Son illərdə psixoloji müharibələri xatırladan qorxu filmlərinin sayı artır. Bu sahədə tətbiq olunan yeniliklərlə izləyicilər daha çox həyəcan və təşviş keçirir.

Bu qəbildən olan 10 filmi təqdim edirik:

1. "Raw" (2018)


"Grave" adıyla da tanınan bu fransız filmində vegeterian olmaq istəyən qızcığazın zorla bir parça ət yedirdilərək insan ətinə meyl salmağından bəhs olunur. İyrənc görünən səhnələriylə tamaşaçılarda xüsusi maraq oyadır.

Rejissor: Julia Ducournau
Ssenari: Julia Ducournau
Rollarda: Garance Marillier, Ella Rumpf, Rabah Naït Oufella

[trailer]https://youtu.be/gFlXVX2af_Y[/trailer]

2. "Hereditary" (2018)


"Herediatry" bir çox səbəbdən dolayı ötən ilin ən qorxulu filmi mükafatını qazanıb. Məşhur rejissor Ari Asterin sürreal filmi anasının vəfatından sonra ailəsiylə bağlı qorxunc həqiqətləri və sirləri öyrənən qızdan bəhs edir. Filmdə ani qorxutma metodundan istifadə olunmayıb.

Rejissor: Ari Aster
Ssenari: Ari Aster
Rollarda: Toni ColletteMilly ShapiroGabriel Byrne

{trailer]https://youtu.be/V6wWKNij_1M[/trailer]

3. "Audition" (1999)


Roterdam Film Festivalında çıxan "Audition" filmi Yaponiya qorxu filmi industriyasının əsas filmlərindəndir. Filmdə realistik işgəncə səhnələri o qədər qan dondurucudur ki, rejissora bununla bağlı çoxlu irad tutulub.

Rejissor: Takashi Miike
Yazıçılar: Ryû Murakami, Daisuke Tengan
Rollarda: Ryo IshibashiEihi, ShiinaTetsu Sawaki

[trailer]https://youtu.be/fX746b8pDVg[/trailer]

4. "The Human Centipede" (2009)


Filmdə bir həkimin qeyri-adi təcrübələri öz əksini tapıb. Qorxuyla iyrəncliyin tandemi olan "Human Centipede". Alman həkimin insandan qırxayaq düzəltmək istəməsindən bəhs edən film dəhşətli səhnələrlə zəngindir.

Rejissor: Tom Six
Yazıçı: Tom Six
Rollarda: Dieter LaserAshley C. WilliamsAshlynn Yennie

[trailer]https://youtu.be/IX8fKLjC__c[/trailer]

5. "Climax" (2018)


Fransız rejissor Qaspar Noyun qorxu janrına yaxınlığı məlumdur. "Climax" filmində bir qrup gəncin partidə qorxu və vəhşətlə rastlaşdığı öz əksini tapıb. Filmin sauntrekini Tomas Banqalter bəstələyib.

Rejissor: Gaspar Noé
Yazıçı: Gaspar Noé
Rollarda: Sofia Boutella, Romain Guillermic, Souheila Yacoub

[trailer]https://youtu.be/eKjo3yHAJdc[/trailer]

6. "The Conjuring" (2013)


Bu film də ən yaxşı qorxu filmləri arasındadır. Ed və Lorrin Varren cütlüyünün paranormal hadisələri əhatə edən araşdırmalarından bəhs olunan "The Conjuring" filmlərinin 2013-cü il buraxılışı qorxuyla zəngin səhnələr və buna müvafiq musiqilərlə yadda qalıb.

Rejissor: James Wan
Yazıçı: Chad Hayes, Carey W. Hayes
Rollarda: Patrick Wilson, Vera Farmiga, Ron Livingston

[trailer]https://youtu.be/k10ETZ41q5o[/trailer]

7. "The Exorcist" (1973)


Klassik filmdir. 46 il əvvəl çəkilməsinə baxmayaraq, bütün dövrlərin ən qorxunc filmləri arasında yer alır. Hələ də kinoteatrlarda "The Exorcist"-ə baxanlar var.

Rejissor: William Friedkin
Yazıçı: William Peter Blatty
Rollarda: Ellen Burstyn, Max von Sydow, Linda Blair

[trailer]https://youtu.be/YDGw1MTEe9k[/trailer]

8. "Saw" (2004)


Ssenari müəllifi Ceyms Vandır. Psixoloji məqamlarla zəngin filmdir. Səhnələr izləyicini haldan-hala salır.

Rejissor: James Wan
Yazıçı: Leigh Whannell ,James Wan
Rollarda: Cary Elwes, Leigh Whannell, Danny Glover

[trailer]https://youtu.be/S-1QgOMQ-ls[/trailer]

9. "The Witch" (2015)


Bu filmə bir çoxları sabahadək baxa bilmir. Buna səbəb qorxu səhnələrinin aramla verilməsidir. Belə səhnələri izləmək olduqca çətindir.

Rejissor: Robert Eggers
Yazıçı: Robert Eggers
Rollarda: Anya Taylor-Joy, Ralph Ineson, Kate Dickie

[trailer]https://youtu.be/iQXmlf3Sefg[/trailer]

10. "Martyrs" (2008)



İlk baxışdan ev basqınını xatırlatsa da, qorxulu və içindən çıxılmaz labirintçevrilir. Sadizmi kökündən dəyişdirən fransız filmini izləməkdən əvvəl 2-3 dəfə düşünmək gərəkdir.

Rejissor: Pascal Laugier
Yazıçı: Pascal Laugier
Rollarda: Morjana Alaoui, Mylène Jampanoï, Catherine Bégin

[trailer]https://youtu.be/rOlCus5K0S4[/trailer]

Digər qorxu filmləri: