyədək heç vaxt görünməyən bir epidemiya yaranır. Bu epidemiyaya yoluxan insanlar \ duyğularını itirirlər. Bəs onların sevgisi yaşaya biləcəkmi?

Janr: Dram, romantika, elmi-fantastik
Rollarda: Ewan McGregor, Eva Green, Ewen Bremner
Rejissor: David Mackenzie

[trailere]https://youtu.be/iexMJrBzZtA[/trailer]

12. Eternal Sunshine of the Spotless Mind (2004) IMDb: 7.1

Eternal Sunshine of the Spotless Mind

2004-cü ildə ekranlara çıxan bu film aşiq olduğu, lakin tərk edildiyi qadının xatirələrini silməyə çalışan bir kişinin həyatından bəhs edir. Bu silmə təcrübəsi zamanı Barish hətta kim olduğunu xatırlamaqda çətinlik çəkir. O, eyni təcrübəni öz quraşdırmaları ilə etmək istəyir.

Janr: Elmi-fantastik, Dram, Komediya
Rollarda: Jim Carrey, Kate Winslet, Kirsten Dunst
Rejissor: Michel Gondry

Treyler

11. Don't Forget Me (2010) IMDb: 7.1

Don't Forget Me

Tyler qardaşının intiharından sonra atasının boşanma qərarı qarşısında özünü həyatda olduqca şanssız hesab edir. Təsadüfən Ally ilə qarşılaşır və onu sevməyə başlayır. Ally də tez-tez onunla görüşür. Bir müddət sonra bəzi sirlərin üzə çıxması onları bir-birindən uzaqlaşdırır. Bu zaman işlər maraqlı hal alır.

Janr: Dram
Aktyorlar: Mert Fırat, Açelya Devrim Yılhan, Tuba Ünsal
Rejissor: Özer Kızıltan

Treyler

10. The Time Travel's Wife (2009) IMDb: 7.1

The Time Travel's Wife

Henry zamanda səyahət edir və kitabxanaya gedərək araşdırma aparmağa başlayır. Bu zaman Clareadlı qadınla tanış olur. Clare onun haqqında hər cür məlumata malikdir və onun zaman səyahətçisi olduğunu bilir. Bir gün Henry yenidən zamanda səyahətə çıxır və Clarenin 6 yaşlı halıyla rastlaşır. Geri qayıdanda isə onunla evlənmək qərarına gəlir.

Janr: Romantika, dram, fantastika
Rollarda: Eric Bana, Rachel McAdams, Ron Livingston
Rejissor: Robert Schwentke

Treyler

9. Sevginin kitabı (2007) IMDb: 7.1

Sevginin kitabı

Jane həmişə sevgiyə və evliliyin sevgi üzərində qurulmasına inanan gənc qadındır. Ailəsi isə 1795-ci ildə İngiltərədə hökm sürən adət-ənənələrə uyğun olaraq qızlarının pul qarşılığında evlənmələrini istəyir. 20 yaşlı və kifayət qədər gözəl olan bu gənc qadın Tomla görüşəndə ​​onun zəkasından çox təsirlənir. O, həmin gəncə vurulur və onunla evlənmək istəyir.

Janr: Bioqrafiya, romantika
Rollarda: Anne Hathaway, James McAvoy, James Cromwell
Rejissor: Julian Jarroldr

Treyler

8. Eyni ulduzun altında (2004) IMDb: 7.7

Eyni ulduzun altında

16 yaşlı Hazel 3 il qalxanabənzər vəzinin xərçəngi ilə mübarizə aparır və xəstəlik ağciyərinə də yayılır. O, bir dəstək qrupunun müalicələrində iştirak edir. Orada bir yeniyetmə ilə tanış olur və ona aşiq olur. Oğlanın adı Augustusdur. Rejissoru Josh Boone olan film John Greenin eyni adlı romanı əsasında çəkilib.

Janr: Romantika, dram
Rollarda: Shailene Woodley, Ansel Elgort, Nat Wolff
Rejissor: Josh Booner

Treyler

7. Benjamin Buttonun qəribə hekayəsi (2008) IMDb: 7.8

Benjamin Buttonun qəribə hekayəsi

Ölüm yatağında Daisy xəstəxanadadır, qızı Caroline də yanındadır. O, qızından Benjamin Buttonun gündəliyini oxumasını xahiş edir. Gündəlikdə I Dünya Müharibəsi illərində saat ustası işləyən bir adam oğlunu müharibədə itirir. Yaşadığı bu ağrı ilə birlikdə gözləri görməyən saat ustası yeni saat düzəldir. Bu saat geriyə doğru işləyir. Dəmir yolu stansiyası üçün hazırladığı bu saatla yola çıxanların necəsə geri qayıtmasını təmin etməkdir. Saat möcüzə yaradır və müharibə bitən gün Benjamin Button həyatını tərsinə yaşamağa başlayır.

Janr: Dram, fantastika, romantika
Rollarda: Brad Pitt, Cate Blanchett, Culia Ormond
Rejissor: David Fincher

Treyler

6. Titanik (1997) IMDb: 7.8

Titanik

Nəhəng gəmidə səyahətə çıxmaq çoxlarının arzusudur. Sinif fərqlərinin aydın şəkildə göstəildiyi filmdə kasıb Cek və varlı ailənin qız Rouz bir-biinə aşiq olurlar. Lakin Rouzun sevmədiyi bir nişanlısı var və anasının təkidi ilə onunla evlənmək məcburiyyətindədir. Onlar gəminin aysberqlə toqquşması nəticəsində həyatlarında unudulmaz bir an yaşayırlar.

Janr: Dram, romantika
Rollarda: Leonardo DiCaprio, Kate Winslet, Billy Zane
Rejissor: James Cameron

Treyler

5. Sevgi və qürur (2005) IMDb: 7.8

sevgi və qürur

5 qızı olan və qızlarının ərə getməsini istəyən qadın yeni qonşuları Bingley və Darcyni qızlarına ər namizədi kimi görməyə başlayır. Jane və Bingley bir-birinin diqqətini cəlb edirlər. Qızların və yeni qonşularının həyatında qeyri-adi anlar yaşanır.

Janr: Romantika, komediya
Rollarda: Keira Knightley, Matthew Macfadyen, Rosamund Pike
Rejissor: Joe Wright

Treyler

4. Notebook (2004) IMDb: 7.9

Notebook 2004

Qocalar evində yaşayan və gəncliyində qeyd dəftərindən başqa heç nəyi olmayan Duke adlı qocanın romantik sevgi hekayəsindən bəhs olunur. 1940-cı ildə və Cənubi Karolinada baş verən hekayə, Noah adlı bir qızla yaxınlaşmağa başlayan Dukenin iqtisadi fərqliliklərdən dolayı yaşadıqlarını göstərir. Bu iki gənc İkinci Dünya Müharibəsi zamanı ayrılmalı olurlar.

Janr: Dram
Rollarda: Fatih Al, Ebru Özkan, Tarık Undüz
Rejissor: Alphan Dikmen, Başak Angigün

Treyler

3. Qayçı əllər (1990) IMDb: 8.0

Qayçı əllər

Edvard insan tərəfindən yaradılmış məxluqdur. Lakin yaradılması tam başa çatmamış onun yaradıcısı ölür. Buna görə onun əlləri qayçı formasında qalır. Bu səbəbdən o, uzun illər tək yaşamalı olur. Lakin bir müddət sonra bir qadın Ervarda kömək əlini uzadır. Edvard indi tanımadığı bir mühitdədir. Özünü yaşadığı bu yeni mühitə uyğunlaşmağa məcbur edən Edvard həmin ərazidə bərbərliklə məşğul olur. O, hər kəsin sevimlisinə çevrilir.

Janr: Dram, fantastika, romantika
Rollarda: Johnny Depp, Winona Ryder, Dianne Wiest, Alan Arkin
Rejissor: Tim Burton

Treyler

2. Saxsı olmanın faydaları (2012) IMDb: 8.1

Saxsı olmanın faydaları

Charlie insanların ciddi təzyiqinə məruz qalır və çətin günlər keçirir. Ən yaxın dostu intihara cəhd edir. Bir müddət sonra Charlie yeni dostlarının köməyi ilə özünə gəlir.

Janr: Dramatik komediya, romantika
Rollarda: Logan Lerman, Emma Watson, Ezra Miller
Rejissor: Stephen Chbosky

Treyler

1. Kasablanka (1942) IMDb: 8.6

Kasablanka

Klassik sevgi filmidir. Mərakeşin Kasablanka şəhərində baş verən hadisə İkinci Dünya Müharibəsi illərinə təsadüf edir. Rik Bleyn şəhərin ən məşhur barını idarə edir. Hər şey yolunda ikən gözlənilməz bir hadisə baş verir. Köhnə sevgilisi Liza əri Viktor Laszlonu da götürərək Rik Bleynin barına gəlir. Onun əri üsyançıların lideridir. Rik keçmiş sevgilisi və ərinə şəhərdən qaçmağa kömək edir.

Janr: Romantika, dram
Rollarda: Humphrey Bogart, Ingrid Bergman, Paul Henreid
Rejissor: Michael Curti

Treyler

Məqaləyə emosiya bildir:
emotion
0
emotion
0
emotion
0
emotion
0
emotion
0
emotion
0
emotion
0
Dostlarınla paylaş:
1 il əvvəl
2722 dəfə oxundu
ilk.az-çılar nə deyir?