Şizofreniya və triller mövzulu ən yaxşı 27 film

Senarisində ruhi xəstəliklər, psixoloji problemlər, şəxsiyyət pozğunluqları olan filmlərin siyahısını hazırlamışıq. Onları sizə təqdim edirik.

27. Horse Girl (2020) IMDb: 5,9

Horse Girl

Gənc Sarah adi həyat yaşayır. El sənətlərinə, fövqəl cinayət seriallarına və atlara maraq gösrən Sarah qəribə yuxular görür. Yuxuların təsirindən çıxmağa çalışan qadın gördüklərinin keçmişi ilə əlaqəli olduğunun fərqinə varır.

Janr: dram, komediya
Rollarda: Alison Brie, John Ortiz, Debby Ryan
Rejissor: Jeff Baena

Treyler

26. Words on Bathroom Walls (2020) IMDb: 7

Words on Bathroom Walls

Julia Waltonun romanı əsasında çəkilən film paranoid şizofreniyadan dolayı hallusinasiyalar görən
Charlie Plummerin həyatından bəhs edir. Sosial həyatda çətinlik çəkən Charlie xəstəliyini yaşıdlarından gizlətməyə çalışır.

Janr: dram, romantika
Rollarda: Charlie Plummer, Taylor Russell McKenzie, Molly Parker
Rejissor: Thor Freudenthal

Treyler

25. Joker (2019) IMDb: 8,5

Joker

Arthur Fleckin həyatından bəhs edən filmdə uğursuz aktyor Arthur cəmiyyətin qəbul etmədiyi şəxsdir. O, dolanmaq üçün kloun maskasını üzünə taxır. Atasız böyüyən Arthurun ən yaxın dostu anasıdır. Anası onu Happy deyə çağırır. Yaşadığı çətinliklər getdikcə onu psixopata çevirir. O, özündən uzaqlaşaraq Joker xarakterinə bürünür.

Janr: dram
Rollarda: Joaquin Phoenix, Zazie Beetz, Robert De Niro
Rejissor: Todd Phillips

Treyler

24. Sümüklərin mirası (2019) IMDb: 6,2

Sümüklərin mirası

Filmin müddəti 2 saatdır və psixoloji detallarla zəngindir. Amaia cinayətləri araşdıran bir detektivdir. O, bir gün Baztan vadisində sirli bir olayla qarşılaşır.

Janr: triller, cinayət
Rollarda: Marta Etura, Colin Mcfariane, Francesc Orella
Rejissor: Fernando Gonzalez Molina

Treyler

23. Nomis (2018) IMDb: 5,9

Nomis

Detektivlər Marshall və Cooper qadınları öldürməyi hədəfləyən bir silsilə qatili ələ keçirirlər. Qatil
həbsxanada da hücum reallaşdıraraq qadınları öldürmək istəyir. Cooper və Marshall qatili dayandırmağa çalışır.

Janr: triller
Rollarda: Alexandra Daddario, Henry Cavill, Ben Kingsley
Rejissor: David Raymond

Treyler

22. Əsla gözlərini yayındırma (2018) IMDb: 7,7

Əsla gözlərini yayındırma

Film Şərqi Almaniyadan Qərbi Almaniyaya qaçan, uşaqlığını unutmayan Kurt Barnert adlı sənətçinin həyatından bəhs edir. Ellie və Barnert universitetdə tanış olur və bir-birini sevirlər. Onları ayırmaq istəyənlər var. Ellienin atası həmin şəxslərin başında gəlir. Professor Seeband qızını Barnertdən uzaq saxlamağa çalışsa da, bilmədiyi şeylər var.

Janr: dram, triller
Rollarda: Tom Schilling, Sebastian Koch, Paula Beer
Rejissor: Florian Henckel von Donnersmarc

Treyler

21. Üç tanış yad (2018) IMDb: 7,6

Üç tanış yad

Üçəmlər ailələrini itirir. Bir yetimxanada böyüyən üçəmləri 3 fərqli ailə övladlığa götürmək istəyir. Onlar uzun müddət bir-birilərini görmürlər. Yetkinlik yaşlarına çatdıqdan sonra yenidən rastlaşırlar. Əvvəlcə qardaş olduqlarını bilməsələr də, zaman keçdikcə hər şeyi öyrənirlər.

Janr: sənədli, bioqrafik, dram
Rollarda: Robert Shafran, Michael Domnitz, Howard Schneider, Ellen Cervone
Rejissor: Tim Wardie

Treyler

20. Qaranlıq sirr (2017) IMDb: 6,7

Qaranlıq sirr

Gənc Kack və bacı-qardaşları Jane, Sam və Billy bir yerdə qalmaq üçün analarının ölümünü hamıdan gizlətməyə məcbur qalırlar. Əsas dəhşət isə budur ki, onların yaşadığı malikanədə şeytani bir varlıq dolaşır və onlara rahatlıq vermir.

Janr: triller, qorxu
Rollarda: Anya Taylor-Joy, George MacKay, Mia Goth
Rejissor: Sergio G. Sanchez

Treyler

19. Qardian (2017) IMDb: 6,4

Qardian

Doğulduğu qəsəbəyə geri qayıtdıqda dərin travmalarla üzləşən polisin işi çətin olur. Bir cinayətkar
gəncləri öldürür və heç bir iz qoymur. Polis onu tutmaq üçün müxtəlif planlar ququr.

Janr: triller
Rollarda: Marta Etura, Elvira Minguez, Miquel Fernandez
Rejissor: Fernando Gonzalez Molina

Treyler

18. Parçalanmış (2016) IMDb: 7,3

Parçalanmış

Şəxsiyyət pozğunluğu yaşayan Kevin marketin çıxışında üç bacını qaçırır. Onlar gizlədib müxtəlif
münasibətlər qurmağa çalışır. O, pis davranışlarından yorulub yaxşı insan olmaq istəyir.

Janr: triller, fantastik, qorxu
Rollarda: James McAvoy, Anya Taylor-Joy, Betty Buckley
Rejissor: M. Night Shyamalan

Treyler

17. Eraserhead (1977) IMDb: 7,4

Eraserhead

Filmdə Henry Spencer adlı adamın yaşadığı çətin günlər təsvir edilib. Birlikdə yaşadığı Maynin hamilə olduğunu öyrənən Henry övladının dünyaya gəlməsini gözləyir. Mary körpə yox, qeyri-adi bir məxluq doğur. Mary dərhal evdən qaçır. Henry isə psixologiyası pozulmuş halda bu naməlum varlıqla birlikdə yaşayır. Digər sirli məqamlar da ortaya çıxır.

Janr: psixoloji, triller, fantastik
Rejissor: David Lynch
Rollarda: Jack Nance, Charlotte Stewart, Allen Joseph

Treyler

16. Krisha (2015) IMDb: 7,2

Krisha

Krisha ailəsindən 10 il uzaq qalıb. 10 il sonra Milad bayramında ailəsini görməyə gedir. Yemək zamanı bir araya toplaşırlar və iblislər o gecəni fəlakətə çevirməyə başlayırlar.

Janr: dram
Rollarda: Krisha Fairchild, Alex Dobrenko, Robyn Fairchild
Rejissor: Trey Edward Shults

Treyler

15. American Psycho (2000) IMDb: 7,6

American Psycho

Baş rolunda Christian Balenin yer aldığı fsixoloji fil ruhi xəstə olan insan həyatından bəhs edir. Patrick Bateman adi insan təsiri bağışlasa da, əslində bir qatildir. O insanları öldürür və hər qurbanından bir parça götürərək evində saxlayır. Ən yaxşı ruhi xəstəlik mövzulu filmlərdəndir.

Janr: triller, dram, qorxu
Rejissor: Mary Harron
Rollarda: Christian Bale, Willem Dafoe, Jared Leto

Treyler

14. Gone Baby Gone (2007) IMDb: 7,6

Gone Baby Gone

4 yaşlı Amanda oğurlanır. Polislər onu tapa bilmirlər. McCready adlı şəxs məsələni həll etmək üçün
şəhərin ən yaxşı detektivini tutur. Qızı tapmağa çalışan detektivlər cinayətkarlar arasında işlərini
görməyə məcbur olurlar.

Janr: polis, dram
Rollarda: Casey Affleck, Michelle Monaghan, Morgan Freeman
Rejissor: Ben Affleck

Treyler

13. Lars and the Real Girl (2007) IMDb: 7,3

Lars and the Real Girl

Gənc adam internetdən tapdığı oyuncaq körpə ilə xəyalı münasibət qurur. Filmdə onun narahatlığı və başına gələnlər əks olunub.

Janr: komediya, dram, romantik
Rollarda: Ryan Gosling, Emily Mortimer, Paul Schneider
Rejissor: Craig Gillespie

Treyler

12. The Perks of Being a Wallflower (2012) IMDb: 8

The Perks of Being a Wallflower

Charlie kiçikliyindən bəri dostları tərəfindən məzəmmət görür. Onun ən yaxın dostu intihar etmək
istədikdə daha da pərişan olur. Charlie yeni məktəbə gedir və burada Sam və Patrick adlı iki qardaşla tanış olur. Bundan sonra onun həyatı dəyişir.

Janr: dram, komediya
Rollarda: Logan Lerman, Emma Watson, Ezra Miller
Rejissor: Stephen Chbosky

Treyler

11. The Machinist (2004) IMDb: 7,7

The Machinist

Uzun müddətdir insomnia xəstəliyinə görə yata bilməyən Trevor gün keçdikcə fiziki və ruhi sağlamlığını itirir. Bir fabrikdə işləyən Trevor öz vəziyyətindən dolayı iş yoldaşlarına zərər verən hadisələrə səbəb olur. Gün keçdikcə daha da paranoyaklaşır. Filmdə baş rolda Christian Bale çəkilib.

Janr: triller
Rejissor: Brad Anderson
Rollarda: Christian Bale, Jennifer Jason Leigh, Aitana Sanchez-Gijon

Treyler

10. Silver Linings Playbook (2012) IMDb: 7,7

Silver Linings Playbook

Filmdə aldadıldığını öyrənən gənc adamın ruhi problemlərindən dolayı reabilitasiya mərkəzinə
yerləşdirilməsi və tədricən normal həyata dönməsi təsvir olunub. Keçmiş tarix müəllimi Pat Salitno
yaşadığı travmadan sonra ruhi sarsıntı yaşayır. Müalicədən qayıtdıqdan sonra xeyli yaxşılaşan Pat keçmiş arvadı ilə barışmaq üçün səy göstərir. Bu zaman Tiffany adlı gənc və gözəl qızla tanış olan Pat onunla dost olmağa çalışır. Tiffany bir gün Pata bir yaxşılıq qarşılığında kömək edəcəyini bildirir. Film maraqlı senarisi ilə diqqət çəkir.

Janr: dram, komediya
Rejissor: David O. Russell
Rollarda: Bradley Cooper, Jennifer Lawrence, Robert De Niro

Treyler

9. Melancholia (2011) IMDb: 7,2

Melancholia

Justin və Michael bir-birini sevir və evlənməyə qərar verirlər. Justin melankonik, depressiv xarakterə malikdir. Onlar toy etmək qərarına gəlirlər, lakin həmin gün günəşin arxasında gizlənmiş bir planet Yerə yaxınlaşır.

Janr: elmi-fantastik, dram
Rejissor: Lars von Trier
Rollarda: Kirsten Dunst, Charlotte Gainsbourg, Alexander Skarsgard

Treyler

8. Black Swan (2010) IMDb: 8

Black Swan

Gənc balerina Nina bu idamnda xeyli peşəkarlaşıb. Anası ilə Nyu-Yorkda yaşayan gənc qız Qu Gölü baleti üçün baş rəqqas seçilir. Lakin baş rəqqas həm yaxşılığın, həm də pisliyin simvollarını canlandırmalıdır. Nina pisliyin rəmzini yaxşı canlandıra bilmir. Onun rəqibi Lily isə bu rolu ideal oynayır. Onların rəqabəti bir müddət sonra dostluğa çevrilir və Nina həyatının məhvinə səbəb olan qaranlıq tərəfilə üzləşir.

Janr: dram, triller
Rejissor: Darren Aronofsky
Rollarda: Natalie Portman, Mila Kunis, Vincent Cassel

Treyler

7. Matchstick Men (2003) IMDb: 7,3

Matchstick Men

Roy məşhur fırıldaqçıdır. Frank ona kömək edir və birlikdə böyük şəbəkə qururlar. Onların ssistemi
Royun 14 yaşlı qızının gəlişi ilə pozulur.

Janr: cinayət, komediya, dram
Rollarda: Nicolas Cage, Sam Rockwell, Alison Lohman
Rejissor: Ridley Scot

Treyler

6. A Beautiful Mind (2001) IMDb: 8,2

A Beautiful Mind

Riyaziyyat professoru olan John Nashin həyatından bəhs edən filmdə dahi şəxsin beynində dolaşan oyunlar izləyiciyə çatdırılır. Film maraqlı səhnələri ilə izləyənləri heyrətləndirir.

Janr: bioqrafik, dram
Rollarda: Russell Crowe, Ed Harris, Jennifer Connelly
Rejissor: Ron Howard

Treyler

5. Donnie Darko (2001) IMDb: 8

Donnie Darko

Donnie Darko adlı şəxs yatarkən əsrarəngiz bir olayla qarşılaşır və yarı insan, yarı dovşan bir varlığın arxasınca qaranlıq bir sirrə doğru sürüklənir. 28 gün, 6 saat, 42 dəqiqə, 12 saniyə sonra dünya dağılacaq. Donnie hər şeyi bir kənara qoyub məxluqun arxasınca gedir. Filmdə baş rolda Jake Gyllenhaal çəkilib.

Janr: dram, fantastik
Rejissor: Richard Kelly
Rollarda: Jake Gyllenhaal, Jena Malone, Drew Barrymore

Treyler

4. Shutter Island (2010) IMDb: 8,1

Shutter Island

Baş rolda çəkilmiş Leonardo Di Caprio mükəmməl obraz canlandırıb. Teddy Daniels və Chuck Aule adlı iki polis Rachel Solando adlı ruhi xəstənin Zindan adasındakı Ashecliffe xəstəxanasından qaçmasından sonra araşdırmaya başlayır. Adaya gələn polislər burada qeyri-adi olaylarla üzləşirlər. Film Dennis Lehanenin romanı əsasında çəkilib.

Janr: sirr, triller
Rejissor: Martin Scorsese
Rollarda: Leonardo Di Caprio, Mark Ruffalo, Ben Kingsley

Treyler

3. Avtomatik portağal (1971) IMDb: 8,3

Avtomatik portağal

Şiddət və xaos asılısı olan bir qrup gənc tərəfindən qurulan dəstə ətrafdakı insanlara qorxu və dəhşət yaşadır. Dəstənin başçısı Alex polis tərəfindən tutulur. Lakin onun cəzası həbs yox, şiddət sınağı olur. Sınağın məqsədi şiddət və insanlıq arasındakı əlaqəni öyrənməkdir. Film qeyri-adi səhnələri ilə diqqət çəkir.

Janr: elmi-fantastik, dram
Rejissor: Stanley Kubrick
Rollarda: Malcolm McDowell, Patrick Magee, Michael Bate

Treyler

2. Psycho (1960) IMDb: 8,5

Psycho

Alfred Hitcockun məşhur filmi Marion Crane adlı gənc qadının başına gələn hadisələrdən bəhs edir. Evlənmək üçün pula ehtiyacı olan Marion müdirindən aldığı pulla qaçır və gecələmək üçün bir otelə gedir.otel sahibi Norman Bates ilə söhbət edən Marion həyatının ən pis saatlarını keçirəcəyinin fərqində olmur.norman Bates ruhi pozqunluqlar yaşayan sirli bir adamdır.

Janr: triller, qorxu
Rejissor: Alfred Hitchcock
Rollarda: Anthony Perkins, Janet Leigh, John Gavin

Treyler

1. Fight Club (1999) IMDb: 8,8

Fight Club

Film ruhi və şəxsiyyət pozğunluğu yaşayan Jackin həyatından bəhs edir. Sığorta əməkdaşı olan Jack həyatın sıxıcılığı və tənhalıq arasında boğulur. Səfər zamanı Tyler Durden adlı şəxslə tanış olan Jackin həyatı bir andaca dəyişir. Tyler Durdenin rəhbərliyi ilə qurulan Döyüş Klubu Jacki özünə gətirir.

Janr: triller, sirr
Rejissor: David Fincher
Rollarda: Brad Pitt, Halena Bonham Crter, Edward Norton

Treyler

Məqaləyə emosiya bildir:
emotion
1
emotion
0
emotion
0
emotion
1
emotion
0
emotion
0
emotion
0
Dostlarınla paylaş:
2 il əvvəl
3545 dəfə oxundu
ilk.az-çılar nə deyir?
Fikirlər (1)
səma (2 il əvvəl)
Super amma bunların bir neçəsinə baxmışam. Mə.BLANK₩VAN