"Aşk diziləri" - Türk serialı tarixində iz qoyan ən yaxşı sevgi serialları

Sevgi duyğusunun ön plana çıxdığı, əla senarilərilə izləyənləri heyran qoyan ən yaxşı sevgi seriallarını bir araya gətirmişik. IMDb ballarına görə sıraladağımız həmin serialları təqdim edirik.

IMDb balı azdan-çoxa olmaqla türk aşk diziləri siyahısını sizə təqdim edirik. Siyahıda yer almış ən yaxşı aşk diziləri artıq bitmişdir. Lakin interner saytlarından və Youtube-dən həmin diziləri taparaq izləyə bilərsiniz.

Senarisində eşq hekayəsi ehtiva edən seriallar izləyicilər tərəfindən maraqla qarşılanır. Dram və komediya dolu səhnələrlə əlavə üsütünlük qazanan seriallar aşağıdakılardır.

1. Binbir Gece (2006-2009) - IMDb: 5,2

Binbir Gece

Baş rollarda Halit ErgençBergüzar Korelin yer aldığı serialın rejissoru Mehmet Bilaldır. Leysemiya xəstəsi olan oğluna ilik nəqli üçün maddi yardım axtaran dul qadın Şehrazat hər yerdən imdad diləyir. Nəhayət ki, qarşısına fürsət çıxan Şehrazat oğlu üçün bəzi şeylərdən vaz keçməlidir.

2. Asmalı Konak (2002-2004) - IMDb: 5,8

Asmalı Konak

Mahinur Ergun və Meral Okayın rejissoru olduğu serial öz dövrünün ən çox sevilən seriallarından olub. Seymen və Bahar Amerikada tanış olur və bir-birini sevirlər. Kapadokyaya qayıdan Seymen bu sevgini unutsa da, Bahar ondan əl çəkmir. Onlar burada evlənirlər. Sonra isə bəzi problemlər baş qaldırır.

3. Serseri (2003-2004) - IMDb: 5,9Serseri

Ömər və zəngin və gözəl Sibelin eşi əks olunub. Müxtəlif cinayətlərə görə başı bəlalar çəkən Ömər dostları Cemo və Cafer ilə məhəlləni viran qoyarkən Ömər Sibelə aşiq olur. Sibeli sevən başqa biri - Baykuş Ömərlə düşmən olur.

4. Medcezir (2013-2015) - IMDB: 6,8

Medcezir

Serialda baş rolları Çağatay Ulusoy, Serenay SarıkayaBarış Falay ifa ediblər. Cəsur və yaraşıqlı gənclə varlı ailənin qızı arasında yaşanan məhəbbət və bunun nəticəsində yaranan olaylar təsvir olunub.

5. Yalancı Yarim (2006-2007) - IMDB: 7,0

Yalancı Yarim

Barış AkarsuMerve Sevinin baş rollarda oynadığı serialın rejissoru Haluk Özençdir. Ralliyə olan həvəsinə görə atasıyla dalaşıb evi tərk edən Tarık ölkədən getmək istəyir. Bir müddət bunu bacarmayacağını anlayan gənc işə girir və varlı qızın sürücüsü olur.

6. Kiralık aşk (2015-2017) - IMDB: 7,1

Kiralık aşk

Ən yaxşı türk sevgi seriallarından olan "Kiralık aşk"da standart həyat yaşayan və qarson işləyən Defnenin 6 ay sevgi oyunu oynaması təsvir olunub. Bu müddətdə ölkənin ən varlı ailələrindən birinin oğlunu tovlayacaq və onunla birlikdə olacaq Dəfnə gözləmədiyi məhəbbət üçbücağı arasında qalır. Baş rollarda Elçin SanguBarış Arduç çəkiliblər.

7. Kara Sevda (2015-2017) - IMDB: 7,1

Kara Sevda

Serialda baş rolları Burak ÖzçivitNeslihan Atagül ifa ediblər. Rejissor Özlem Yılmazdır. Bir-birini sevən iki gənc problemlərlə üzləşirlər. Ancaq buna baxmayaraq, mübarizə aparırlar.

8. Beni Böylə Sev (2013-2015) - IMDB: 7,1

Beni Böylə Sev

Bir-birini sevən Ayşe və Ömer evlənməyə qərar verirlər. Ailələri isə buna razılıq vermir. Bəzi problemlər onların sevgisini sarsıdır. Serialda Zeynep Çamcı, Alper Saldıran, Eda EceGüven Kıraç kimi aktyorlar çəkilib.

9. Benim İçin Üzülme (2012-2013) - IMDB: 7,1

Benim İçin Üzülme

Serial hər bölümü ilə izləyənləri həyəcana və marağa qərq edib. Uşaqlıq dostları olan Niyazi və Harun kəndlərinə mövsümi işçi kimi gələn Bukeyə aşiq olurlar. Bundan sonra dramatik olaylar yaşanır. Buke Niyazini sevir, Harunsa bundan xəbərsiz ona sevgisini etiraf edir. Serialda Tansel Öngel, Öykü Çelik, Eren Hacışahinoğlu, Çağlar ErtoğrulFulya Zenginer kimi aktyorlar rol alıb.

10. Aşk-ı Memnu (2008-2010) - IMDb: 7,3

Aşk-ı Memnu

Serial eyniadlı əsər əsasında çəkilib. Serialda Beren Saat, Kıvanç TatlıtuğSelcuk Yöntem kimi aktyorlar rol alıb. Arvadını itrdikdən sonra gənc qadınla evlənən Adnan bəy və ailəsinin başına gələn olaylar təsvir olunub. Anasının təkidilə Adnan bəylə ailə quran gənc və gözəl Bihter ürəyini Adnan bəyin qohumu Behlülə verir. Onların arasında gizli sevgi yaşanır.

11. Gülbeyaz (2002-2003) - IMDb: 7,4

Gülbeyaz

Serial öz dövrünə möhür vuraraq çoxlu izləyici kütləsinin rəğbətini qazanıb. İki düşmən ailənin övladları olan Gülbeyaz və Kadir tanış olurlar. Zaman keçdikcə bir-birini sevirlər. Onlar sevgisi ilə ailələrinə meydan oxuyur. Baş rollarda Şevval SamNejas İşler çəkilib.

12. Hatırla Sevgili (2006-2008) - IMDb: 7,7

Hatırla Sevgili

Məşhur rejissor Tomris Giritlioğlunun ən yaxşı ekran işlərindən olan serial siyasi və dünya görüşlərinə görə fərqlənən iki ailənin bir-birini sevən övladlarından bəhs edir. Ahmet və Yasemin heç nəyə baxmayaraq, bir-birini sevir, ailələri isə müdaxilələrlə onları çətin vəziyyətə salırlar.

13. Fi (2017-2018) - IMDb: 7,9

Fi

Yazıçı Azra Kohenin "Fi-Çi-Pi" triologiyası əsasında çəkilən serialda fərqli həyat tərzləri senariləşdirilib. Serialda Serenay Sarıkaya, Ozan GüvenBerrak Tüzünataç kimi aktyorlar çəkilib.

14. Tatlı Hayat (2001-2004) - IMDb: 8,4

Tatlı Hayat

Türkan Şoray və Haluk Bilginerin baş rollarda oynadıqları serialda quru təmizləmə işindən çoxlu pul qazanan İhsan və arvadı Sevinçin kasıb həyatdan uzaqlaşıb Etilerə köçməsi və bundan sonra yaşanan maraqlı əhvalatlar əks olunub. Sevinç və İhsan yeni həyata uyğunlaşmağa çalışırlar. Onların sevgisi də yenilənir və daha da güclənir.

15. Leyla ile Mecnun (2011-2014) - IMDb: 9,1

Leyla ile Mecnun

Absurd komediya ustası Onur Ünlünün məşhur serialı ən yaxşı sevgi seriallarından biridir. Baş rollarda Ali Alay, Ahmet Mümtaz TaylanKöksal Engürün çəkildiyi serialda doğulduqları gün ailələrinin bir-birinə sözlədiyi Leyla və Mecnunun illər sonra tanış olması və yaşadıqları sevgi hekayəsi təsvir olunub. Maraqlı obrazlar olan İsmail abi, Erdal BakkalHırsız Yavuz seriala əlavə rəng qatırlar.

Dizilər haqqında digər məqaləmiz:
Məqaləyə emosiya bildir:
3 il əvvəl
12309 dəfə oxundu
ilk.az-çılar nə deyir?
Fikirlər (1)
Nazlı (1 ay əvvəl)
əla
Oxşar yazılar
Türkiyədə çəkilmiş ən yaxşı qorxu filmləri
Türkiyə istehsalı olan qorxu filmləri fərqli elementləri və realistliyi ilə fərqlənir....
  • 6 ay əvvəl
  • 957
Ən yaxşı komediya filmləri
Son illərdə çəkilmiş ən yaxşı komediya filmlərinin siyahısını sizə təqdim...
  • 10 ay əvvəl
  • 5688
Türkiyədə ən çox baxılan xarici seriallar
Türkiyədə tamaşaçıların ən çox izlədiyi və yeni sezonlarını səbirsizliklə...
  • 12 ay əvvəl
  • 1740
Netflix-də yer alan döyüş filmləri
Kinonun ən çox seçilən janrları arasında yer alan döyüş filmlərini Netflix...
  • 1 il əvvəl
  • 2366
Netflix-də pulsuz izləyə biləcəyiniz 10 serial və film
Netflix, istifadəçisi olmayanlara pulsuz filmlər təqdim edərək keyfiyyətini göstərməyə...
  • 1 il əvvəl
  • 6848
Netflix-in ən yaxşı macəra filmləri | 2022
Netflix-də yayımlanan ən gözəl macəra filmlərinin siyahısını hazırlamışıq. Onu sizə...
  • 1 il əvvəl
  • 2517