Türkiyənin romantik komediya filmləri - IMDB balı yüksək olan 15 film
Türkiyənin ən yaxşı komediya filmlərini siyahıya almışıq. Gözəl ssenarisi və təsirli səhnələriylə fərqlənən 15 filmi buradan tanıya bilərsiniz.
Məşhur rejissor və aktyorların yaratdığı filmləri IMDB sıralamasına görə təqdim edirik:
1. Celal ilə Ceren (2013) – IMDB: 2,8
Receb İvedik obrazıyla məşhurlaşan aktyor Şahan Gökbakar Celal ilə Ceren filmində baş rolu ifa edib. 30 yaşlı subay Celal atasının dükanında işləyir. Sevgilisi Ceren də onun həmyaşıdıdır. Səhvinə görə sevgilisini itirən Celal onu geri qaytarmaq istəyir.
2. Yaktın beni (2015) – IMDB: 4,4
Uğur Yücelin baş rolu ifa etdiyi filmi rejissorluğa yeni başlayan Can Yücel çəkib. Filmin mövzusu ailəsini itirdikdən sonra tək qalan Səlimin sevdiyi qız Leyla ilə evlənmək ərəfəsində başına gələnlərdir.
3. Öldür beni sevgilim (2019) – IMDB: 4,5
Romantik komediya filminda baş rolları Murat Boz və Seda Bakan ifa edirlər. Uzun illər sevgili olan Okan və Demet nəhayət, evlənirlər. Ancaq evlilik həyatları yaxşı getmir. Onlar evlilik il dönümlərində bir-birini öldürməyə qərar verirlər.
4. Kardeşim benim 2 (2017) – IMDB: 4,5
Baş rollarda Murat Boz və Burak Özçivitin yer aldığı film ssenarisiylə diqqət çəkir. Hakan və Ozan qardaşları macəraya atılırlar. Başlarına qeyri-adi əhvalatlar gəlir.
5. Görümce (2016) – IMDB: 5,1
Qısqanc qadın olan Yeliz qardaşı Əhmədi hər şeydən qoruyur. Bir gün isə qardaşı aşiq olur. Dəniz ilə xoşbəxt olduğunu düşünən Əhməd ona evlənmək təklifi edir. Lakin bacısı buna razı deyil. Baş rolları Güpse Özay, Buğra Gülsoy və Eda Ece ifa ediblər.
6. Romantik komedi (2010) – IMDB: 5.3
Ən çox baxılan yerli filmlərdəndir. Rejissoru Ketcedir. Filmdə Sədəf Avçı, Cemal Hünal, Sinem Kobal və başqaları çəkilib. Filmin mövzusu 3 qız rəfiqələrdən birinin evlənməyə qərar verdikdən sonra hər şeyin dəyişməsi, 3 oğlan dostun onlara qoşulmasıdır.
7. Hadi inşallah (2014) – IMDB: 5,5
Filmdə baş rolları Büşra Pekin və Murat Boz oynayır. 4 il Ankarada sevgilisiylə xoşbəxt yaşayan, sonra isə ayrılıb İzmirə gedən Puccadan bəhs olunur. O, çölə çıxmır, beten günü yemək yeyir. İşə girən Pucca orada aşiq olur.
8. Tatlım tatlım (2017) – IMDB: 5,7
Filmin rejissoru yılmaz Ərdoğandır. Filmdə 4 ayrı cütlüklə qadın-kişi münasibəti göstərilir. Maraqlı eşq hekayələri filmə əlavə rəng qatır.
9. İkinci şans (2016) – IMDB: 5,7
Baş rollarda Özcan Dəniz və Nurgül Yeşilçay yer alıb. Yasəmən və Camal arasında yaşanan eşq sonradan dəyişir. Münasibətlər pozulur. İllər sonra Camalın oğlu Yasəmənin qızına aşiq olur. Camalla Yasəmənin münasibəti isə bütün çətinliklərə baxmayaraq baş tutur.
10. Patron mutlu son istiyor (2014) - IMDB: 6,1
Baş rolları Tolqa Çevik və Ezgi Mola ifa ediblər. Filmin rejissoru isə Kıvanç Baruönüdür. Müdirinin istəyilə Kapadokyaya gələrək eşq filmi ssenarisi yazmaq istəyən Sinan qaldığı otelin sahibəsi Eylüllə tanış olur. Ancaq Eylülün toyuna günlər qalıb. Eylellə evlənmək istəyən şəxs isə Sinanın keçmiş dostu Farukdur. Onlar Eylülə görə mübarizə aparacaqlar.
11. Sevimli təhlükəli (2015) – IMDB: 6,1
Körpə qızı qaçıran Zarok illərlə vicdan əzabı çəkir. O, illər sonra qızı öz ailəsinə vermək üçün səy göstərir. Həmin ərəfədə qızla Zarok arasında eşq yaşanır. Filmi Özcan Dəniz çəkib.
12. Kocan kadar konuş (2015) – IMDB: 6,2
Baş rollarda Ezgi Mola və Murat Yıldırım yer alıb. Filmdə 30 yaşlı subay, həqiqi sevgi axtaran Əfsundan bəhs edilir. O, liseydə aşiq olduğu Sinanla münasibət qurmağa çalışır. Filmdə peşəkar aktyor işi nəzərə çarpır.
13. Biz size döneriz (2017) – IMDB: 6,2
Universiteti bitirən 6 dost iş axtardıqda başlarına əhvalatlar gəlir. Baş rollarda Hande Soral, Çağlar Ərtoğrul, Bestemsu Özdəmir, Fırat Albayram, Tarık Ündüz və Murat Eken yer alıblar. Rejissor isə Doğa Can Anafartadır.
14. Bana masal anlatma (2015) – IMDB: 7,5
Gözəl ssenarisi və replikalarıyla diqqətləri cəlb edir. Suriçinin yaxşı qəlbli və əsəbi uşağı Rıza avtobus sürücüsüdür. Həyatı maraqsız keçən Rıza Ayperi ilə tanış olduqdan sonra hər şey dəyişir. Film Türkiyədə çox məşhurdur.
15. Ah nerede (1975) – IMDB: 7,6
Türkiyənin ən yaxşı romantik komediya filmlərindəndir. Baş rolları Tarık Akan və Gülşən Bubikoğu ifa ediblər. İstanbula oxumağa gələn 3 gənc oxumaqdansa kirli işlərə qoşulurlar. Onlardan biri Zəhra adlı qıza aşiq olur. Hər şey qarışır, o, qızı qazana bilmək üçün hər şeyindən vaz keçir. Filmdə həmçinin Halit Akçatepe və Adilə Naşit də çəkilib.
Filmlər haqqında olan digər məqalələrimiz:
Dostlarınla paylaş:
2221 dəfə oxundu
ilk.az-çılar nə deyir?