Daha uyğun qiymətə ikinci əl kitabları hardan almaq mümkündür?

Yenilənmə tarixi: 2021-10-29

Təəssüf hissi ilə qeyd etmək lazımdır ki, son zamanlar texnologiyanın inkişafı kitab oxuyanların sayını azaldıb. Əvvəl insanlar asudə vaxtlarını kitab oxumaqla keçirirdilərsə, artıq indi asudə vaxtı facebook, instagram kimi sosial şəbəkələrdə keçirirlər.

Bununla belə ölkəmizdə kifayət qədər oxucu var və asudə vaxtlarını kitab oxumaqla keçirirlər. Bu məqaləmdə istədim ki, oxucular üçün daha uyğun qiymətə təzə və ya ikinci əl kitablar hardan almaq olarsa onu araşdırıb paylaşım.

İlk olaraq ölkəmizdə fəaliyyət göstərən kitab evləri (nəşriyyat) ilə sizi tanış edim. Qeyd etdiyim kitab evlərindən siz yalnız təzə kitablar ala bilərsiniz.

1) Qanun nəşriyyatı

Qanun nəşriyyatı

Qanun nəşriyyatı kitab satışına görə ən populyar kitab evlərindən biridir. Saytlarından onlayn sifariş vermək və ünvana çatdırılma xidmətləri üstünlüklərindən biridir. Qanun” nəşriyyatı bütün sahələrdə: bədii ədəbiyyat, fəlsəfə, tarix, iqtisadiyyat, tibb, coğrafiya, elmi-fantastika, uşaq ədəbiyyatı, din, mətbəx və sağlamlıqla bağlı kitablar nəşr etməklə fəaliyyətini ilbəil genişləndirir. “Qanun” nəşriyyatının gənclərlə bağlı başladığı “birinci kitab” və “ən yeni ədəbiyyat” seriyası cəmiyyətdə populyarlıq qazanmışdır.

Əlaqə vasitələri:
E-Poçt: [email protected]
Telefon: +99412 431 16 62
Ünvan: Bakı, Tbilisi prospekti, 76
Sayt: https://qanun.az

2) Şərq-Qərb

“Şərq-Qərb” Açıq Səhmdar Cəmiyyəti

“Şərq-Qərb” Açıq Səhmdar Cəmiyyəti 1986-cı ildən etibarən dövlət müəssisəsi olaraq 4 nömrəli Bakı kitab mətbəəsi kimi fəaliyyətə başlamışdır. 2001-ci ildə müəssisənin təşkilati-hüquqi forması dəyişdirilmiş və o, “Şərq-Qərb” Açıq Səhmdar Cəmiyyətinə (ASC) çevrilmişdir.

2011-ci ildən etibarən “Şərq-Qərb” ASC məktəbəqədər və məktəbli uşaqlar üçün 100-dən çox müxtəlif adda kitablar, o cümlədən dərs vəsaitləri, iş dəftərləri, qiymətləndirmə vasitələri, sinif jurnalları və s. hazırlayaraq çap etmişdir. Artıq neçə ildir ki, “Məktəbli kitabçası” tam yeni konsepsiya və dizaynda, gündəlik tarixlər göstərilməklə, məlumat bölmələri ilə, bir sıra digər yeniliklərlə “Şərq-Qərb” ASC tərəfindən hazırlanır və Azərbaycanda ilk dəfə tam rəngli çap olunur.

Nəşriyyat Ünvan: Azərbaycan, Bakı, AZ1073, Hüseyn Cavid pr., 111
Əlaqə nömrələri:(+994 12) 539 79 81 , (+994 12) 539 79 82
Email:[email protected]
Sayt: http://eastwest.az

3) “YAY” nəşrləri

“YAY” nəşrləri

"YAY" nəşrləri öz iddialı profili ilə 2017-ci ildə yeni kitabların çapına start verib. "YAY" bütün dünyada gənclər arasında populyar olan Cudit Maknaut (Judith McNaught), Nikolas Sparks (Nicholas Sparks), Ketrin Baybi (Catherine Bybee), S.Harrison (S.Harrison), Cemi Bek (Jamie Beck), Sara Dessen (Sarah Dessen) və digər yazıçıların bestsellerə çevrilmiş əsərlərini profilinə əlavə edib.

Əcnəbi müəlliflərin əsərlərinin Azərbaycan dilində ilk dəfə nəşr olunmasını təmin edən "YAY" yeni imzaları tanıtmağa, oxucuya yeni kitablar, yeni fikirlər təqdim etməyə çalışır. İlk dəfə nəşr olunan kitab yeni ideya, yeni baxış deməkdir.

Ünvan: Hüseyn Cavid prospekti, 186 (Mirvari Park kompleksi, D Bloku)
Tel.: (+994 12) 599 08 56
Satış və dağıtım şöbəsi: (+99450) 290 34 27
E-mail: [email protected]
Sayt: http://yaykitab.az

4) Kitab Klubu

Kitab Klubu

“Kitab Klubu” Məhdud Məsuliyyətli Cəmiyyət (MMC) 25 fevral 2003-cü ildə yaradılıb və mart ayının 10-da Ədliyyə Nazirliyində qeydiyyatdan keçib. 2002-ci ilin əvvəlində Açıq Cəmiyyət İnstitutu-Yardım Fondunun təşkilatçılığı ilə Bakıda polşalı məşqçilər tərəfindən BMR – Book Marketing Research adlı treninqlər keçirilir. Treninqin sonunda “Kitab Klubu” adlı cəmiyyətin yaradılması üçün niyyət protokolu imzalanır. Sonradan bu qrup Açıq Cəmiyyət İnstitutu-Yardım Fondunun kiçik bir qrantı ilə “Azərbaycanın nəşrləri” adlı rəngsiz kataloq buraxılışına başlayır. Bu işin uğurlu alındığını görən Fond 2003-cü ilin sonunda cəmiyyətə daha bir qrant vermək qərarına gəlir. 2003-cü ilin sonundan başlayaraq Klubun “Azərbaycan nəşrləri” jurnal-kataloqu tam rəngli və rüblük oldu. 26 noyabr 2004-cü ildə “Azərbaycan nəşrləri” kataloqunun növbəti nömrəsi və Klubun www.kitabklubu.org ünvanlı internet səhifəsinin təqdimatı keçirildi.

Devizləri:
Kitabını dünyaya tanıtmaq istəyirsənsə, bir nüsxəsini Kluba gətir.

Ünvan: Bakı şəhəri, Tələt Şıxəliyev küçəsi, 14 ("Şuşa" şadlıq sarayının yanı)
Necə gəlməli: 28 may və Nərimanov metro st-dan 5 sayli avtobusla 4 saylı poliklinika dayanacağına qədər

Telefon: (012) 489-84-69, (055) 674-11-38, (050) 404-91-13
Email: [email protected]
Sayt: http://kitabklubu.org

5) Kitabevim

Kitabevim ikinci əl kitablar

Kitabevim.az e-mağazası 2012-ci ildə qurulmuşdur. Bu e-mağaza yerli və xarici kitabların ofisinizdən və evinizdən internet üzərindən və telefonla sifarişini təmin edir. E-mağazamızdan alış-veriş etmək çox asandır. Saytda bölmələr, alt bölmələr və mövzular üzrə müxtəlif dillərdə sadələşdirilmiş Kitab Axtarışı Sistemi (KAS) fəaliyyət göstərir. Saytda qeydiyyatdan keçdikdən sonra il ərzində 7/24 endirimli məhsullardan e-poçt vasitəsilə dərhal xəbərdar olmaq imkanını əldə edirsiniz.
Çətin tapılan, Azərbaycanda olmayan və az nüsxə ilə çap olunan kitabları bizim köməkliyimizlə rahat şəkildə əldə edə bilərsiniz. Bununla yanaşı bizimlə partnyorluq edən mətbəə və nəşriyyatların çap məhsullarını da çox sərfəli qiymətlərlə əldə etmək imkanı qazanırsınız. Kitabevim.az e-mağazası Sizə yalnız orjinal məhsullar təqdim edir.
Sizlər üçün sevimli müəllif, yazar və şairlərinizlə görüşmək imkanı da yaradırıq. Həmçinin saytımızda keçirilən e-yarışmalara qatılmaqla, bizdən dəyərli hədiyyələr qazanmaq şansınız var. E-mağazamızın daimi müştəriləri hədiyyə məhsulları qazanmaq üçün balanslarında toplanan xallardan yararlana bilərlər.

Ünvan:
KİTABEVİM.AZ | Kitab və ofis ləvazimatlarının satışı
1. Nəsimi r., Puşkin k., 32 a, AK center II mərtəbə (28 may M.)
2. Yasamal r., Zivərbəy Əhmədbəyov küç 2., (Nizami Metrosu yaxınlığında)

Telefon:
012 498 79 89 ; 055 877 24 44

Sayt: http://kitabevim.az

6). Kitabal.az

Kitabal.az onlayn kitab mağazası

Kitab.az saytı vasitəsilə həm Türkiyədən,həm də Rusiyadan istənilən janrda kitab sifarişi edə biləesiniz. Eyni zamanda aldığınız kitabları xüsusi bir endirimlə əldə etmək mümkündür.

Telefon: 055 804 22 05

Sayt: www.kitabal.az

7). Alinino.az

Alinino.az kitab mağazası

Alinino.az internet kitab mağazası kitabsevənlər üçün rahat servis xidməti göstərir. Əgər siz kitab almaq istəyirsinizsə, bu işdə bizim saytımız sizə yardımçı ola bilər. Saytda müxtəlif janrlarda kitablar, ensiklopediyalar, klassik əsərlər, belletristika, müasir və elmi bədii əsərlər təklif olunur.

Kitab mağazası Bakıda hər kəs üçündür. Demək olar ki, hər biriniz sizə lazım olan kitabı hardan almaq problemi ilə üzləşmisiniz. Əvvəllər, bir kitabı almaq üçün bir neçə kitab mağazasına baş çəkmək məcburiyyətində qalırdınız. İndi isə, hər şey daha asandır. Onlayn mağazadan istədiyiniz kitabı əlverişli qiymətə əldə etmək imkanını yaradırıq. Kitab almaq qərarına gəldikdən sonra, siz onu Bakının istənilən yerindən sifariş edə bilərsiniz, kuryer aldığınız malı göstərilən ünvana qısa zamanda çatdıracaq. Sifariş etmək üçün, sizin kitabı seçib “Tıkla al” düyməsinə basmağınız yetərlidir. Bu cür alış-verişin üstünlüyü – evdən vəya iş yerinizdən ayrılmadan, isdəyiniz kitabı tapmaqda vaxt itirmədən əldə etməkdir.

Telefon: (+99412) 431 40 67

(+99451) 312 24 40


İndi isə keçək ikinci əl kitabları hardan və necə əldə etmək olar.

Mən çox aradırma etdim, lakin qarşıma hər hansısa sayt çıxmadı, hansı ki, ikinci əl kitabların satışları ilə məşğuldur.

Ən sərfəli və birbaşadan kitab sahibindən kitab almağın rahat yolu Facebook sosial şəbəkəsində olan kitab satışı qruplarıdır.

Həmin qrupları sizinlə bölüşürəm.
1) Ikinci əl kitab satışı və oxuculari
2) İkinci el kitablarin satışı
3) İkinci əl kitabları oxumağı sevənlər

Məsləhət gördüyümüz məqalələr:
Məqaləyə emosiya bildir:
4 il əvvəl
11504 dəfə oxundu
ilk.az-çılar nə deyir?
Fikirlər (0)
Oxşar yazılar
Ən yaxşı protein tozu tövsiyələri və markaları
Proteinlər insan orqanizmi üçün olduqca faydalıdır. Xüsusilə əzələlərin quruluşunda...
  • 1 ay əvvəl
  • 597
Çarəsiz olanda necə güclü olacağınızı bilirsinizmi?
Problemlərin üzərinə gedin ki, onlar sizin üzərinizə gəlməsin. Prof. dr. Yıldız...
  • 4 ay əvvəl
  • 791
Süd və qulluq
Təbiətdə yüksək nisbətdə yalnız süddə olan laktoza: 1-Enerji...
  • 5 ay əvvəl
  • 817
WhatsApp Plus: Yüklə, nədir və necə yükləmək olar?
WhatsApp Plus, Android istifadəçiləri arasında xüsusilə məşhur olan üçüncü tərəf...
  • 5 ay əvvəl
  • 1450
Qəhvə və çay ləkələrini necə təmizləmək olar?
Təmizlənməsi çox çətin olan qəhvə ləkəsi quruyanda işləri daha da çətinləşdirir....
  • 5 ay əvvəl
  • 883
Psixoloji cəhətdən güclü qalmağın 8 üsulu
Bəzən özümüzün, bəzən də ətrafımızdakı insanların çətin, üzücü hallar...
  • 6 ay əvvəl
  • 1005