Türkiyədə tamaşaçıların ən çox izlədiyi və yeni sezonlarını səbirsizliklə gözlədiyi ən yaxşı xarici serialların siyahısını hazırlamışıq. Həmin serialları təqdim edirik.

1. All of Us Are Dead


Serial Cənubi Koreyada bir məktəbdə başlayan zombi epidemiyasından bəhs edir. Dostlarının bir-bir zombiyə çevrildiyini görən bir qrup tələbə sağ qalmaq üçün çıxış yolu axtarır. Bu arada virus sürətlə yayılır.

Janr: qorxu, triller, macəra
IMDb: 7.6
Nümayiş tarixi: 2022
Rejissor: Sung-il Chun

Rollarda: Chan-young Yoon, Ji-ho Park, Yi-Hyun Cho

2. Squid Game


Serialda küçə həyatı yaşayan və qeyri-qanuni işlərlə məşğul olanların yüksək məbləğdə pul vəd edən oyundan təkliflər aldığı öz əksini tapıb. Təklifi qəbul edən 400 nəfər baş mükafatı qazanmaq üçün müsabiqəyə qatılır. Onların bilmədikləri bir şey var: uduzan ölümə məhkumdur.

Janr: dram, triller
IMDb: 8.1
Nümayiş tarixi: 2021
Rejissor: Hwang Dong-hyuk
Rollarda: Jung-jae Lee, Park Hae-Soo, Heo Sung-Tae

3. Lupin


Netflix orijinalı olan serialda Assane Diop adlı qaradərilinin qisas almaq üçün törətdiyi sirli əməllərdən bəhs olunur. İllər əvvəl heç bir günahı olmadan həbs edilən və müəmmalı şəkildə ölən atasının intiqamını almaq istəyən Assane Diop məşhur oğru Arsene Lupindən ilham alaraq hərəkətə keçir.

Janr: dram, detektiv, macəra
IMDb: 7.6
Nümayiş tarixi: 2021
Rejissor: George Kay
Rollarda: Omar Sy, Ludivine Sagnier, Clotilde Hesme

4. Snowpiercer


Bu distopik serialda bütün dünyanın buzla örtüldüyü və həyatda qalan son insanların bir qatarda səyahət etdiyi nümayiş olunur. Varlıların rahat olduğu, kasıbların isə əziyyət çəkdiyi bu qatarda üsyan alovu yanmaq üzrədir.

Janr: elmi-fantastik, triller
IMDb: 7.0
Nümayiş tarixi: 2020
Rejissor: Josh Friedman
Rollarda: Daveed Diggs, Jennifer Connelly, Mickey Sumner

5. Gangs of London


Bu serialda atasının ölümündən sonra ailənin lideri olan Sean Wallace bu qaranlıq dünyanı idarə etmək istəyir. Atasının qatillərini tapmaq üçün hərəkətə keçən Sean gücünü toplayır və kriminal aləmin lideri olmağa səy göstərir.

Janr: dram, triller
IMDb: 8.1
Nümayiş tarixi: 2020
Rejissor: Gareth Evans
Rollarda: Joe Cole, Michelle Fairley, Colm Meaney

6. The Queen’s Gambit


Eyni adlı romandan uyğunlaşdırılan bu serial Soyuq Müharibə dövrünün inanılmaz hekayələrindən birini əks etdirir. Serialda dünyanın ən yaxşı şahmatçılarından biri olan Beth Harmonun həyatından bəhs olunur. Ailəsini itirdikdən sonra bir qurumda böyüdülən Beth şahmatda özünü təkmilləşdirərək adını dünyaya tanıtdırmağı bacarır.

Janr: dram
IMDb: 8.6
Nümayiş tarixi: 2020
Rejissor: Scott Frank
Rollarda: Anya Taylor-Joy, Chloe Pirrie, Bill Camp

7. Sex Education


Serial özünə qapanan bir yeniyetmənin məktəb macəralarından bəhs edir. Anası və atası ayrılan Otis cinsi terapevt olan ailəsindən öyrəndikləri ilə bir andaca məktəbin sevimlisinə çevrilir. Onu məşhur edən şey məktəbin zirək şagirdi Maeve ilə əməkdaşlığı olur.

Janr: komediya, dram
IMDb: 8.3
Nümayiş tarixi: 2019
Rejissor: Laurie Nunn
Rollarda: Asa Butterfield, Emma Mackey, Gillian Anderson

8. How to Sell Drugs Online Fast


Serialda keçmiş sevgilisini geri qaytarmaq istəyərkən birdən narkotik işinə girişən gəncin hekayəsindən bəhs edilir. O, dostları ilə birlikdə hazırladığı proqram sayəsində böyük bir narkotik ticarəti qurur.

Janr: qorxu, dram, komediya
IMDb: 7.9
Nümayiş tarixi: 2019
Rejissor: Philipp Käßbohrer
Rollarda: Lena Klenke, Damian Hardung

9. Chernobly


Serialda 1986-cı ildə Ukraynanın Çernobıl vilayətində baş verən fəlakət öz əksini tapıb. Həmin vaxt SSRİ- yə bağlı olan Çernobıl vilayətində böyük bir atom elektrik stansiyası fəaliyyət göstərirdi. Stansiyadakı bəzi səhvlər nüvənin partlamasına səbəb olur və əhali radiasiyadan illərlə əziyyət çəkir.

Janr: dram
IMDb: 9.4
Nümayiş tarixi: 2019
Rejissor: Craig Mazin
Rollarda: Jared Harris, Stellan Skarsgård, Paul Ritter

10. La Casa De Papel


Türkiyənin ən çox baxılan seriallarından biri olan “La Casa De Papel”də Professor ləqəbli bir adamın və onun komandasının soyğunçuluq hekayələrindən bəhs edilir. 8 müxtəlif cinayətkardan ibarət komanda yaradan professor öz ölkənin ən mühüm mərkəzlərini ələ keçirir və böyük pul qaçaqmalçılığı əməliyyatına başlayır.

Janr: dram, triller, macəra
IMDb: 8.3
Nümayiş tarixi: 2017
Rejissor: Álex Pina
Rollarda: Álvaro Morte, Pedro Alonso, Úrsula Corberó

11. The Handmaid’s Tale


Bu, təkcə Türkiyədə deyil, bütün dünyada izlənmə rekordu qıran bir serialdır. Serialda Gilead adlı cəmiyyətdə yaşanan əhalinin azlığı səbəbindən dövlət qadınları öz mülkü kimi qəbul edir. Offred adlı qadın reproduktiv xidmətlərə qarşı çıxaraq layiqli həyat sürməyə çalışır.

Janr: dram, elmi-fantastika
IMDb: 8.4
Nümayiş tarixi: 2017
Rejissor: Bruce Miller
Rollarda: Elisabeth Moss, Joseph Fiennes, Yvonne Strahovski

12. Dark


Bu serialda itkin uşağı axtarmaq üçün hərəkətə keçən insanları və bu insanları gözləyən sirli hadisələri izləyirik. Axtarışlar zamanı üzə çıxan sirlər və faktlar hadisələrin baş verdiyi bu kiçik şəhərin taleyini tamamilə dəyişir.

Janr: elmi-fantastik, triller, dram
IMDb: 8.8
Nümayiş tarixi: 2017
Rejissor: Baran bo Odar
Rollarda: Louis Hofmann, Maja Schöne, Lisa Vicari

13. Narcos


Serialda dünyanın ən böyük narkobaronu Pablo Escobar və onu tutmağa çalışan meksikalı agent Javier Penanın hekayəsindən bəhs edilir. Javier Pena Escobarı addım-addım izləyir və nəhayət onu ələ keçirir.

Janr: detektiv, triller, bioqrafiya
IMDb: 8.8
Nümayiş tarixi: 2015
Rejissor: Carlo Bernard
Rollarda: Pedro Pascal, Damián Alcázar, Francisco Denis

14. Peaky Blinders


Serialda Birinci Dünya Müharibəsindən sonra İngiltərədə yüksəlməyə başlayan Peaky Blinders ailəsindən bəhs edilir. Böyük bir dəstə yaradan Tommy Shelby kiçik düşmənlərindən başlayaraq böyük güc sahibi olmağa çalışır. Bu yüksəliş onu zirvələrə yüksəldəcək.

Janr: detektiv, tarixi, dram
IMDb: 8.8
Nümayiş tarixi: 2013
Rejissor: Steven Knight
Rollarda: Cillian Murphy, Helen McCrory, Paul Anderson

15. Vikings


Tarixin ən qanlı sərgüzəştlərinin nümayiş olunduğu serialda ikinqlərin ən böyük qəhrəmanlarından biri olan Ragnar Lothbrokun əkinçilikdən krallığa qədər yüksəlişindən bəhs edilir. Odin nəslindən olduğuna inanılan Ragnar xəyalları üçün dənizlərdə üzmək istəyir, lakin əvvəlcə hakimiyyəti ələ keçirməlidir.

Janr: macəra, dram, tarixi
IMDb: 8.5
Nümayiş tarixi: 2013
Rejissor: Michael Hirst
Rollarda: Katheryn Winnick, Travis Fimmel, Gustaf Skarsgård

16. Game of Thrones


Dünyanın ən məşhur seriallarından biri olan “Game of Thrones”da ölkə taxt-tacını ələ keçirmək istəyənlərlə real haqq sahibləri arasında qanlı mübarizədən bəhs edilir. Atasının ölümündən sonra taxtını itirən Daenerys Targaryen, Baratheonun ələ keçirdiyi taxt uğrunda mübarizə aparır. Jon Snow adlı gənc isə şimaldan gələn təhlükəni dəf etməyə çalışır.

Janr: dram, fantastik
IMDb: 9.3
Nümayiş tarixi: 2011
Rejissor: D.B. Weiss
Rollarda: Kit Harington, Emilia Clarke, Peter Dinklage