Yarış filmləri - Sürət həvəskarlarının zövqünü oxşayan ən yaxşı yarış filmləri

Ən yaxşı avtomobil filmlərini bir araya gətirmişik. Bu filmlər IMDb balına görə izləyicilərdən yüksək dəyər alması ilə seçilirlər.

Həyəcan dolu səhnələrlə sürət həvəskarlarını heyrətləndirən maşın filmləri siyahıya almışıq. Siyahımızdakı filmlər bütün dünyada tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb. Maşın filmləri siyahısında yəqin ki, izləmədiyiniz filmlər vardır. Həmin filmlər haqqında mümkün qədər məlumat verməyə çalışmışıq. Eyni zamanda siyahıda siz avtomobil filmləri haqqında yazının sonunda həmin yarış filminin treylerini də izləyə bilərsiniz.

Ən yaxşı yarış filmləri

44. Born to Race (2011) IMDb: 6,0

Born to Race

"Born to Race" filminin rejissoru Aleks Ranarivelodur. Denni maşın yarışı həvəskarıdır. Yarışlara qatılaraq uğur qazanan gənc keçirdiyi qəzadan sonra atasının yanına göndərilir. Bir-birilə yola getməyən ata və oğulun münasibəti Denninin yarışlara qatılmasıyla yaxşılaşır. Filmdə baş rolları Nicole Badaan, Joseph Cross, Graant ShowBrando Eaton canlandırıb.

Treyler

43. The Wraith (1986) IMDb: 6,0

The Wraith

Mayk Marvinin rejissorluq etdiyi film 1986-cı ildə çəkilib. Filmdə baş rolları Charlie Sheen, Sherilyn Fenn, Nick CassaveterClint Howard oynayıb. Keri adlı gənc qız Pakard adlı oğlanla sevgilidir. Qısqanc Pakard Kerini şəhərə təzə gələn motosikletçi ilə birlikdə gördükdə əsəbiləşir. Motosikletçi ilə mübahisə edən Pakard qızı yenə onun yanında görür. Cinayətə əl atılır. Vəziyyət gərginləşir.

Treyler

42. Speed Racer (2008) IMDb: 6,0

Yarış filmləri Speed Racer

"Sürətli yarışçı" filminin rejissorları Lana və Lili Vaxovskidir. Film 1960-cı illərin məşhur anime və manga seriyası "Speed Racer"dən ilhamlanaraq çəkilib. Filmdə The Crocible yarışını qazanmağı hədəfləyən gənc yarışçıdan bəhs olunur.

Treyler

41. Days of Thunder (1990) IMDb: 6,0

Yarış filmi Days of Thunder

Filmin rejissoru Toni Skotdur. Özünə əmin yarış pilotu Koul çox istedadlı olsa da, uğur qazana bilmir. Qatıldığı yarışlarda Tim Dolanın etimadını qazanan pilot Nascar çempionu Herri ilə tanış olur. Onu hazırlaşdıran çempion gənc pilotu qələbələrə hazırlayır. Nascar-ın yalnız uğurla qazanılmadığını anlayan Koul Rovdi ilə qeyri-qanuni yarışa girir. Nəticədə, dəhşətli sonluq yaşanır.

Treyler

40. The Fast and the Furious: Tokyo Drift (2006) IMD8: 6,0

The Fast and the Furious: Tokyo Drift

Sürətli və qəzəbli: Tokio yarışı filmin rejissoru Justin Lindir. İntiqam, qəzəb, uğur, dostluq və cinayət anlayışlarının təsvir olunduğu film qeyri-qanuni küçə yarışlarından bəhs edir. Sean Boswell yenidən dirçəlmək üçün küçə yarışlarına girişir. Oğlunun cinayət törətdiyini anlayan ana onu təhlükədən qorumaq üçün Tokiodakı atasının yanına göndərir. Orada Tvinki adlı şəxslə tanış olan Sin küçə yarışına qatılır.

Treyler

39. Hit and Run (2012) IMDb: 6,1

Hit and Run

Filmin rejissoru Daks Şeparddır. 2012-ci ildə çəkilib. Macəra və romantik səhnələrilə izləyənləri heyrətləndirir. Çatli və sevgilisi proqram üçün uzun səfərə çıxırlar. Gözləmədikləri olayla rastlaşan cütlüyü macəralar gözləyir.

Treyler

38. Cars (2011) IMDb: 6,2

Yarış filmi Cars

Animasiya kimi çəkilən film maraqlı və əyləncəli səhnələrlə həm uşaqların, həm də böyüklərin maraq dairəsinə düşüb. Filmdə Şimşək Makkuin və Materin dünya çempionatı üçün etdikləri səfər təsvir olunub. Küçələrdə həyəcan dolu olaylara şahidlik edən Şimşək Makkuin və Mater kömək və casusluq arasında qalıblar.

Treyler

37. Cannonball Run (1981) IMDb: 6,2

Cannonball Run

"Yolun sonu" filmi 1981-ci ildə çekilib. Rejissoru Hel Nedhemdir. Filmdə bəzi şəxslərin qeyri-qanuni avtomobil yarışlarına qatılması və başlarına gələnlər təsvir olunub. Qələbə qazanmaq üçün hər hiyləyə əl atan yarışçılar izləyiciləri heyrətləndirir.

Treyler

36. The Fast and the Furious (2013) IMDb: 6,3

The Fast and the Furious 2013

Sürətli və qəzəbli 6 filmini Justin Lin çəkib. Rio soyğunu ilə quldur dəstəni çökdürən Dom və Brayan 100 milyon dollar pulla xoş günlər keçirirlər. Onları narahat edən şey isə ailələrindən uzaq olmaları və tez-tez yerlərini dəyişmələridir. Hobbs adlı cinayət-axtarış qrupu 12 ölkədə araşdırma aparır. Onların arasında Domun öldüyünü düşünən keçmiş sevgilisi Letti də var. Letti Doma komandasını Londona aparmağı xahiş edir. Bu təklis qəbul edildikdə onların günahları bağışlanacaq və ailələrinə qovuşa biləcəklər.

Treyler

35. Death Race (2008) IMDb: 6,4

Death Race

Filmin rejissoru Pol Andersondur. Baş rolları Jason Statham, Joan Allen, Tyrese GibsonRobin Shou ifa ediblər. "Ölüm yarışı" ən yaxşı avtomobil filmləri arasında yer alır. Filmdə məhkum Yensen Amyesin həyatda qalmaq üçün yarışması öz əksini tapıb.

Treyler

34. Need for Speed (2014) IMDb: 6,5

Need for Speed

Ən yaxşı avtomobil filmi hesab olunan Need for Speed filmin rejissoru Skot Voqdur. 2014-cü ildə çəkilən filmdə baş rolları Imogen Poots, Aaron Paul, Rami Malek, Dakota JohnsonDominic Cooper canlandırıblar. Film həyəcan dolu səhnələrilə göz oxşayır.

Treyler

33. Gone in 60 Seconds (2000) IMDb: 6,5

Gone in 60 Seconds

"60 saniyəyə qaçırmaq" filminin rejissoru Dominic Sena-dır. Maşın oğurluğu edən Randall Reyns artıq cinayətdən uzaqlaşıb. Qarşılaşdığı bir nəfər ondan qardaşının həyatını qurtarmaq üçün kömək istəyir. Keçmiş işinə geri qayıdan Randall bu çətin tapşırığın öhdəsindən gələ biləcəkmi?

Treyler

32. Taxi 2 (2000) IMDb: 6,5

Taxi 2 film

Filmin rejissoru Cerard Kravzkdır. Yapon səfir fransız polis təşkilatının çalışma sistemini deşifrə etmək üçün Marselə gəlir. Bu zaman yapon mafiyası Yakudza tərəfindən qaçırılan səfiri müfəttiş Emilyen xilas etməyə çalışır. Sürət həvəskarı Daniel isə Emilyenə kömək edir.

Treyler

31. Joy Ride (2001) IMDb: 6,6

Joy Ride

Filmin rejissoru Con Dahldır. Evinə getmək üçün yola çıxan Fuller və Luis qardaşları uzun səfərdən yorulurlar. Fuller dincəlmək üçün oyun təklif edir. Yolda bir yük maşını sürücüsü ilə zarafat edən qardaşlara bu gülməli gəlsə də, yük maşınının sürücüsü onlardan intiqam almaq istəyir.

Treyler

30. Fast and the Furious 4 (2009) IMDb: 6,6

Fast and the Furious 4

Castin Linin rejissoru olduğu Sürətli və qəzəbli 4 filmi 2009-cu ildə çəkilib. Bir-birini sevməyən Dom və agent Brayan Okonner yenidən qarşılaşırlar. Ortaq düşmənlərilə mübarizə aparmaq üçün bir-birinə inanmalı olurlar. Avtomobillərilə intiqam üçün yola çıxırlar. Filmdə baş rollarda Vin Diesel, Paul Walker, Michelle Rodriguez, Gal GadotJordana Brewster çəkilib.

Treyler

29. Christine (1983) IMDb: 6,7

ən yaxşı yarış filmləri Christine

Film Stiven Kinqin eyniadlı romanı əsasında çəkilib. Con Karpenterin çəkdiyi fim qorxulu səhnələrlə zəngindir. Hadisələr Arnienin yolda gördüyü Plymouth Fury ilə başlayır. Maşını bəyənən Arnie ona yiyələnir. Pis vəziyyətdə olan maşını Billin qarajına təmirə aparan Arnie maşın sahibinin öldüyünü bilir. Ekran işi ən yaxşı avtomobil filmləri sırasında yer almaqdadır.

Treyler

28. Cars 3 (2017) IMDb: 6,7

Cars 3

Animasiya filminin rejissoru Barayan Fidir. Şimşək Makkuinin yeni macəraları əks olunmuş filmdə bir rəqabət təsvir edilib. Şimşək Makkuin Kruz Ramizerin dəstəyilə Piston kubokunu qazanmaq üçün mübarizə aparır.

Treyler

27. Le Mans (1971) IMDb: 6,8

Le Mans film

Avtomobil yarışı həvəskarlarının əvəzolunmaz filmi olan "Le Mans"ın rejissoru Li Katzindir. Son dərəcə az dialoqların olduğu film səhnələri 24 saat davam edən Le Man yarışı səhnələrindən ibarətdir. Baş rolda Steve McQueen çəkilib.

Treyler

26. The Transporter (2002) IMDb: 6,8

The Transporter

Filmin rejissoru Korey Yuendir. Baş rolları Jason Statham, Shu Qi, Matt SchulzeVincent Nemeth ifa ediblər. Filmdə həyatını əməliyyatlarda keçirmiş Frankın macəraları təsvir olunub. O, vəzifəsini bitirmiş hərbçidir. Edəcəyi son tapşırıqla özünü çətinə salır.

Treyler

25. The Fast and the Furious (2001) IMDb: 6,8

The Fast and the Furious 2001

Sürətli və qəzəbli möhtəşəm seriyanın ilk filmidir. Sürət, intiqam, dostluq və mübarizənin təsvir olunduğu film səhnələri rəngarəng və həyəcanvericidir. Bahalı maşınlar oğurlamaqla məşhürlaşan Domenik Toretto cinayətkar dəstənin əsas üzvüdür. Polis onun izinə düşüb. Olayı öhdəsinə götürən polis əməkdaşı Domenikin bacısına aşiq olur. Filmin rejissoru Rob Çohendir. Baş rolları Paul Walker, Vin Diesel, Michelle Rodriguez ve Jordana Brewster ifa ediblər.

Treyler

24. The Hitch - Hiker (1953) IMDb: 6,9

The Hitch - Hiker

Filmdə bir şəxs, silah və avtomobildən bəhs olunur. Filmin rejissoru İda Lupinodur. Qatin Bill Kukun cinayətləri əsasında çəkilən filmdə Meksika səfəri zamanı sirli şəxslə tanış olan iki balıqçının başına gələnlər əks olunub.

Treyler

23. Mad Max (1979) IMDb: 6,9

Yarış filmləri Mad Max

Filmin rejissoru Oskar mükafatı laureatı Corc Millerdir. Maks Rokatanski işindən bezmiş polisdir. İzinə düşdüyü dəstə üzvünü öldürdükdən sonra ailəsi və özünü qorumağa çalışan polisin başına qeyri-adi hadisələr gəlir. Filmi izləməyiniz tövsiyə olunur.

Treyler

22. Smokey and the Bandit (1977) IMDb: 6,9

Smokey and the Bandit

TIR sürücüsü Bandit və Kledus qeyri-qanuni malı vaxtında təslim etməlidirlər. Kledus TIR sürür, Bandit isə onu polisdən qoruyur. Yolda toydan qaçan gəlin görən Bandit Kerri adlı gəlinə aşiq olur. Kerrinin qoyub qaçdığı bəy isə şerif Bufortun oğludur.

Treyler

21. Repo Man (1984) IMDb: 6,9

Repo Man

The Union adlı şirkər insanların ömrünü uzatmaq üçün fərqli texnologiyalara sahib olan mexaniki bədənlər istehsal edir. Çox bahalı olan bu sistem bəzi mənfilikləri ehtiva edir. Ödəmələri ala bilməyən şirkət Repo Meni göndərərək işi həll edir. İşı yerinə yetirməyən Remi şirkətin ortağı Ceykin hücumuna məruz qalır.

Treyler

20. Tucker: The Man and His Dream (1988) IMDb: 6,9

Tucker: The Man and His Dream

Filmin rejissoru Fransis Ford Koppoladır. Dramatik və komik səhnələrilə diqqət çəkən filmdə baş rolları Jeff Bridges, Martin Landau, Joan Allen, Frederic ForrestChristian Slater ifa edib. Film Qızıl Qlobus mükafatı alıb.

Treyler

19. The Italian Job (2003) IMDb: 7,0

The Italian Job

"İtalyan işi" filminin rejissoru F. Qeri Qreydir. Baş rolu Michael Caine canlandırıb. Filmdə cinayətkar qruplaşmadan bəhs olunur. Dəstənin planı Los-Ancelsdə böyük tıxac yaradaraq istəklərini həyata keçirməkdir. Onlar bununla avtomobilləri qaçırmaq istəyirlər.

Treyler

18. Transformers (2007) IMDb: 7,0

Transformers

Filmin rejissoru Maykl Beydir. Həyəcanlı səhnələrilə izləyiciləri heyrətləndirir. Hadisələr maşına çevrilə bilən robotların planeti olan Cybertronda reallaşır. Yanacağın tükənməsi robotları axtarışa sövq edir. Onlar dünyanı ələ keçirmək üçün müharibəyə başlayırlar.

Treyler

17. Taxi (1998) IMDb: 7,0

Taxi

Komediya janrında çəkilən filmin rejissoru Cerard Piresdir. Pizaa kuryeri Daniel taksi sürücülüyünə başlayır. Sürət həvəskarı olan Daniel polisin radarlarından yayınmağı bacarır. Tanış olduğu polis Emilyen ona tapşırıq verir. Bunun öhdəsindən gəlsə, avtomobili əlindən alınmayacaq. Hər şey elə bununla başlayır.

Treyler

16. Cars (2006) IMDb: 7,1

Cars film 2006

Bir-birindən maraqlı səhnələrlə bol olan animasiya filminin rejissorları Coy Ranft və Con Lasseterdir. Şimşək McQuenn, Mater, Doc Hudson, Sally Carrera ve Chick Hicks kimi obrazlarla həm uşaqları, həm də gəncləri əyləndirən filmdə Piston kubokunu qazanmaq üçün aparılan rəqabət əks olunub.

Treyler

15. Fast and Furious 7 (2015) IMDb: 7,2

Fast and Furious 7

Möhtəşəm avtomobil seriyası filmi maraqlı səhnələrilə diqqət çəkir. Forsaj filmində baş rolları Vin Diesel, Paul Walker, Dwayne Johnson ve Jason Statham ifa ediblər. Filmin rejissoru Ceyms Vendir. İngiltərədən gələn qrup ABŞ hökuməti üçün etdirilən təqib cihazını ələ keçirmək məcburiyyətindədir. Onlar bunun öhdəsindən gələ biləcəklərmi?

Treyler

14. Vanishing Point (1971) IMDb: 7,2

Vanishing Point

Filmin rejissoru Riçard Sarafiandır. Baş rolları Barry Newman, Cleavon Little, Glida TexterDean Jagger canlandırıblar. Filmdə sabiq polis, yarışçı və müharibə qazisi təsvir olunub. Dodge Challenger markalı maşını Denverdən San-Fransiskoya aparan üçlük bunu 15 saat ərzində reallaşdırmalıdır. Filmdə sürət və təhlükələrlə zəngin səhnələr çoxdur.

Treyler

13. The Driver (1978) IMDb: 7,2

The Driver

Soyğunlar təşkil edən sürücü hər dəfə polisdən qorunmağı bacarır. Son soyğunu zamanı detektivi asdadan bu şəxs böyük çətinliyə düşür. Gözləmədiyi halda özünü təhlükəyə atan sürücü bu dəfə də xilas ola biləcəkmi?

Treyler

12. Two-Lane Blacktop (1971) IMDb: 7,2

Two-Lane Blacktop

Filmin rejissoru Monte Hellmandır. 1971-ci ildə çəkilib. Əksər səhnələr yolda və avtomobildə çəkilib. Chevy markalı maşını ilə Amerikanı gəzən təmirçi və sürücü təsvir olunub.

Treyler

11. The Italian Job (1969) IMDb: 7,3

The Italian Job

Filmdə oğruların soyğun üçün qurduqları plan təsvir olunub. Rejissoru Peter Kollinsondur. Baş rolları Michael Caine, Benny Hill, Noel CowardRaf Vallone ifa ediblər. Film macəra və qorxu səhnələrilə zəngindir.

Treyler

10. Ronin (1998) IMDb: 7,3

Ronin film 1998

Amerikalı gizli agent Sem işində olduqca peşəkardır. O, Soyuq Müharibə dönəminin sona çatması ilə yeni yol açır. Sem və komandası uğurla irəlilədikləri bu yolda çoxlu pul qazanmaq niyyətindədirlər. Riskli tapşırıqları yerinə yetirən qrup təhlükəli işlərə girişir.

Treyler

9. Fast and Furious 5: "Rio Heist" (2011) IMDb: 7,3

Fast and Furious 5:

Sürətli və qəzəbli 5: Rio soyğunu filminin rejissoru Castin Lindir. Sabiq polis əməkdaşı Brayan və Mia dostları Domu həbsxanadan qaçırırlar. Onlar bu işi uğurla yerinə yetirirlər. Yeni yarışa daxil olan qrup böyük bəladan qurtulmaq üçün həllədici mübarizə aparır.

Treyler

8. American Graffiti (1973) IMDb: 7,4

American Graffiti

Filmin rejissoru Corc Lukasdır. Universitetə gedəcək bir qrup tələbənin son günündən bəhs olunur. Onlar məzun olmadan əvvəl əla vaxt keçirmək istəyirlər. Küçədə maşınla gəzən Kurt və Stiv bir gün sonra universitetə gedəcəklər. Onlar qərarsız və həyəcanlıdırlar. Filmdə baş rolları Paul Le Mat, Ron Howard, Harrison Ford, Cindy WilliamsRichard Dreyfuss ifa ediblər.

Treyler

7. Bullitt (1968) IMDb: 7,4

Bullitt

Filmin rejissoru Peter Yatesdir. Filmdə gənc polis Bullittin başına gələnlər öz əksini tapıb. Bullittə Conni Ross adlı qanqsteri qorumaq üçün tapşırıq verilir. Təşkil edilən hücum zamanı yaralanan Ross Bullittə fərqli bir şey öyrədir. Ross həqiqi Ross deyil...

Treyler

6. Grindhouse (2007) IMDb: 7,5

Grindhouse

Kuentin Tarantinonun rejissoru olduğu film 2007-ci ildə çəkilib. Amansız qatil Mayk maşınına quraşdırdığı mexanizmlə "ölüm keçilməz" sistemi qurub. Heç bir qəzada yaralanmayan Maykın diqqətini bardakı 4 qız çəkir. Onların kim olduğunu isə bilmir...

Treyler

5. Duel (1971) IMDb: 7,6

Duel film 1971

Filmin rejissoru Stiven Spilberqdir. Həyəcan və macəra dolu filmdə yolda ölüm-dirim mübarizəsi aparan maşın və TIR təsvir olunub. Devid Mann iş görüşməsi üçün Kaliforniyaya gedir. Yolda bir TIR-ı keçməsilə hər şey başlayır. Bu duel və rəqabət amansız səhnələrə səbəb olur.

Treyler

4. Drive (2011) IMDb: 7,8

Drive 2011

Filmdə Hollivud küçələrində peşəkar avtomobil sürən gəncdən bəhs olunur. Bu bacarığından istifadə edib gecələr soyğunla məşğul olur. Qonşusunun həbsxanadakı ərinə kömək edən gəncin başı bəlalar çəkir. Filmin rejissoru Nikolas Vindinq Refndir. Baş rolları Ryan Gosling, Carey MulliganBryan Cranston ifa edib.

Treyler

3. Mad Max: Fury Road (2015) IMDb: 8,1

Mad Max: Fury Road

Corc Millerin rejissoru olduğu ekran işi 2015-ci ildə çəkilib. Ən yaxşı avtomobil filmlərindəndir. Təhlükəli keçmişi olan Mad Max tək yaşamağa qərar verir. Bundan sonra istəmədiyi halda böyük döyüşdən xilas olmağa çalışan qrupun arasına düşür. Baş rolda Tom Hardy çəkilib.

Treyler

2. Rush (2013) IMDb: 8,1

Rush film 2013

Filmin rejissoru Ron Hovarddır. Filmdə 1976-cı ildə Formula 1 pilotları olan Ceyms Hant və Niki Lauda arasında yaşanan rəqabət təsvir olunub. Baş rolları Daniel Brühl, Chris Hemsworth, Olivia WildeAlexandra Maria Lara ifa edib.

Treyler

1. Senna (2010) IMDb: 8,6

ən reytingli yarış filmi Senna

Əfsanəvi braziliyalı Formula 1 pilotu Ayrton Senna-nın həyatından bəhs edən filmin rejissoru Asif Kapadyadır. Məşhur çempionun 1980-cı illərdə başlayan F1 kariyerasındakı çətinliklər, mübarizələr, uğurlar təsvir olunub. 3 dəfə ardıcıl F1 çempionu olan Ayrton Sennanın həyatından bəhs edən filmi izləməyiniz tövsiyə olunur.

Treyler

Məqaləyə emosiya bildir:
emotion
8
emotion
1
emotion
1
emotion
1
emotion
2
emotion
1
emotion
0
Dostlarınla paylaş:
3 il əvvəl
7434 dəfə oxundu
ilk.az-çılar nə deyir?