Soyğun filmləri - Bütün zamanların ən yaxşı 20 soyğun filmi

Kinosevərlərin ən böyük ortaq cəhəti həyəcanlı film axtarıb tapmaqdır. Maraqlı filmləri tapmaqda biz sizə köməklik edərik. Döyüş səhnələri və macəra ilə bol olan soyğun filmlərinin peşəkarlıqla yazılmış ssenariləri həm də ağılı inkişaf etdirir.

Dünya kinosunun ən məşhur aktyorlarının yer aldığı, IMDb (İnternetdə filmlərin məlumat bazası) ballarına əsasən, indiyədək çəkilmiş 20 ən yaxşı soyğun filmini təqdim edirik.

1. Killing Zoe (1993) – IMDb: 6.5

Killing Zoe

Rocer Avarinin rejissorluq etdiyi film 1993-cü ildə ilk dəfə debüt etdiyi zaman böyük həyəcan doğurmuşdu. Filmin ssenarisində həmin dövr üçün mükəmməl şəkildə düşünülmüş oğurluqla bərabər, sevgi hekayəsi də əks olunub. Filmin uşaqlıqdan bəri dost olan Zed və Erikin illər sonra bir araya gələrək, bankı qarət etmək qərarına gəlməsi ilə başlayır. Bütün planlar qüsursuz şəkildə gedərkən, Zedin başına pis hadisə gəlir. Belə ki, o, qarət etmək istədikləri bankın məmurlarından biri Zoeyə ilk baxışdan aşiq olur. Zoe bütün planları təhlükəyə ata bilər.

2. Chaos (2005) – IMDb: 6.5

Chaos

Quruluşçu rejissoru Tony Qiqlio olan “Xaos” filmində Jason Statham, Rayan Philippe və Wesley Snipes kimi görkəmli simalar rol alıb. Dünyada xaos yaratmaq eşqinə düşən bir qrup oğru bank soymasına baxmayaraq, bir qəpik də olsa, pul əldə edə bilmirlər. Bu hadisə polisləri çaşdırır. Birlikdə işləyən iki polis əməkdaşı, Quentin Konners və Şeyn Dekker hadisəni araşdıraraq, xaos planının bank sisteminə yoluxmuş bir virus sayəsində gerçəkləşəcəyini öyrənirlər.

3. Foolproof (2003) – IMDb: 6.5

Foolproof

Üç yaxın dost, Kevin, Sam və Rob – oğurluq etməkdə profesionallaşan və daima yeni planlar hazırlayan oğrulardır. Leo isə məşhur bir qanqsterdi və üç dosta 20 milyon dollarlıq bir soyğunu həyata keçirməyi təklid edir. Son dərəcə təhlükəli olan bu təklifı professional oğrular razılıq verəcəklərmi? Baş rolu Rey Reynoldsın canlandırdığı “Qüsursuz Soyğunçuluq” filminin rejissoru Viliam Filipsdir.

4. Focus (2015) – IMDb: 6.6

Focus

Vill Smit və Marqot Robienin rol aldığı “Focus” filmi son illərin ən yaxşı və heyrətamiz oğurluq filmlərindən biridir. Film peşəkar oğru olan Nikkinin ən azı onun qədər potensialı olan gözəl, lakin təcrübəsiz oğru Cess Barrett ilə görüşməsindən bəhs edir. Aralarındakı səmimiyyət eşqə çevrilən cütlük birlikdə oğurluq etməyə başlayırlar, ta ki, Nikki hər çeyi Cesə öyrədənə kimi. Nəticədə hislərini idarə edə bilmədiyini görən Nikki Cesdən uzaqlaşır. Lakin bu sevgi illər sonra mükəmməl bir saxtakarlıq hadisəsinin tam mərkəzində yenidən kəsişəcək.

5. The Score (2001) – IMDb: 6.8

The Score

Robert De Niro, Evard Norton və Marlon Brando kimi dünya kinosunun məşhur aktyorlarının baş rolunu canlandırdığı filmin rejissoru, Frank Ozdur. Peşəkar oğru Nik oğurluğu buraxaraq, caz klubu işlətməyə qərar verir. Lakin yaxın dostundan gələn mükəmməl bir oğurluq planını son oğurluq işi olaraq qəbul edir. Nikin vəzifəsi qaçaq yolla ölkəyə gətirməyə çalışdıqları əsanı gömrüyün ofisindən oğurlamaqdır. Plana görə, bu işdə ona görmükdə işləyən Ceki adlı biri kömək etməlidir. Məsələnin ən həyəcanverici tərəfi isə onların bir-birlərini tanımadan, təhlükəli bir işə birlikdə görmələridir.

6. The Italian Job (2003) – IMDb: 7.0

The Italian Job

Möhtəşəm heyəti ilə 2000-ci illərdə öz damğasını vurmağı bacaran film bu gün də, populyarlığını qoruyub saxlayır. Mark Valberqin baş rolda oynadığı filmdə Çarlz Seron, Edvard Norton və Cason Statham da daxil olmaqla çox sayda nəhənglər yer alıb. Filmin mövzusuna gəldikdə, bir qrup oğru olan Çarli Kroker və komandası Los Ancelesin ən böyük oğurluğunu həyata keçirmək üçün mükəmməl plan hazırlayırlar. Lakin qüsursuz plan oğurluq üçün kifaəy edəcəkmi? Döyüş və gərginliyin geniş yer aldığı filmdə, xəyanətlər izləyicinin, belə demək mümkünsə, səbrini sınağa çəkir.

7. Three Kings (1999) – IMDb: 7.1

maraqlı soyğun filmi Three Kings

Film 1999-cu ildə yazılmış və rejissor David O. –nun rejissoru olduğu film döyüş komediya filmidir. Körfəz müharibəsinin bitməsindən sonra Səddam Hüseynə qarşı 1991-ci ildə İraqdakı qiyamlar zamanı baş verən bir qızıl soyğunda iştirak edən dörd Amerika əsgərindən bəhs edir. Film 1 oktyabr 1999-cu ildə ABŞ-da yayımlanıb. Böyük bəyənmə alaraq, 48 milyon dollarlıq büdcəsinə 107 milyon dollar gəlir gətirib.

8. The Bank Job (2008) – IMDb: 7.2

ən yaxşı soyğun filmi The Bank Job

1971-ci ildə baş verən böyük bir soyğun hadisəsi filmin mövzusudur. Oğurluq hadisələrinin baş verdiyi illərdə böyük bir hadisə oldu, çünki oğurlanan əşyalar dövlət idarəçilərinin çirkli işlərinin sənədləri idi. Rejissoru Rocer Donaldsondur. Baş rolu Ceyson Stethem ifa edir.

9. Fast Five (2011) – IMDb: 7.3

Fast Five - soyğun filmi

Filmdə mükəmməl soyğun planı əks olunub. Cinayətlərinə görə ABŞ-dan qaçan Dom və Brian, Braziliyada ən böyük işlərini görərək həyatları boyu rahat olmaları üçün pula sahib olmaq istəyirlər. Pullarını oğurlamaq istədikləri şəxs Braziliyadakı ən böyük mafiyalardan biridir. Dueyn Conson filmdə əla aktyor işi nümayiş etdirib.

10. Matchstick Men (2003) – IMDb: 7.3

Matchstick Men mükəmməl soyğun filmi

Nikolas Keyçin baş rolda oynadığı film uğurlu ssenarisi ilə diqqəti cəlb edir. İşində ən yaxşısı olan Roy peşəkar fırıldaqçıdır. Köməkçisi Frenklə birlikdə fırıldaqçılıq şəbəkəsi quran Roy 14 yaxşı qızına görə çətinliyə düşür. Onunla maraqlanmaq Royu çətinə salır. Filmin rejissoru Ridli Skottdur.

11. Now You See Me (2013) – IMDb:7.3

Now You See Me xarici soyğun filmi

2013-cü ildə yayımlanan film böyük izləyici kütləsi qazanıb. Filmin heyrətamiz ssenarisi və sirləri önə çəkilsə də, aktyorların çıxışı da heç də geri qalmır. Rejissoru Luis Letteryerdir. Filmin mövzusu kim olduğu bilinməyən şəxs tərəfindən bir araya gətirilən oğruların sehrbazlıq şouları göstərməsidir.

12. The Town (2010) – IMDb: 7.5

The Town soyğun filmi

Ben Afflek həm filmin rejissorudur, həm də baş rolda oynayır. Filmdə Bostonda yaşayan bir qrup gəncin Duq Makreyin başçılığı ilə bank qarəti reallaşdırması əks olunub. Soyğun uğurlu olsa da, bəzi uğursuzluqlar bank rəhbərinin girov götürülməsinə səbəb olur. Duq ona aşiq olur və dostlarını təhlükəyə atır.

13. Inside Man (2006) – IMDb: 7.6

Inside Man

Məşhur rejissor Spayk Linin filmində Denzel Vaşinqton, Klayv Oven, Codi Forster kimi aktyorlar çəkilib. Film klassik bank soyğunçuluğu kimi başlasa da, hədəfin növbəti dəqiqələrdə puldan daha vacib olduğu görülür. 2000-ci illərin ən yaxşı soyğun filmlərindəndir.

14. Baby Driver (2017) – IMDb: 7.6

Baby Driver

Gənc aktrisa Ansel Elqortun baş rolda oynadığı film maraqlı səhnələri ilə diqqət çəkir. Filmdə Baby adlı şəxs borcunu ödəmək üçün cinayətkar qrupa çalışır. Gənc yaşına görə çox yaxşı avtomobil idarə edir. Filmi izləməyiniz tövsiyə olunur.

15. Drive (2011) – IMDb: 7.8

imdb xalı yüksək soyğun filmi - Drive

Soyğun dəstələri üçün sürücülük edən qəhrəman qonşusu İrenenin təklifini qəbul etməklə səhvə yol verir. Los-Ancelesin ən güclü adamları ilə üz-üzə qalan sürücü ancaq avtomobillə qaça bilər. Filmin rejissoru Nikolas Vindinq Refndir.

16. Ocean Eleven (2001) – IMDb: 7.8

Ocean Eleven

Stiven Soderberqin rejissoru olduğu bu heyrətamiz filmdə Corc Kluni, Bred Pitt, Keysi Afflek və Mett Deymon kimi aktyorlar rol alıb. Həbsxanadan təlimatlandırılan Denni Okean kazinoya soyğun edir. 11 nəfərlik qrup yaradıb. Əyləncələrlə bol filmdir.

17. Heat (1995) – IMDb: 8.2

Heat soyğun filmi

Məşhur oğru olan Makkauli hər soyğunun öhdəsindən iz buraxmadan gəlir. O və komandasının izinə detektiv Hana düşüb. Onların mübarizəsi gözəl səhnələrlə təsvir edilib. Filmdə Al Paçino, Robert de Niro və Val Kilmer kimi usta aktyorlar rol alıb.

18. Lock, Stock and Two Smoking Barrels (1998) - IMDb: 8.2

Lock, Stock and Two Smoking Barrels

Filmin rejissoru Qay Ritçidir. Ceyson Fleminq, Dekster Fletçer, Ceyson Stethem kimi aktyorlar filmdə rol alıb. Uzun illərin dostu olan Eddi, Beykon, Tom və Soap pul qazanmaq üçün qumara girişirlər. Mafiyaya borclu qalırlar. Dərddən qurtulmaq istəsələr də, daha böyük bəla ilə üzləşirlər.

19. Snatch (2000) – IMDb: 8.3

Snatch soyğunçuluq filmi

Bu filmin də rejissoru Qay Ritçidir. Baş rollarda Ceyson Stethem və Bred Pitt çəkilib. Onlar eyni məqsəd uğrunda birləşirlər. Hər cür macəra və təhlükəylə üz-üzə qalırlar. Filmə baxmağınız tövsiyə olunur.

20. Inception (2010) – IMDb: 8.8

Inception ən yaxşı oğru filmi

Ən gözəl filmlərdən biri hesab olunur. Filmin rejissoru Kristofer Nolandır. Baş rolda Leonardo di Kaprio oynayır. Filmdə həmçinin Tom Herdi, Ellen Peyc, Kilyan Mörfi kimi aktyorlar rol alıb. Filmdə məlumatları oğurlayan dəstədən bəhs olunur. Dom Kobb komandasıyla bərabər insan altşüuruna fikir yeritməyə çalışır. Bu iş bəzi uğursuzluqlarla nəticələnir. İzləməyiniz tövsiyə olunur.

Sizə tövsiyə edirik:

Məqaləyə emosiya bildir:
emotion
5
emotion
0
emotion
0
emotion
1
emotion
0
emotion
2
emotion
0
Dostlarınla paylaş:
4 il əvvəl
9383 dəfə oxundu
ilk.az-çılar nə deyir?