Həbsxana filmlərini sevənlər üçün xüsusi siyahı hazırlamışıq. Burada müxtəlif hadisələr, qaçış planları cərəyan edir. Fərqlilik, xüsusilik filmlərin hər birində var.

Hər kateqoriyalı filmlərin xüsusi izləyiciləri olduğu kimi həbsxana filmləri kateqoriyasına aid olan filmləri də kifayət qədər çox izləyici kütləsi izləyir. Çox maraqlı çəkilmiş TOP 20 həbsxanadan qaçış filmləri siyahısını sizə təqdim edirik.

Həbsxana filmləri

1. Zəfərə qaçış / Victory (1981)


Müttəfiq P.O.W.s Almaniya Milli Komandasına qarşı nasistlərin işğalı altında olan Parisdə oynanılacaq futbol oyununa hazırlaşarkən, Fransız Müqaviməti və İngilis zabitləri komandanın qaçması üçün planlar qururlar. Culyen arvadının günahsız olduğuna inanır və onu xilas etmək üçün səy göstərir. O, arvadını qurtarmaq üçün qəliz bir plan hazırlayır.

IMDb: 7.2

Treyler

2. Şəfəq əməliyyatı / Rescue dawn (2006)


Amerikalı pilot Dayter Denqlerin Vyetnam müharibəsində təyyarəsi vurulur və o, əsir düşür. Əsir düşərgəsindən qaçmaq üçün plan quran Dayter hər növ təhlükəni nəzərə alır. Film real hekayədən çəkilib.

IMDb: 7.3

Treyler

3. Azadlıq yolu / The Way Back (2010)


Əsirlər, həyatda qalmaq, yalnızlıq... Əsir düşərgəsindən qaçaraq qışın ortasında Sibirdən Hindistana 6000 km yol qət edən qrup... Başlarına pul qoyulan qrup ucsuz-buzaqsız düşləri, Himalay dağlarını keçməyə məcbur olurlar.

IMDb: 7.3

Treyler

4. Qaçış planı / The Next Three Days (2010)


Xoşbəxt cütlük olan Con və Laranın həyatı cinayət hadisəsindən sonra dəyişir. Günahsız olduğunu sübut edə bilməyən Lara həbs edilir. Ancaq Con arvadının günahsız olduğuna inanır. Con oğluna baxır, müəllim işləyir. Əsas məqsədi isə Laranı azad etməkdir. Başqa çıxış yolu olmadıqda Con arvadını qaçırmaq qərarına gəlir.

IMDb: 7.4

Treyler

5. Sobibordan qaçış / Escape from Sobibor (1987)


Sobibor nasist Almaniyasının ölüm düşərgəsidir. Hər gün bir qatar yəhudi bura öldürülməyə gətirilir. Burada yaşayan bəzi yəhudilərsə digərlərini qarşılamaq, işləri görmək və başqa işləri həll etmək üçün saxlanılırlar. Onlardan qaçmaq istəyənləri var, bunun üçün plan qurmaq gərəkdir.

IMDb: 7.5

Treyler

6. Alkatrazdan qaçış / Escape from Alcatraz (1979)


Alkatrazdan qaçmağa çalışan 3 məhkum və bu planı mükəmməl hazırlayan bank soyğunçusu Morrisin... Escape from Alcatraz (orijinal adı: Escape from Alcatraz) 1979-cu ildə Don Siegel tərəfindən çəkilmiş və baş rolda Klint İsvudun çəkildiyi ABŞ həbsxana filmidir. Film real hadisələrə əsaslanır və Alkatraz adasındakı maksimum təhlükəsizlik həbsxanasından bəlkə də yeganə uğurlu qaçış cəhdini dramatikləşdirir.

IMDb: 7.6

Treyler

7. Qaba güc / Brute Force (1947)


Həbsxana rəisi A. Barns zəif, nüfussuz rəhbərdir. Cəza evi qardianlar və bəzi məhkumlar tərəfindən idarə olunur. Sadist və güclü qardian Mansi məhkumları nəzarətdə saxlamaq üçün şiddətə, işgəncəyə əl atır. Coy Collins isə qaçış planı hazırlayıb.

IMDb: 7.7

Treyler

8. Monte Kristo kontu / The Count of Monte Cristo (2002)


Edmond Dantes dənizçidir. Mersedeslə evlənmək ərəfəsindədir. Ancaq dostu Fernand da onun sevgilisə aşiq olur və bu, Edmondun həbsxanaya düşməsiylə nəticələnir. Fernand Mersedesi ələ keçirmək üçün planlar qurub. Dantesin bir hədəfi qalıb: buradan qaçmaq!

IMDb: 7.7

Treyler

9. Qaçaq / The Fugitive (1993)


Məşhur cərrar Riçard Kimbl haqsız yerə arvadını öldürməkdə günahlandırılaraq həbsxanaya salınır. Bir olay sayəsində qaça bilən Kimbl arvadının əsl qatilini axtarır. Hadisələr mürəkkəbləşir, Kimbl qatili tapmaq üçün hər şey edie.

IMDb: 7.8

Treyler

10. Kəpənək / Papillon (1973)


II Dünya müharibəsi zamanı düşərgədə saxlanılan bir qrup əsir almanlar tərəfindən nəzarətdə saxlanılır. İngilis əsgər, xəndək qazan və məşhur oğrudan ibarət qrup qaçmağa can atırlar. Hər şey isə daha mürəkkəb və çətin görünür. Əvvəllər xırda cinayətə görə məhkum edilmiş "Kəpənək" ləqəbli Henri Şarrier haqsız yerə qətldə ittiham olunur. Günahsız olduğunu sübut edə bilməyən Kəpənək Fransanın məşhur Şeytan adasındakı yüksək təhlükəsizlik həbsxanasına göndərilir. Bu həbsxana məhbuslara qarşı qeyri-insani rəftarı ilə məşhurdur.

IMDb: 8.0

Treyler

11. Müharibə əsirləri / La Grande Illusion (1937)


Komandir De Boeldieu Mareçal ilə kəşf gəzintisinə çıxır. Bu zaman almanlara əsir düşürlər. Alman komandir Boeldieu ilə yemək yeyir və bu zaman onunla bir çox ortaq cəhətinin olduğunu anlayır. Ancaq heç nə dəyişmir. Əsirlər qaçmaq üçün plan qururlar və bu bu planda onların yeni dostları da iştirak edir.

IMDb: 8.1

Treyler

12. Bir edam məhkumu qaçdı / Un condamné à mort s'est échappé ou Le vent souffle où il veu (1956)


Zabit Fonten Gestapo tərəfindən tutularaq Montluk qalasına salınır. O, buradan qaçmağı planlaşdırır. Almanlara işləyən Kost onunla eyni hücrədə qalır. Fonten qaçmaq üçün ya onu öldürməli, ya da ona güvənməlidir.

IMDb: 8.2

Treyler

13. Barmaqlıqlar arasında / Cool Hand Luke (1967)


Qazi Lyuk Cekson iki illik həbsə məhkum olunur. Həbsxanada orada özünü rəhbər kimi göstərən Draqlinlə tanış olur. Bundan sonra hər şey dəyişir. Lyuk qaçmağı planlaşdırır.

IMDb: 8.2

Treyler

14. Böyük qaçış / The Great Escape (1963)


II Dünya müharibəsi zamanı düşərgədə saxlanılan bir qrup əsir alman əsgərlərinin təzyiqlərinə məruz qalır. Qaçmağın mümkünsüz olduğunu deyənlərin sözləri onların gözlərini qorxutmur. Ancaq təkcə qaçmaqla iş bitmir.

IMDb: 8.2

Treyler

15. Gizli dünya / Room (2015)


Cek və anası qutu kimi otaqda yaşayırlar. Bu dar, qaranlıq otaq Cekin tanıdığı yeganə dünyadır. Televizor isə onun ən yaxşı dostudur. Bəs nə vaxtadək?

IMDb: 8.2

Treyler

16. Deşik / Le trou (1960)


Arvadını öldürməkdə günahlandırılan və məhkəməni gözləyən Klaud Qaspard orada məhbusların qaçmaq planlarının olduğunu öyrənir. Bu plan getdikcə daha da güclənir və onu həyata keçirmək lazım olur.

IMDb: 8.5

Treyler

17. Əsarətin bədəli / The Shawshank Redemption (1994)


Endi Dafresne gənc və uğurlu bankirdir. Arvadını və onun sevgilisini öldürməkdə günahlandırılır və ömürlük azadlıqdan məhrum edilir. Şausank həbsxanasında işgəncə, təcavüz – hər cür olay yaşanır. Endi buna baxmayaraq müsbət düşünür. O, digər məhbusları da həbsxanada belə azad bir həyatın ola biləcəyinə inandırır.

IMDb: 9.3

Treyler

BONUS: İldə bir gün (1971)


Rumelinin Bolqarıstan istilasına uğradığı günlərdə bir-birini dəlicəsinə sevən iki gəncdən bəhs olunur...

IMDb: 7.1

Treyler

Sizə maraqlı gələcək: